Tumgik
#psixolojik
psixologiyaze · 7 months
Text
Bəd-xərc ?
1. Səhər budilnik çalır. Yuxudan oyanırıq. Düşünürük ki, "5 dəqiqə də yataq, durarıq". 5 dəqiqədən sonra durururuq. Biraz telefona baxırıq, hələ yarım saat var, hamamda boş vaxt itiririk. Bir də baxırıq ki, avtobusun vaxtına az qalır. Tələsik geyinib yemək atışdırıb çıxırıq. Avtobus artıq gedib. Taksi ilə işə gedirik ki, gecikməyək. Nəticə: günə 3-5 manat ziyanla başladın. Belə günlərin sayı həftədə 2 dəfə olarsa, ayda ortalama 30-40 manat zərərdəsən. Bu ildə 350-400 manat edir. Səbəb: yuxudan oyanarkən telefona baxdığın, və ya evdə boş hərləndiyin 5 dəqiqə.
2. Evdən çıxarkən paltara çilədiyin ətir, ortalama olaraq işə çatana qədər üstündə qalmır. Ətir yalnız insanın dərisində qalıcı olur. Əgər siz 100 manatlıq ətirlə paltarlarınızı çimizdirirsinizə, ətiriniz bir aya bitir. Təsəvvür edin: 100 manatı bölün 30 günə. 3-3.5 manat pul. Demək səhər üstünüzə 3 manat pul səpdiniz. Onun ikisi avtobusa çatana qədər havaya uçur. Hər günə 2 manat ziyanla başlayırsınızsa, illik ortalama 500-600 manat pul itkiniz yaranır.
3. Evdə süfrədə sizə yemək hazırlayırlar. Siz isə tələsdiyinizdən evdə yeməyərək çıxırsınız. Buna görə bir nece saatdan sonra işdə 2-3 manatlıq yarımfabrikat məhsullar atışdırmalı olursunuz. Hansı ki, sizin sağlamlığınıza ziyandan başqa bir şey deyil. Əgər həftədə 2-3 dəfə belə gününüz varsa, ayda 30-40 manatınız, ildə 350-400 manatınız itkiyə gedir.
4. Hədiyyə seçərkən ən azı yarım saat araşdırsanız, daha sərfəli və daha maraqlı hədiyyə ala bilərik. Restorana gedərkən internetdə bir dəfə yarım saatlıq araşdırma etsək,daha maraqlı və daha sərfəli restoran seçə bilərik. Məsələn, Gloria Jean's əvəzinə daha maraqlı, ondan daha sərfəli cofe shopda görüş təyin edə bilərsiniz. Bu da ayda ən azı 10-20 manat, ilə 150-250 manat bizə qənaət imkanı yaradar.
5. Avtomobil alarkən, motorun 0.5 litr az olması, ayda ortalama 50, ildə 500-600 manat fərq yaradır.
42 notes · View notes
ferqeder · 6 months
Text
ailəmdəki, yaxınlığımdakı hər fərdin inanılmaz dərəcədə psixolojik dəstəyə ehtiyacı var.
elə həddədilər ki, özlərinə zərər verməkləri o qədər aşmış ki, sevdiklərini zənn etdikləri və ətrafdakı digər dəxlisiz insanlara inanılmaz zərər vururlar. əslində heç nə üçün gec deyil ifadəsi qədər də,yalançı ümid yoxdu. bu insanlar üçün çox gecdir çox.
zatən çox yaxşı bilirəm onların yerinə təbii ki , mən gedəcəm psixoloqa. geriyə baxa bilmirəm, boynumu qırmışlar, amma az çox fərqindəyəm əslində nələr-nələr yaşamışam mən deyə.
ən qəribəsi də əvvəllər ölümcül xəstəlik kimi olan keçmişdən qurtulmağın tək yolu o xəstəliyə vadar edən şəxsləri, hadisələri bağışlamaq kimi çətin bir proseslə edə bilərəm deyə düşünürdüm. elə də edirdim,əsla nifrət etmirdim. amma artıq insan oldum, bağışlaya bilmir və nifrət də edirəm nə qədər incindiyimi xatırlayanda. fərqində olmaq məni öldürür, onların uşaqlığında nəyi yaşayıb dərindən üzüldükləri,yaralandıqları uşaqlığı, gəncliyi mənə yaşatmaqlarının fərqində olub bir neçə duyğunu eyni anda yaşayıram. necə ki sizinlə eyni dərdi yaşayan insanlar olar ya, amma o eyni dərdi sizə yaşadanlardır bunlar deyə.
