Tumgik
#xoşbəxt
shahinelected · 2 months
Text
Oxuyub bitirdiyim növbəti kitab, Qurban Səid qələminin əsəri olan Əli və Nino kitabıdır!
Bu əsəri oxuduqca, keçmişdəki həmin o Qızıl dövrü müvəqqəti olsa belə, yaşamış oldum! Əli Xan Şirvanşir ilə Prinses Nino Kipiani sevgisi o qədər güclü olur ki, heç bir kimsə onların qarşısında uzun müddət tabb gətirə bilmirlər! Əsərdə Əlinin öz həyat yoldaşına "Prinses Nino" deyə müraciət etməsi, öz Xanımı ilə Şəhzadə kimi davranması, həmçinin Ninoun öz ərinə "Əli Xan" deyə müraciət etməsi və onunla Xanlara layiq bir şəkildə davranması, keçmişdə Sevginin necə dəyərli və əhəmiyyətli olduğunu və Qızıl dövrün məhz həmin dövrlər olduğunu oxucuya sübut etmiş olur! Təəssüf ki, indi bir çox ailədə Qadınlar "çay niyə soyuqdur? Xörək niyə soyuqdur?" bəhanəsi ilə öz ərləri tərəfindən döyülür, haqları əzilir, fiziki, mənəvi, psixoloji zərərlərə məruz qalır və ömürlük psixoloji travma ilə yaşamaq məcburiyyətində qalırlar! Bir çox hallarda, Kişilər öz həyat yoldaşlarını başqa Qadın ilə aldadırlar, amma həmin Kişilərin Qadınları bir Kişiyə Salam verdiyinə görə amansızcasına öldürülür və ya döyülür! Kişi olmaq o demək deyil ki, sən istədiyin Qızla, Qadınla istədiyin kimi əylənə bilərsən, həyat yoldaşına xəyanət edə bilərsən, amma o bunu edə bilməz, çünki o bir Qadındır! Həmçinin bu gün ailə quran Qadınlara, ərlərinin "Arvad" deyə müraciət etməsi belə çirkindir! Çünki, "Arvad" sözü, Ərəb sözüdür və mənası "Ayıb yer" deməkdir! Necə ola bilər ki, bir Kişi, öz Xanımını, ayıb yeri olaraq görsün?! Halbuki, heç Ərəblər özləri belə, öz Xanımlarına "Arvad" deyə müraciət etmirlər, onlar öz Xanımlarına "Zövcə" deyirlər! "Zövcə" bizim dildə "Həyat Yoldaşı" mənasına gəlir! Təəssüf ki, biz bir xalq olaraq, "İnkişaf" adı altında, digər xalqların təhqirlərini mənimsəyərək, onları "Mentalitetimizə" daxil elədik və Qadınları əzmək, onları alçaltmaq üçün rəsmiləşdirdik! Elə bizim "Mentalitet" də Qadınları əzmək, alçaltmaq üçün qanunlar toplusudur! Belə ki, Kişiyə hər şeyə şərait yaradan "Mentalitet", Qadınlara əşya və ya heyvan kimi münasibət edilməsini tələb edir!
Əli və Nino əsəri isə Xalqımızı keçmiş Sevgi və Ailə münasibəti ilə aydınladır!
