Tumgik
zaur · 5 years
Text
Azerbaijan
Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı... El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni. Dağlarının başı qardır, Ağ örpəyin buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin. Düşdün uğursuz dillərə, Nəhs aylara, nəhs illərə, Nəsillərdən-nəsillərə Keçən bir şöhrətin vardır; Oğlun, qızın bəxtiyardır... Hey baxıram bu düzlərə, Alagözlü gündüzlərə, Qara xallı ağ üzlərə Könül istər şer yaza; Gəncləşirəm yaza-yaza... Bir tərəfin bəhri-Xəzər, Yaşılbaş sonalar gəzər; Xəyalım dolaşar gəzər Gah Muğanı, gah Eldarı. Mənzil uzaq, ömür yarı! Sıra dağlar, gen dərələr, Ürək açan mənzərələr... Ceyran qaçar, cüyür mələr, Nə çoxdur oylağın sənin! Aranın, yaylağın sənin. Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan. Afrikadan, Hindistandan Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar... Bu yerlərdə limon sarı, Əyir, salır budaqları; Dağlarının dümağ qarı Yaranmışdır qarlı qışdan Bir səngərdir yaranışdan. Lənkəranın gülü rəng-rəng, Yurdumuzun qızları tək. Dəmlə çayı tök ver görək Anamın dilbər gəlini! Yadlara açma əlini. Sarı sünbül bizim çörək, Pambığımız çiçək-çiçək. Hər üzümdən bir şirə çək Səhər-səhər acqarına, Qüvvət olsun qollarına. Min Qazaxda köhlən ata, Yalmanına yata-yata, At qan-tərə bata-bata, Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göy gölə bax! Ey azad gün, azad insan, Doyunca iç bu bahardan! Bizim xallı xalçalardan Sər çinarlar kölgəsinə, Alqış günəş ölkəsinə! ************ Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan. Axşamüstü qoy uzaqdan Havalansın Xanın1 səsi, Qarabağın şikəstəsi. Gözəl vətən! Mənan dərin, Beşiyisən gözəllərin! Aşıq deyər sərin-sərin, Sən günəşin qucağısan, Şer, sənət ocağısan. Ölməz könül, ölməz əsər, Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır. Bir dön bizim Bakıya bax, Sahilləri çıraq-çıraq, Buruqları hayqıraraq Nərə salır boz çöllərə, İşıqlanır hər dağ, dərə! Nazlandıqca sərin külək, Sahillərə sinə gərək. Bizim Bakı – bizim ürək! İşıqdadır qüvvət sözü, Səhərlərin ülkər gözü. Gözəl vətən! O gün ki sən Al bayraqlı bir səhərdən İlham aldın... yarandım mən. Gülür torpaq, gülür insan, Qoca Şərqin qapısısan!
Səməd Vurğun
2 notes · View notes
zaur · 9 years
Photo
Tumblr media
A Message
124K notes · View notes
zaur · 10 years
Photo
Tumblr media
Mio's blog turned 3 today!
2 notes · View notes
zaur · 11 years
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
988K notes · View notes
zaur · 12 years
Video
youtube
TAUTOU SCREEN TEST AMELIE
2 notes · View notes
zaur · 12 years
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
classix
1 note · View note
zaur · 12 years
Link
0 notes
zaur · 12 years
Link
1 note · View note
zaur · 12 years
Link
0 notes
zaur · 12 years
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
202K notes · View notes
zaur · 12 years
Link
1 note · View note
zaur · 12 years
Video
youtube
а капелла
0 notes
zaur · 12 years
Video
youtube
headphones recommended
0 notes
zaur · 12 years
Photo
Tumblr media
17K notes · View notes
zaur · 12 years
Photo
Tumblr media Tumblr media
227K notes · View notes
zaur · 12 years
Photo
Tumblr media
16 notes · View notes
zaur · 12 years
Photo
Tumblr media
104K notes · View notes