dərin şəkildə analiz etdiyimdə əslində həyatımın müəyyən yerinə qədər qətiyyən sevilməyən,(bu dövrü durduran sevgisini nə qədər uzaqda belə olarkən hiss edə bildiyim dostluq və eşq olmuş ola bilər) əksinə eyni zamanda özünü də sevə bilməsin növündən tərbiyə edilən bir uşaq görürəm. əllərindən gələni edən ailələr var sanki balaca fərd böyümə prosesi və ondan sonrada da daim özgüvənsiz, pis vərdişlərə(küfür; şiddət və s) möhtac, yaşamağı əsla bacara bilməyən, travmatik dolu davranışlardan ibarət olan böyük fərdə çevrilsin və nəslini bu mükəmməl mirasla davam etdirsin .
bəzən qanadlarımın olmadığını biləndə çox yaralanır, özümü inkişaf etdirərək süni qanadlar yaradaraq bu insanlardan uçmağı xəyal edirəm. bir gün həqiqətən də bütün bu zülmətə,palçığa rəğmən işıq dolu, başarı dolu olmaq diləyi ilə Bataqlıqdan.
14 notes · View notes
ogunbugundur · 1 year
Text
başım fırlanırdı deyə təzyiqimi ölçdüm normal çıxdı. psixolojik olaraq başımın fırlanması da keçdi
14 notes · View notes
ayssssss1 · 10 months
Text
Bəlkə də naşükürlük edirəm, ama yox naşükürlük deyil ,həqiqətən də psixolojik olaraq yaxşı hiss etmirəm, bilirəm, bəlkə də yaşıma uyğun olaraq keçirdiyim dönəmlərdi deyə olur bunlar ama rahatligimi istəyirəm
6 notes · View notes
aidalvy · 2 years
Text
Güclü olmaq lazımdı dostlar, biri bizi yıxmağa çalışsa da qəlbimizi qırsa da hərşeyə rəğmən pozitiv olmaq gülə bilmək lazımdı. Ağlamaq, gedənə görə yas tutmaq bizə psixolojik problemdən başqa heçnə verməyəcək. Gedən geriyə dönməyəcək, dönsə belə heçnə əvvəlki kimi olmayacaq. Sadəcə ölülər üçün yas tutular, tərk edənlər üçün yox. Başqaları üçün özünüzü fəda etməyin. Dəyərli olduğunuzu və göz yaşlarınıza heç kimin dəyməyəcəyini anlayın. Zamanla hərşey keçib gedəcək deyə bilmərəm sizə, çünkü bilirəm zamanın unutdurmadığını. Ancaq xatırlayanda heçnə hiss etməyəcəksiz. Sadəcə keçmiş olaraq anacaqsınız o günləri. Sonra hərşey yoluna düşəcək istəsəniz də istəməsənizdə həyat həmişə bədbəxtliklər sunmur. Siz də xoşbəxt olacaqsız, ən əsası özünüz özünüzə yetməyi öyrənin. Bax əsil xoşbəxtlik məncə odur.❤🦋
16 notes · View notes
acupoflie · 1 year
Note
Heyy, birdən qabağıma çıxdı tamam mııı??? Hıh hsjsjsjsjs
Aha məndə sevirəm, ama ümumi gerilim(bəzən qorxu) , psixolojik şiddət, dram, klasik, romance, gençlik, falan filan ya, qabağıma nə çıxdı əslində mövzusuna baxmadan oxumağı sevirəm, daha maraqlı olur məncə, ona görə get filan kitabı oxu de alıb oxuyaram, ama qətiyyənnn mövzusu haqda tək kəlimə belə eləmə😂😂
day ne qaldı ki bütün türleri saydın ki şdlsşsksl men sevdiyim şeyleri tövsiye eliyende spoiler vermeyi xoşlamıram hetta filmleri sevirsense Friends den sonra sene gözel filmler diziler deyebilerem baxmağa çoğunluğla romantizme baxıram ona göre xıxıxı
0 notes
azeriyem · 4 years
Text
Fiziken ayaqta ruhən yatakta psixolojik olaraq yərlərdeyem
1K notes · View notes
lunaticoorange · 3 years
Text
hərkəs valideyn olmağa layiq deyil. Dünyaya yeni bir insan gətirməzdən qabaq siz öz "ana" "ata" "nənə" "baba" statusunuzdan qabaq fikirləşməlisiz ki, siz doğurdan da layiqli ana ata ola biləcəksiz? Sizin psixolojik, ruhani rifahınız buna əl verir? Ümumiyyətlə bir insan kimi, bir fərd kimi siz psixolojik cəhətdən sağlamsınız? o uşağa sağlam psixologiya ilə yaxınlaşa biləcəksiz? Sırf öz mənfəətiniz üçün bunu edirsinizsə siz dünyadaki ən pis adamdan betərsiz.
