Tumgik
psixologiyaze · 6 days
Note
Demək ki, çox uzun zamandır bir yerə qeyd etmək istədiyiniz qeydləriniz yox imiş.
çox uzun zamandır hər hansısa bir istək də yoxuydu zatən.)
2 notes · View notes
psixologiyaze · 6 days
Note
Geri dönmüsünüz. Sevindim :)
Mütləqdir ki biryerlərə qeyd etmək istədiyim xüsusi qeydlər olduqca bura gəlirəm. Eyni zamanda da həm öncədən tanıdıqlarımı hələ də burda görmək həm də yeni fikirləri gördükcə daha çox sevinirəm.)
5 notes · View notes
psixologiyaze · 6 days
Text
1. Feminizm
Kişilər və qadınlar bərabərdir, lakin qabları kişilər yumalıdır.
2. Teokratiya
Sakit şəkildə qabları yumasam daş-qalaq ediləcəm və öldükdən sonra cəhənnəmə düşəcəm.
3. Demokratiya
Ailə şurasında qabların yuyulmasının mütləqliyinə səs verdik.
4. Suveren demokratiya
Ailə başçısı heç vaxt qab yumayacaq, çünki ailənin 146%-i bu variant üçün səs verib.
5. Anarxiya
Hər kəs öz qabını yuyur. Kimsə məni onun qabını yumağa məcbur etsə Molotov ilə tanış olacaq. 
6. Transhumanizm
Mən qabyuyan maşından istifadə edirəm.
7. Kommunizm
Ailə rəhbəri deyir ki, mən bacardığım qədər qab yuyuram və istədiyim qədər təmiz qabdan istifadə edirəm. Üstəlik də mən onun yerinə qab yumasam güllələnəcəm.
8. Texnokratçılıq
Qabların necə və nə vaxt yuyulması qab yumaq üzrə ən yaxşı mütəxəssis tərəfindən təyin edilir.
9. Liberalizm
Bu mənim stəkanımdır. Onu nə vaxt istəsəm onda yuyuram. Heç kim mənə onunla nə etməli olduğum ilə bağlı əmrlər verə bilməz. Sənin öz qabınla nə etdiyin məni qəti şəkildə maraqlandırmır, lakin sən onun haqqında danışmağa haqqın var.
10. Primitivizm
Qab yumaq – bəşəriyyətin əsas problemidir. Yalnız əlləriniz ilə çirkli torpaqdan yeməlisiniz.
11. Faşizm
Təmiz qablar mənim həyatımdan daha böyük əhəmiyyətə sahibdir. Bizim qonşularımızın hamısının qabları çirklidir, buna görə də onları öldürmək lazımdır. Əgər mən ailə rəhbərinin əvəzinə qab yumasam məhv ediləcəm.
12. Kapitalizm
Kiçik qardaşım onun ev tapşırıqlarını yazmaqda kömək etməyimə qarşılıq mənim qabımı da yudu.
13. Pasifizm
Qab yumağın sadəcə zərərləri var.
14. Antisemitizm
Mənim bütün qablarımı yəhudilər çirkləndirib!
15. Antiqlobalizm
Dünya rəhbərliyi bizi təmiz qablardan istifadə etməyə məcbur etməklə unikal ailə ənənəsini məhv etmək istəyir.
16. Monarxiya
Ailə rəhbəri heç vaxt qab yumur, belə ki onun atası və babası heç vaxt qab yumayıb.
13 notes · View notes
psixologiyaze · 6 days
Note
Salam, uzan zamandır yoxsunuz. Hər şey qaydasındadır?
xatırlanmaq nə qədər də gözəl. Qaydasına qoyuruq.)
9 notes · View notes
psixologiyaze · 4 months
Text
Sahib olmadıqlarına sahib olmaqa çalışarkən sahib olduqlarına sahib olmadığın düşüncəsi məyus edər.
| Shakespeare.
32 notes · View notes
psixologiyaze · 4 months
Text
“- Darıxıram”.
"- Hamı darıxır. Amma bir adama onunçün darıxdığını deyə bilirsənsə, vəziyyət o qədər də acınacaqlı deyil, məncə.
