Tumgik
#ohannisyan
yalaninfo · 3 years
Photo
Tumblr media
Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan: “Ali şər” (Nikol Paşinyanı nəzərdə tutur – red.) Zod qızıl mədəninin yarısını hüquqi şəkildə Azərbaycana verməklə Ermənistan dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyini şübhə altına alıb. Siz Əliyevin bizdən təzminat olaraq tələb etdiyi 50 milyard dolları necə hesabladığını düşünmüsünüzmü? Dünən Müdafiə Nazirliyinin də təsdiqlədiyi kimi bu mədənin yarısı Azərbaycana məxsusdursa, o zaman bu cahilin (Paşinyanı nəzərdə tutur – red.) buna qədər həmin mədəndəki istehsal prosesinin qanunsuz olduğuna imza atması deməkdir. Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəccüblənməyin. Düşünməyin ki, “xilaskar” (Paşinyanı nəzərdə tutur – red.) bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun yerinə Zəngəzuru Əliyevə verəcək. #Arpine #ArpineOhannisyan #Ohannisyan #Ogannisyan #Ohannisian #Pashinyan #Pashinian #NikolPashinyan #Armenian #Armenians #Armenia #NikolPashinian #ArpineHovannisyan #ArpineHovannisian #Yerevan (at Yerevan, Armenia) https://www.instagram.com/p/CIHVzMSFXde/?igshid=fli057te5acq
0 notes