11 notes · View notes
mar1iamm · 3 years
Note
Hər kəsi etdiyin kimi səni də analiz etmək istəyirəm.Nə qədəri doğru,nə qədəri yalnış olduğunu bilməsəmdə öz fikirlərimi söyləyəcəm.
İlk öncə hər kəs tərəfindən məlum olan analiz etmə bacarığından danışmaq istəyirəm.Hər kəsdə olmayan bir qabiliyyətin var.Adicə söylənən və ya qeyd edilən bir cümlədən insanların xarakterin dəyərləndirə bilirsən.Ayrı bir baxış bucağın var həyata qarşı.Fikirlərin və tərzinlə çox insandan seçilirsən.Burda ki,tərz ifadəsini həyat tərzin olaraq ifadə etdim.Sözlərinin mənasında ki,dərinliyə hər kəs enə bilməz məncə.Həyatındakı çətinliklərlə mübarizə etmək və onların qarşısında güclü durmaq üçün səbəblərin var.Bunlar özün-özünə etdiyin təsəllilər və xəyallarındır.Bir mövzuya hər kəs kimi eyni baxış bucağı altından baxmırsan fərqli dəyərləndirirsən fikirləri.Sənində çox insan kimi bəlli etmədiyin gizli bir yanın var.Çox zaman duyğularını bəlli etmirsən.Psixolojik bir yanında var.Yəni sözümün mənası bir mövzunu psixolojik cəhətdən ifadə edə bilirsən.Çox uzun-uzadı qeyd etmək istəmirəm əsas fikirlərimi söylədim.Çalış həmişə olduğun kimi belə qal.Çünki bu səni özəl biri edir.)
Təşəkkür edirəm və minnətdaram, əziyyət çəkib yazmısınız✨🥂
İlk əvvəl qeyd etmək istədiyim məqam var, insanların xarakterinə aid analizləri onların yazdıqlarından yola çıxaraq yazmıram. Real bir şey var, Tumblrda çox insanı takip edirəm, ancaq analiz etdikdə heç düşünmədən fikrimdən keçənləri yazıram. Yəni, yazdıqlarına nəzər salıb yazmıram, əlbəttə az çox hər kəs dərdindən yazır bunu çox insan bilir. Ancaq, mən sadəcə necə hisslər yaşadığınızı təxmin edirəm. Həqiqət də necə savaşlardan keçdiyinizi və necə yaralandığınızı deyə bilmərəm. Bunu yaşayan bilir. Ümumilikdə isə, əgər məni hər kəsdən fərqləndirə bilirsinizsə, siz də şəxsən fərqli birisiniz. Mən də düşünürəm ki, hər zaman olduğum kimi qalacam, dərin yaralar alsam belə... Dəyər verib, yazdığınız üçün təşəkkür edirəm🌸🪐🌿
(📍Az-çox təxmin edirəm kim yazıb)
24 notes · View notes
psixologiyaze · 1 year
Text
- Yer üzündəki hər bir insan kiminsə probleminin həllidir,- bir dəfə nənə nəvəsinə dedi.
Tumblr media
Nəvə onun sözlərinə çox təəccübləndi.
-Sən kiminsə probleminin həllisən, – o təkrarlayıb izah etdi:
-Sənə verilən istedad hər kəsə lazım olmaya bilər, amma şübhəsiz ki, kiməsə lazımdır – gülüşün, sevgin, gücün.
47 notes · View notes
elebeleseyler · 3 years
Text
3 il sonra yenidən burdayam. hesabı silmək istədim amma əlim gəlmədi. yəqin ki aktiv olmayacam bu hesabda. bəlkə arada bir gəlib həyatımda baş verən dəyişiklikləri yazıb gedərəm. heç kim görmür bu yazdıqlarımı böyük ehtimal amma yazmaq istəyirəm; 3 ildə çox şey dəyişdi. özümü kəşf etdim və tanıdığım kübranı daha da çox sevdim. öz dəyərimi anladım. istədiyim universitetə və istədiyim fakültəyə qəbul oldum. yeni insanlar tanıdım, ömürlük həyatımda qalacaq insanlar. dünyanın başına bir fəlakət gəldi və mən də nəsibi aldım bu fəlakəttən. korona oldum amma şükür ki rahat bir şəkildə atlatdım. psixolojik olaraq çox çətin dövr keçirtdim və hələ də keçirdirəm. keçirtməyə çalışıram ;) burdaki bəzi duyğusal postları sildim, kimi düşünərək paylaşdığımı belə xatırlamıram çünki. hesabda bir neçə dəyişiklik edəcəm çünki 3 ildə zövqüm dəyişdi. nəysə, 1-2 gün buralardayam hələ ya da 1-2 saat, mənə güvən olmaz. sözlərimi tutmaqda yaxşı biri deyiləm. öpdüm sayın ❤
2 notes · View notes
muayya · 3 years
Text
Fiziken ayaqta ruhən yatakta psixolojik olaraq yərlərdeyem
1 note · View note
yellowpickings · 4 years
Text
Utancaqlıq və Xəcalət
“Bir insanın əlindən bütün həyatı boyu özünü aldatdığı şeyi aldığınız anda xoşbəxtliyinə də son qoyarsız”
“Utancaqlıq və Xəcalət” əsəri norveçli yazar Dag Solstad tərəfindən 1994-cü ildə yazılıb. Əsər, adi bir gündə kiçik görünən bir hadisənin gözlənilməz bir böhrana səbəb olaraq, əlli yaşlarında ədəbiyyat müəllimi olan Elias Ruklanın həyatında dərin izlər qoymuş bir dostluğun xatirəsinə qayıtmasından, evliliyini, özünü və yaşadığı cəmiyyəti sorğulamasından bəhs edir.