52 notes · View notes
psixologiyaze · 4 months
Text
Tumblr media Tumblr media
34 notes · View notes
psixologiyaze · 5 months
Text
Mən ürəyimin kədərini insanların sevincinə dəyişmərəm. İstəmirəm ki, qəlbimin dərinliklərindən doğan göz yaşları gülüşə çevrilsin. Mən istəyirəm ki, mənim həyatım həm göz yaşı, həm də təbəssüm olaraq qalsın: göz yaşı ürəyi yuyub təmizləyir və insana həyatın sirlərini və dərinliyini anladır, təbəssümsə məni torpağımın oğullarına yaxınlaşdırır və mənim Allaha şükranlığımı ifadə edir; göz yaşı mənə yaralı qəlbimlə insanlar arasında qalmağa kömək edir, təbəssümsə mənim mövcudluğa sevincimi bildirir. Mən darıxa-darıxa yaşamaqdansa sevə-sevə ölməyi üstün tuturam. Mən istəyirəm ki, qəlbimin dərinliklərində eşq və gözəllik aclığı heç zaman azalmasın. Mən müşahidə edib həyatından razı adamları hamıdan bədbəxt və maddiyyata hamıdan yaxın olduqlarını gördüm; mən qulaq kəsildim və eşitdim ki, aşiqin ahları ən şirin bir musiqidir.
32 notes · View notes
psixologiyaze · 5 months
Text
Dost gerçekleri.
Düşman işine geleni.
Deli ağzına geleni.
Aşık içinden geçeni söylermiş.
• Özdemir Asaf
35 notes · View notes
psixologiyaze · 5 months
Text
Tumblr media Tumblr media
36 notes · View notes
psixologiyaze · 5 months
Text
Öyrədilmiş çarəsizlik ?
Heç bir insan çarəsiz doğulmur. Onu çarəsiz edən yaşadığı mühitdir. Bir insanın xarakteri, kişiliyi, cəsarəti, özünə inamını qarşılaşdığı hadisələr formalaşdırır. Əgər bir insana hər zaman davamlı olaraq “sən bunu bacarmazsan”, “sənin buna gücün yetməz”, “sənin qabında yoxdur” , “sənin bacarığın elə bu qədərdir” kimi sözlər söylənsə, bu həmin insanı bacarıqsızlığa, çarəsizliyə aparacaq.
Psixoloqların bu sahədə araşdırmaları acı həqiqəti açıq şəkildə sübut etməkdədir. Birələrin yerdən 50 sm yuxarı sıçradıqlarını ölçürlər. Sonra bu birələri yüksəkliyi 30 sm olan şüşə qaba qoyub ağzını bağlayırlar. Qabın altını qızdırırlar. Qab isti olunca birələr sıçramağa başlayırlar və qabın qapağına dəyib yerə düşürlər. Bir az sonra birələr qapağa vurmamaq üçün 29 sm uzağa sıçramağa başlayırlar. Bir az zaman keçdikdən sonra birələr 29 sm sıçramağı adət halına gətirirlər. Halbuki, əvvəllər 50 sm sıçrayırdılar. Qabın qapağını açdıqdan sonra da birələr 29 sm sıçramağa davam edirlər.
Yuxarıdakılar sadəcə heyvanlara aid misallardır. Bu gün cəmiyyətimizdə milyonlarla belə çarəsiz insanlar var. Övladını böyüdüyu halda belə uşaq yerinə qoyan, onun yerinə qərar verən və heç bir zaman uşağın fikrini soruşmağa ehtiyac duymayan millətik, biz azərbaycanlılar. Demokratik haqqı beşikdə boğulan, yeməyi zorla yedizdirilən, paltarı zorla geyindirilən, məktəbə zorla göndərilən, zorla oxudulan, səsini çıxaranda ağzından vurulan, etiraz edəndə əti göyərənə qədər çimdiklənən, zorla evləndirilən bir insandan demokratik cəmiyyət qurmağı tələb etmək, onu demokratik cəmiyyət qurmaq üçün zorla mübarizə aparmağa vadar etmək nə qədər məntiqlidir?
Haqqını tələb etmək istəyəndə ağzından vurulan, haqsızlığa etiraz edəndə atasının çatılan qaşlarıyla susdurulan, el-oba arasında “demoqoq” damğası vurulduğu üçün valideynləri tərəfindən qınanan bir insandan hansı cəmiyyət, nə fayda görə bilər ki?
Əgər bir uşağa doğrusunu öyrətməsəniz, onun doğru cəmiyyətdə yaşamasını sadəcə xəyal edə bilərsiniz. Xəyallar isə uçub gedir...
İnamsız olmayaq, inamsız övlad yetişdirməyək. Uşaqlarımızı çarəsizliyə sürükləməyək. Onlara azadlığı beşikdə verin ki, azadlıq duyğusunu dadsınlar, anlasınlar. Anlasalar, bir daha əsla vaz keçməzlər.
