20’li yaşların sonuna gəlmək lazım imiş hər şeyin əslində özümdə başlayıb, səmalarda bitdiyini anlamaq üçün..
Uzun illərin dostluğu bitirmiş, ilk sevginin acısını gülə-gülə “heçnə olmamış kimi” danışırmışsan.. Yeni insanlar tanımaq istəmirmişsən, “mümkünsə evdən çıxmayım” deyirmişsən..
Gözümü yumub açıram 9 yaşımdayam, 5 saniyə sonra 16, sonra 20, indi 27.
Hanı dünən? Hanı 10 il əvvəl? Hardasan ki sən?
Səni ilk dəfə görmək üçün illərcə gözləmişdim. Səni son dəfə gördüyümün də üstündən indi illər keçir.. İllərcə sürdün, əl çəkmədin, səs çəkmədin, gözlərini çəkmədin.. səndən qurtula bilmədim. Hər 7 ildən bir insan hüceyrələri yenilənir, insan dərisini belə dəyişir. Yəni yoxsan canım, nə vücudumda, nə bədənimdə. Silinib barmaq izlərin və silinib yaddaşımdan hisslərin..
Siena üçün həsrət çəkirəm, gözlərim dolur. Varlığımı itirdim orda, sonra özümü tapıb mənə verdi bir mələk. Və mənə bir sual verdi diz çöküb.. Mən də “hə” dedim ona 🫶🏽
Ben yalnızlığı seviyorum. Bir-birimize çok benziyoruz zaten. Onun benden, benim ondan başka hiç kimsem yok. Bir zamanlar da bir bendim, bir o. Yine geri döndüm işte. Bir şekilde yine yollarımız denk geldi. Denge’me geldim.
Ben aradığımı hiç kimsede bulamazken, o bende ne buldu acaba?! Zaten bana bence en çok yakışan da o.. Yalnızlık..
Sen anlamazsın şimdi beni. Bırak zaten, anlasan da geçmez ki.. Ama sarılsan, bilmiyorum, geçicekmiş gibi de ola bilir.. Aklında bulunsun, bir gün bana sarılırsan eger, sor bana bu soruyu, “Geçti mi?” diye sor bana.. “Geçti” diye de bir cevap bekle benden..
Bakı’dan ən son ayrıldığımda başqa “mən” idim. Fəsil də başqa idi, il də, hava da, ayın tarixi də.. İndi o qədər başqa “mən” qayıdır ki, Bakı’ya. Həmən “mən”in üstündən aylar, illər keçib. Yoxdur artıq o. Mən bir az daha yaşlanmışam, daha bir-iki ağ düşüb saçlarıma. Bir az daha üzgün, melanxolik.. Bir az daha itkim var.. Ürəyim də bir az daha qırıq-sökük. Playlist’im də dəyişib, həyat tərzim də. Daha neçəsə kitabın ən sevdiyim sətirlərinin altını xəttləmişəm, daha neçə serialı da list’dən silmişəm.
Amma, üstüm başım təzədir, İtaliada atdım bütün paltarlarımı. Ruhumu da dəyişdim Arno çayının sahilində o son gecə.. Geridə saxladım çox kəsi və çox şeyi. Hər kəsi də düşünüb, bir-bir bağışladım. Ən sonda isə çox çətin də olsa, özümü bağışladım.
Mən daha əvvəlki mən deyiləm. Görsən, bəlkə də tanımazsan.
Bakı'dan başqa hər yer sevdi məni.. Bilirsən?!
Hər yer mənə qucaq açdı.
Bir neçə günlük səndəyəm, Bakı. İllər öncə söz verdiyim kimi, sənə bundan sonra olsam-olsam “qonaq” olaram. Nə sevgili, nə yoldaş, nə də dost..
Birine sarılınca, “bu son sarılmam” diye düşünmüyosun mesela.. Düşünemiyosun..
Birine “seni seviyorum”, “iyi ki, varsın”, “seni özledim”, “benim için çok değerlisin” ve bu gibi şeyler söylemeyi hep erteliyosun. Çünkü düşünüyosun ki, zamanın var. Hayatı hiç sonu gelmeyecekmiş gibi yaşıyosun.. “zamanı gelecek” diyorsun, ama unutuyosun ki, “zaman sadece geçip gidiyor”
Bu gün sevdiyim insanlardan birini kayb ettim. Çok yakınım olmasa da, iyi insan olduğuna inanır ve severdim onu.. Yapa bileceğim bir şey varmı? Yok. Çünkü çok geç..
Səni tanımadan çıxıb getmək yazılmışdı mənim kitabımda. Sənə uzun-uzun yazılar yazmaq, sonra onları kitaba çevirmək və sənin anlayacağın dilə tərcümə eləmək idi.. geriyə qalan şey gözləmək idi.. Bir gün oxuyacağını, məni anlamayacağını və anlamaq üçün mənim qapıma gələcəyini gözləmək idi..
Sən gəl döy qapımı və sənə mən açım qapını..
3 notes ·
View notes
Statistics
We looked inside some of the posts by
elfati
and here's what we found interesting.