Texniki təhlil:
Sujet, Oktyabr ayında, Osloda bir məktəbdə Elias Ruklanın heç bir maraq göstərməyən şagirdlərinə illərdir etdiyi kimi Henrik Ibsenin “Vəhşi Ördək” əsərini həyəcanla təhlil edərkən başlayır. Bu zaman “Vəhşi Ördək”də heç vaxt fərq etmədiyi bir nüansı görməsi bundan sonra baş verəcək hadisələrin başlanğıcı olur. Məktəbdən çıxarkən heç bir önəmi olmayan kiçik bir hadisə Eliasın gəncliyinə qayıdaraq bir çox şeyi xatırlamasına səbəb olur.
Psixolojik qurğu janrında olan əsərin əsas temaları yaşadığı cəmiyyətə yadlaşmaq, yalnızlıq və sorğulamaqdır. Bu üç əsas temanın gözündən dostluq, eşq və insan münasibətləri də əsərdə müzakirə olunur. Əsərdə həm qəhrəman, həm də hakim baxış bucağı var. Hadisələri Elias Ruklanın və rəvayətçinin gözündən oxuyuruq. Kitab, 1990-cu illərdə başlayan, geriyə- 1960-cı illərə -qayıdan və o vaxtdan xronolojik olaraq yenidən günümüzə gələn zamanı əhatə edir. Dörd əsas məkanda- məktəb, universitet, Johan Corneliussenin evi və son olaraq Eliasın evində- keçir.
Kitabın əsas personajları Elias Rukla, universitet illərindən dostu Johan Corneliussen və arvadı Eva Lindedir. Elias Rukla sakit təbiətli, çəkingən, həyatı boyunca nəyəsə nail olmayan, müzakirələrdə, söhbətlərdə daha çox dinəyici olmağı üstün tutan Norveç dili və Ədəbiyyatı tələbəsi, daha sonra isə ədəbiyyat müəllimidir. Sosial, rahat, hərəkətli Fəlsəfə tələbəsi Johan Corneliussen, Elias ilə universitetdə tanış olur və bu tanışlıq ayrılmaz ikili olaraq dostluğa çevrilir. Gözəlliyi və zərafəti ilə hər kəsi özünə heyran qoyan Eva isə yaşlandıqca bunları itirir və daha azad birinə çevrilir. Gözəlliyin onu tərk etməsi ilə süniliyini də itirən Eva, yetkin və təbii, amma ərinin gözündə qeydsiz və acgözlü birinə çevrilir.
Şərh:
Əsər, cəmiyyətə yadlaşmağı, yalnızlığı çox gözəl təsvir edir. Elias Ruklanın gözündən, zamanla ayaqlaşmamağın necə baha başa gəldiyini görürük. Elias Rukla, yaşadığı cəmiyyəti və zamanı təhlil edir, suallar verir, lakin tapdığı cavablar onu məyus edir. Sadəcə ətrafı deyil, özünü, evliliyini də sorğulayır  və cavabsız suallarla üzləşir. Yazar, Eliasın nəzdində, əslində çoxumuzun ən yaxınımızdakı insanlar haqda belə nə qədər az şey bildiyini üzümüzə vurur. Bizi münasibətlərimiz haqda düşünməyə, Elias kimi sorğulamağa vadar edir.  Əgər macəra və dedektiv romanların pərəstişkarısınızsa, bu kitab sizi çox da məmnun etməyəcək. Çünki, əsər “durum edebiyatı” deyilən janrdadır, yəni giriş- problem-həll-son şəklində deyil. Həyatın qısa bir hissəsini ələ alır, maraq və həyəcandan çox, hislərə, düşüncələrə yer verir. Buna görə də psixologiya janrına marağınız varsa tövsiyə edə biləcəyim  bir əsərdir, əks halda sıxıla bilərsiniz, demədi deməyin.