67 notes · View notes
psixologiyaze · 5 months
Text
Dünyanın ən ağıllı insanı da olsanız, ətrafınız ortalama və ortalamanın altı insanlardan ibarətdirsə, öz səviyyənizi belə qoruma imkanınız yoxdur. Hamımız bərabər vaxt keçirdiyimiz 5 nəfərin ortalamasıyıq.
43 notes · View notes
psixologiyaze · 5 months
Text
Reallığın bəzi acı həqiqətləri:
1) Hərdən çəkilən zəhmət hədər gedə bilər.
2) Sən öləndən sonra həyat davam edəcək. Eynilə sən doğulmamışdan qabaq davam etdiyi kimi.
3) Bəzi insanları dəyişmək olmur.
4) Hər kəs tərəfindən bəyənilə bilməzsən.
5) Bəzi valideynlər öz uşaqlarını sevmirlər.
6) Zəngin doğulanların həyatda uğur qazanmaq ehtimalı daha yüksəkdir, nəinki istedadlı doğulanların.
7) Hərdən əlindən gələni etdiyinə baxmayaraq bəzi şeylər istədiyin kimi olmur. Bu sənin uğursuz olmağının göstəricisi deyil, bu sadəcə həyatdır.
8) Bəzi insanlarda sənə qarşı olan sevgi səbəbsiz olaraq itə bilər. Səbəb axtararkən özünü günahlandıra bilərsən, amma hisslər hərdən səsəbsiz soyuyur, dünyagörüşü dəyişir və sairə.
9) Dünyada səni hər gün gördüyünə görə sevinəcək və səni olduğun kimi qəbul edib sevəcək insanlar çoxdur. Lakin ehtimal var ki, sən onlarla heç vaxt qarşılaşmayacaqsan.
10) Karma yoxdur. Yaxşı insanların başına pis hadisələr gəlir. Pis insanlar etdiyi pisliklərə görə çox vaxt heç bir cəza çəkmirlər. Yaxşı insanlar etdiyi yaxşılıqlarla çox vaxt özlərinə zərər yetirirlər.
11) Hərdən uğursuz münasibətin səbəbi tək səndə ola bilər. Bəzi insanların xəyalı “həmin o adamı” tapmaqdır, lakin uğurlu münasibət 50%-i sənə uyğun olan insanı tapmaq və 50%-i isə uyğun insan olmaq deməkdir.
12) Kiminsə həyatında həmin o pis insan sənsən, düşmənlərinin çoxu səhvlərini heç vaxt boynuna almayacaqlar, bəzi hallarda isə sən də həmçinin. İnsanların çoxusu səhv etdikdə özlərinə bəraət qazandırmağa çalışırlar, buna görə də üzr istəməyi bacarmırlar.
35 notes · View notes
psixologiyaze · 5 months
Text
Əgər yumurta xaricdən olan gücün nəticəsində sınarsa, həyat bitir. Yox əgər daxildən olan gücün nəticəsində sınsa, həyat başlayır. Bütün böyük işlər həmişə daxildən baş verən təkanların sayəsində ərsəyə gəlmişdir.
42 notes · View notes
psixologiyaze · 5 months
Text
İstənilən uşaq, öz ata-anasının gözündə çox böyük bir insan olmaq üçün doğulmuş varlıqdır: oğlan uşağı gərək atasının istəyib ola bilmədiyi çox böyük bir kimlik, adlı-sanlı bir igid olsun, qız isə, kral oğluna ərə gedib anasının əli yetməyən bu diləyini, heç olmasa belə bir qayınanalığa çata bilməklə, ovuda bilsin.
32 notes · View notes
psixologiyaze · 5 months
Text
Məncə, insanların ən alçağı özünü hamıya sevdirməyə çalışanlardır. Düşmənsiz olmağa çalışan insanların düşməniyəm, çünki onlar özlərini hətta düşmənlərinə də sevdirməkdən ötrü insanlıqlarından güzəştə gedərək kiçilirlər.
40 notes · View notes
psixologiyaze · 5 months
Text
Bizə çiçəkləri sevdiyini söyləyən qadının, çiçəklərə su verməyi unutduğunu görsək, onun çiçək sevgisinə inanmarıq. Sevgi, sevdiyimiz şeyin böyüməsi və yaşaması üçün göstərdiyimiz əməkdir. Bu əməyin olmadığı yerdə, sevgi də yoxdur.
68 notes · View notes