Tumblr media
8 notes · View notes
wishradan · 5 years
Text
qapım döyülmədən otağıma girilir, qapı ve işiq açıq buraxılaraq otaqdan çıxılır.... ailəm tərəfindən psixolojik şiddət görürəm rəsmən
2 notes · View notes
aynur-atabeyli · 6 years
Text
Hermetik Maddələr
Tumblr media
Kökü qədim Misir’ə gedib çıxan Qadim və Egzoterik bir sirrin öyrədicisi olan Hermetik fəlsəfənin modern izahı olaraq Kybalion adlı kitap Üç İnisiya tərəfindən Amerika’da yazılmış müəllifi bilinməyən ən təsirli əsərlərdən biridir. Kybalion’un mövzusu ümumbəşər və ya kosmik qanunlarıdır. Bu kitabda Hermetik Əsaslar və Egoztermizmin ən əsas qaydaları sadə dildə yazılmışdır. Bu baxımdan insanlar üzərində də təsir yarada bilmişdir.
“Kybalion” bunlardan bəhs edir: “Yedi maddəsi vardır; hər kim ki, bunları anlayıb, O Məbədin Qapılarını sonuna qədər açan o Açar’a da sahib olacaqdır”.
Ümumilikdə Hermes’də  “İlahi Zəka”dan bəhs edildiyi qəbul edilir. Hermetik fəlsəfəyə görə Tanrı’nın, göy qurşağının yeddi rəngi ilə simvolizə edilən, yaradıcı gücü vardır. Bu yeddi yaradıcı güc insan bədəninə yeddi həyati nöqtədən girərərək həyat enerjisi halına çevrilir. Həmin yeddi nöqtəyə isə Çakralar deyilir. Yaradılan bu enerji isə Hermetik Fəlsəfənin təməlini təşkil edən “Gerçəkliyin Yeddi Əsası” bir yandan yaşamın davamlılığını təmin edərkən, digər tərəfdən insan ilə İlahi Zəka arasında körpü olub “İlahi İradə Qanunları” ya da “Kosmik Qanunlar”ı təyinləşdirir.
Tumblr media
Bütün Hermetik Fəlsəfənin əsaslandığı Yeddi Hermetik Maddə bunlardır; 1) Zehin 2)Təqabül 3) Titrəşim 4) Ziddiyət 5) Ritm 6) Səbə-nəticə 7)Cinsiyyət
1-Zehin :
“Bütün Zehindir, Bəşəriyyət Zehindir”
Kybalion
Hermetik fəlsəfənin müdafiə etdiyi, “Həqiqət maddə deyildir” söyləmi, “maddə, enerjinin xüsusi bir şəklidir” deyən modern elmin isbatladığı bir anlayışdır. Göründüyü kimi, əgər maddə, bizim psixolojik və düşüncə şəklimizdən ibarət bir illuziyadırsa “bəs onda maddə nədir?” sualının cavabı “Bəşəriyyət Zehnin Məhsuludur” şəklində olacaqdır.
Bəşər “BÜTÜN”ün (Tanrı da deyə bilərsiniz) zehni yaradılışıdır və yaradılmışlar üçün özünün qanunları vardır.
Hermetik Zehin Maddəsini anlamaq, Bəşəri Qanunları ya da öyrəşdiyimiz deyimlə “Kosmik Qanunlar”ı rahatlıqla qavramağımızı və bunları öz inkişaf yolunda istifadə etməyimizi mümkün edəcəkdir. “Hər kim ki, Bəşəriyyətin zehni təbiətini qavrayacaqdır Ustadlıq (Allah) yolunda da xeyli yol alacaqdır. Bu sözlər daima qüvvədə olacaqdır. Çünki insan övladı hər daim özünü axtarışda olacaqdır. Və bu açara qovuşmadan Ustadlıq mümkün olmayacaqdır. Öyrənən isə boş yerə gəlib o qapını çalar da çalar.” deyir Kybalion’da.
Tumblr media
2- Təqabül Maddəsi:
“Yuxarıdaki Aşağıdakı Kimidir, Aşağıdakı Yuxarıdakı Kimidir.”
Kybalion
    Bu maddə Varlıq və Həyat’ın müxtəlif planlarına aid fenomenləşmiş qanunların arasında hər zaman bir paralellik, təqabül əlaqəsi olduğu həqiqətindən bəhs edir. Maddələrin tam qavranması insana bir çox qaranlıq paradoksları və təbiətin gizli sirrlərini tapmağa yol göstərməkdədir. Hermetik Təqabül Maddəsi insanın bilinəndən yol alıb bilinməyənə hərəkət etməsini mümkün edər.  Beləliklə, Bəşəriyyətdə bir-birindən qopuq heç nəyin olmadığını ortaya qoymuşdur. Ətrafımızda gördüyümüz hər şey, hətta bizlər də daxil atomlardan ibarətik, və hər birimizin özünə xas titrəşim tezliyimiz var. Hər birimiz çeşid-çeşidik, heç birimiz bənzər deyilik. İnsanları ümumiləşdirib eyni dərmanı, eyni təhsil sistemini onlara sırımaq sadəcə cahillikdir.
Digər tərəfdən isə “Holoqram nəzəriyyəsi”, bütün varolanların eyni bütünün parçaları olaraq, bir və özdaş olduqlarını, hər parçanın bütünün bilgisinin içində olduğu və uyğun inkişaf olduğu təqdirdə bütünün tam görüntüsü ortaya çıxabiləcəyini irəli sürür və bütün üstü qapalı qalmış elmin, sirrlərin istifadəyə hazır şəklə gələcəyini söyləyir.
Bəşəriyyəti təşkil edən parçaların, hissələr bir-birinin bənzəridir,  modern elm “Yuxarıdaki ilə Aşağıdaki Kimidir. Aşağıdaki da Yuxarıdaki Kimidir” deyimini doğrulamaqdadır. Fiziki Bəşəriyyətdə mövcud olan qüvvələrin, yavaş-yavaş birləşərək tək güc yarada bilmə meyli vardır. Bütün yeni nəzəriyyələr ya da elmi kəşflər Bəşəriyyətin Tək’liyi və Bir’liyinə işarət etməkdədir. Bəşəriyyətdə hər şey bir-birinə bağlı və eyni gerçəkliyin fərqli titrəşimli tezliklərini təşkil etməkdədir.
Bir-birindən ayrı və xəbərsiz heç nə yoxdur. Maddə, enerjinin sıxlaşmış halıdır. Anlaya bildiyimiz Dünya nə Maddədir nə də Ruhdur. O görülməyən enerjinin müəyyən bir səviyyəsidir. Hamımız eyni bütünün parçalarıyıq və içimizdə də eyni özəyi daşıyırıq. Bilgi hər an və hər yerdə mövcuddur. Ya üstü qapalı ya da bizim özümüzün təkamül zamanımızı gözləyərək deşifrə olacağı anı gözləyərək mövcuddur. Bir-birimizə və bütün Bəşəriyyətə qarşı məsuliyyət daşıyırıq. Bir an üçün Bəşəriyyəti bir insan bədəni, bütün yaradılmışları isə onun hüceyrələri olaraq düşünün və bundan çıxan nəticələri özünüz dəyərləndirin:
- Bütün hüceyrələr bir-birindən xəbərdardır. Birinin düzgün işləməməsi digərlərinə təsir edər, yaxşı işləməsi də digərlərinin xeyrinə olar.
-Bütün hüceyrələr həm özlərindən, həm də digərlərindən məsuldurlar. Hamısı eynidir, eyni dərəcədə dəyərlidir. Çabaları fərd şəklində görünməklə bərabər əslində bütün bir bədəni qorumaq və yaşatmaq üçündür. Bizlər də bütünün parçalarıyıq.
-Egoistliyin və sahib olma ehtirasının yanlışlığı ortaya çıxmışdır. Vücuddaki xərçəng hüceyrələri kimi, yalnızca öz xəstə hüceyrələrini böyütməyə çalışarkən yediyi qırmızı qan və sağlam hüceyrələri əslində arxasını yasladığı böyük bədənə güvənərək özündən bixəbər məhv etməkdədir. Yanındaki hüceyrələrin qidasini alır, onların əleyhinə inkişaf edərək özünü də məhv edir. Eyni xərçəng hüceyrələri kimi insan da əslində özünü böyütdüyünü düşünərək arxalandığı bütün budaqları kəsib bütünü də dağıdaraq öz sonunu hazırlayır.
Lao Tze’nin dediyi kimi:
“Dünyadaki insanlar gözəli gözəl görünəndə tanıyarlarsa, doğar qəbulu çirkinliyin”
Adı keçən bənzərliyi ifadə edən bir mistik deyimə də sahibik. Tanrı adını soruşan Musa Peyğəmbərə “Mən, Mən Olanam” (ivrit dilində: Eheieh Asher Eheieh / İng. I am who I am) deyir. Bunun egzoterik izahı belədir: “Yuxarıdaki yüksək ruh və aşağıdaki maddə hamısı “Tək və Bir” olan Mənəm”.
Tumblr media
3- Titrəşim:   “Heç bir şey dayanmaz, hər şey hərəkət edər, hər şey titrəşir.”
Kybalion
Bu maddə modern elmin təsdiq etdiyi və hər yeni elmi kəşfin isbatladığı “Hər şey hərəkət halındadır və heç nə dayanmaz” gerçəyinin ifadəsidir. Maddə, enerji, zehin, hətta ruhun müxtəlif təzahürləri arasındaki fərqlərin böyük ölçüdə fərqli titrəşim tezliklərinə bağlı hərəkət etdiyi açıqlanmaqdadır bu maddədə. Bütündən ən qaba maddə formuluna qədər hər şey titrəşim içindədir.
Ən yüksək titrəşim ilə ən düşük titrəşim arasında belə sayısız titrəşim və forma vardır. Ətrafda gördüyümüz və görmədiyimiz, hiss etdiyimiz və etmədiyimiz hər varlığın öz titrəşim tezliyi mövcuddur. Və bu titrəşim nə qədər yüksəkdirsə yer də o qədər yüksəkdir. Hermetik qanunlarına görə əgər uyğun formullar ortaya çıxarsa özlərinin və başqalarının zehni titrəşimlərini də idarə edə bilərlər varolanlar. Ancaq bu idarə heç zaman pis tərəfdə ola bilməyəcək, çünki hələ təkamül edə bilməmiş insan kiminsə fikrinə daxil olub onu manipulyasiya xülyaları ilə yaşadığı və primat səviyyədə qaldığı üçün o bu səviyyəyə çata bilməyəcəkdir.
Hermesçi dünya görüşünə görə sağlamlıq, vücuddakı elementlərin əsas xarakteristikalarıyla bütün güclərin, qüsursuz uyumudur. Xəstəlik dediyimiz elementlərin uyumsuzluğundan ortaya çıxır. Ortaya çıxan bu hal bədəni təşkil edən elementlərin pozulması olur. Bədənin zahirdən görünən cismi, gözəl bir libasdır. Hər tərəfi ilə gözəlliyin özü sayılacaq bu görüntü təbiətə xas ilahi gözəlliyin yansımasıdır.
Gözəllik içində yaşamaq istəyiriksə, evimizi gözəl göstərən, yəni bədənimizi uyumla doldurmalıyıq. İnsan makrokosmozun təşkil etdiyi mikrokosmosdur. Buna görə də insanlar ilahi şüurun gücünü ana və atalarından miras almış ikincil tanrıdır. İnsan ağıl gücünü istifadə edərək, özünü dərəcə-dərəcə bir qütbdən digər qütbə titrəşim halından bir digər titrəşim halına dönüşdürə bilər. Hermetik mənada bu dönüşüm bir ağıl və zəka sənətidir. Və bu da xəstəlikləri sağaltma yolu ilə bu zehni dönüşümə hökm edə bilmə elmidir. Sağaltma bacarığı bir yandan Tanrı ilə birləşmənin şüurunu, digər yandan fiziki bədən, ağıl və ruhun inteqrasitası ilə qazanılır.
Tumblr media
4-Ziddiyət: “Hər şey ikilidir, hər şey iki qütbə sahibdir, hər şeyin öz əks qütbü vardır, oxşayana ya da oxşamayan eynidir. Ziddiyətlərin təbiəti birdir, dərəcələri fərqlidir. Uc nöqtələr görüşür, bütün həqiqətlər də yarım həqiqətlərdir”.
Kybalion
Ziddiyətlər yalnızca dərəcədə fərqlidir, amma eynidir. Zidd cütlüklər uzlaşabiləndir. Uc nöqtələr uzlaştırıla bilirlər. Hər şey həm vardır həm də yoxdur. Bütün doğrular yarı yanlışdır. Hər şeyin iki üzü vardır.
Bu maddə hər şeydə iki qütb ya da iki yön olduğunu, “ziddiyətlərin əslində yalnızca eyni şeyin iki ucu olduğunu bu uclar arasında o şeyin də müxtəlif dərəcələrinin var olduğunu ifadə etməkdədir”.
Məsələn, soyuq və isti hər nə qədər zidd olsalar da əslində eyni şeydir. Bir termometrə baxın və istinin bittiyi yerdə soyuğun başladığı yeri tapın. Mütləq isti və mütləq soyuq deyə bir şey yoxdur. Soyuq və isti ifadələri yalnızca eyni eyin fərqli dərəcələridir. Soyuq və isti eyni şeyin iki fərqli qütbüdür.
Bilin ki, nə qədər yaxşısınızsa, dünyanın bir ucunda bir o qədər pis bir insan var, nə qədər pis bir insansınızsınıza dünyanın en ucqar yerlərində bir yerdə bir o qədər yaxşı bir insan formalaşır.
İnsanın öz zehnindəki və ya başqalarının zehnindəki nifrət titrəşimləri sevgi titrəşiminə dönüşə bilər, eyni ilə soyuqun isti və istinin soyuğa dönüşə biləcəyi kimi. Bunu iradəmizlə ya da Hermetik formullar vasitəsilə edə bilərik. Yaxşı və pis, sərt və yumşaq, işıq və qaranlıq, kəskin və küt... eyni şeyin iki qütbündən başqa bir şey deyildir. “Qütblük sənəti” qədim və müasir Hermesçi Ustadlar tərəfindən bilinən və tətbiq edilən “ Zehni Simya”nın bir dərəcəsidir.
Tumblr media
5-Ritm: “Hər şey axar, içə və xaricə; hər şey dalğalanar, yüksələr və alçalar; hər şeydə sarğacın əqrəbi var, sağa və sola gedər - eynidir. Ritm özü özünü bərpa edər”
Kybalion
“Hər şey dənizdəki dalğa kimi gedib gəlməkdədir. Hər şeyin bir yüksəlişi və düşüşü vardır. Ritm bu ölçünü yaradır “Təsir və əks təsir, irəliləyiş və geriləmə, doğuş və batış, həyat və ölüm”
Bəşəriyyətin, günəşlərin, dünyaların insanların, heyvanların, zehnin, enerjinin və maddənin qanunudur bu. Bu qanun dünyaların yaradılışında ve yox oluşunda, sivilizasiyaların yüksəlişində və çöküşündə, canlıların həyatında və insaın zehnində təzahür edər.
Tumblr media
6- Səbəb-nəticə:
“Hər səbəbin bir nəticəsi, hər nəticənin bir səbəbi vardır. Hər şey qanuna görə olur. Dəyişim bilinməyən qanundan başqa heç nə deyildir. Bir çox səbəbin planı vardır, heç nə o plandan azad deyildir”.
Kybalion.
Bu maddə hər səbəb üçün bir nəticə olduğu, hər nəticənin bir səbəbi olduğu həqiqətini açıqlamaqdadır. Heç bir şey “özü özünə” olmadığını, qanunlara görə olduğunu təsadüf deyə bir şey olmadığını, var olan planlar olduğunu və bu planlardan qanunlardan heç kəsin qaça bilməyəciyini ifadə etməkdədir.
Xalq kütlələri özlərindən güclü olanın iradəsinə, arzusuna özlərini inandırıb arxasıyla gedir. Ancaq üst plana yüksələn Ustadlar öz ruh hallarına, xaraktelərinə, öz xüsusiyyətlərinə, güclərinə və ətraflarındaki mühitə hökm edərək piyon deyil, piyonu hərəkət etdirən olarlar və həyat oyununu oynanılmasına yardımcı olarlar. Oyuncaq olmaq yerinə ondan istifadə edərlər. Ustadlar yüksək planların səbəblərini bildiklərini üçün öz planlarını ona görə qurarlar. Bütün sirr də burada yatmaqdadır. Əgər bu planlardan agah deyilsə insan özünə qurduğu planların həyatın qurduğu planlarla üst üstə düşmədiyini görüb buna “alın yazısı”, “qədər” deyib bəsitləşdirər.
Tumblr media
7- Cinsiyyət:
“Hər şeydə cinsiyyət vardır, Hər şeyin erkək və dişi forması vardır. Cinsiyyət bütün planlar üçün geçərlidir”.
Kybalion
Bu maddə, cinsiyyətin hər şeydə təzahür etdiyini, erkək və dişi maddələrin hər zaman və hər zaman faəl olduğunu ifadə etməkdədir. 
Bu sadəcə planlar üçün deyil, zehni, hətta ruhi plan üçün də lazımdır. Planlarda maddə cinsiyyət olaraq ortaya çıxar. Daha yüksək planlarda maddə daha yüksək formalara bürünər ancaq varlığı sabit qalar. Bu maddə olmadan nə fiziki, nə zehni, nə də ruhi yaradılış mümkün deyildir.
Cinsiyyət maddəsi meydana gətirməkdən, yenidən canlandırmaqdan, yaratmaqdan heç zaman əl çəkməz. Qadın-kişi hər insan bu iki ünsür və ya maddəni özündə daşımaqdadır. Erkəkdə dişi, dişidə erkək vardır. Bu maddə həyatın bir çox sirrinin açılmasını da özündə daşımaqdadır.
27 notes · View notes
acupoflie · 1 year
Note
Bir yorumda bizim dildə cavab yazmışdın ordan tutdum😂
Friends izləyirəm
Vaay hansı tip kitabları sevirsən?
nç nç nç stalkerci senii tebiet ana yuxardan baxır eleme şdksşsk daha çok psixolojik ve klasik romanları sevirem, sen oxuyursan kitab??
0 notes