#shahinelected #əlivənino #kitab #kitabqurdu #azərbaycan #sevgi #ailə #münasibət #xoşbəxt
0 notes
metbuat · 2 years
Text
Pike "Barsa"dan narazıdır
Pike “Barsa”dan narazıdır
“Barselona”nın futbolçusu Jerar Pike klubun düşərgəsində özünü xoşbəxt hiss etmir.   Metbuat.org “Managing Barca”ya istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi komandadakı mövqeyindən narazıdır. O, buna görə də həvəssiz məşq edir.  Qeyd edək ki, Pikenin “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayı başa çatır. O, bu mövsüm La Liqada 4 oyun keçirib. Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
I Ətrafınızda sıxıntılı üz ifadəsi olan bir çox insan var. Həmişə şikayət edən, ən kiçik problem olduqda hirslənən insanlar. Bu insanların ya iman gətirmədiklərinə, ya da imanda tərəddüd etdiklərinə görə başlarına gəlir. İmanın insana qazandırdığı nemətləri dərk etməyən və ya heç düşünməyən bu insanlar üçün dünyada ancaq sıxıntılı həyat var. Uca Allah bu insanları “Yunis” surəsinin 7-ci ayəsində “dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar” şəklində təsvir edir. Bu insanların yeganə məqsədi dünya həyatında bir az da yaşamaq, bir az da dünyadan faydalanmaqdır. Halbuki, ancaq dünya həyatını seçən, axirətdən xəbərsiz olan bu insanlar imanın onlara qazandıracağı nemətlərdən bəzən bilərək, bəzən də bilməyərək uzaq qalıblar. Yaşadıqları soyuq dünyanın, sevgi əskikliyi, sıxıntıların və digər ruhi və fiziki xəstəliklərinin əsl səbəbinin iman çatışmazlığı olduğunu bəlkə də heç düşünməyiblər. Halbuki, bu soyuq, ruhsuz həyatın dəyişməsi çox asandır, bunun üçün dünyanın yaradılma məqsədini düşünmk kifayətdir. İman gətirməyən insanlar xoşbəxt olmaq üçün səbəblər axtarır, bəziləri var-dövlətlə, bəziləri gözəlliklə, yaxud gəncliklə, bəziləri məşhur olmaqla və ya nailiyyətlər qazanaraq xoşbəxt olacağını zənn edir. Dünyadakı hər şeyi səthi dəyərləndirən, sadəcə dünyadan zövq almaq istəyən bu insanlar heç vaxt həqiqi mənada xoşbəxt ola bilməzlər. Çünki onların sevinc hissi tamamilə müvəqqəti həvəslərdən qaynaqlanır. Hər hansı bir şeyi əldə etmək üçün ciddi çalışırlar, həmin şeyi əldə etdikdən qısa müddət sonra ona maraqlarını itirirlər. Ona görə, qısa müddət sonra sevincləri də sönür. Məsələn, son model avtomobil almaq istəyən biri bu avtomobili əldə etdikdə sevinir, ancaq bir müddət sonra avtomobilə marağı itir, artıq sevinc hissi də sönür. Uca Allah bir Quran ayəsində dünya zövqlərinin də dünyadakı hər şey kimi müvəqqəti olduğunu belə xəbər verir: Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir… (Hədid surəsi, 20) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #xoşbəxt #xoşbəxtlik #iman https://www.instagram.com/p/ChaAvb_s-h-/?igshid=NGJjMDIxMWI=
0 notes
iyidebananeee · 10 months
Text
Amk 17 yaşlı sinif yoldaşım məni toyuna çağırıb. Gülüm yoxsa ağlayım bilmədimm
23 notes · View notes
shikhaliyevv · 1 month
Text
Mən uşaq olanda elə bilirdim,
Adam yıxılanda ağlayır ancaq.
Sanırdım dünyanı mənim atamın,
Çeçələ barmağı saxlayır ancaq.
Mən uşaq olanda elə bilirdim,
Seçdiyim hər maşın mənim olacaq.
Mən axı bilmirdim dünyanın özü,
Böyükkən özümə qənim olacaq.
Mən uşaq olanda uşaqlığımdan,
Tezcə sıxılardım, tezcə bezərdim.
İstərdim, tezcənə böyüyüb mən də,
Böyük adamlartək rahat gazərdim.
Mən uşaq olanda elə bilirdim,
Hər nağıl xoşbəxt bir son ilə bitir.
İndi böyümüşəm, mənim nağılım,
Hardasa beş, ya da on ilə bitir.
68 notes · View notes
emilia-rzayeva19 · 3 months
Text
Hər şeyə rəğmən nə zaman əlini uzatsan,mən əlindən tutacam.Məsələn sən heç bir vaxt özünü yanlız hiss etməyəcəksən,çünki mən hər zaman səninlə olacam.Kədərlənsən,çöhrəndə təbəssümün olacam.Ən yaxının,ən doğman,canında can olacam...
Bəlkə sözün həqiqi anlamında hər gün xoşbəxt olmayacağıq amma mən hər gün israrla cəhd edəcəm...
Xoşbəxtliyin olacam,sənə qəlbindən də daha yaxın olacam,alın yazın olacam🤍
Sən nəfəsim oldun,mən nəfəs aldım
Muştuluq verdilər günəşə,aya
Səni sevmək üçün gəldim dünyaya✨
69 notes · View notes
petr1chorr · 19 days
Text
Hansı birimiz uşaqlığını düzgün yaşaya bildi ki? Uşaq ikən hər birimizin sonsuz xəyalları olub. Başqa uşaqlara özənərdik. Özəndiyimiz uşaqlar da başqa uşaqlara özənirdi yəqin. Kimimizin oyuncaq maşını yox idi, kimimizin Barbi kuklası, kimimizin də mişqası. Sanki gələcək hər daim bir addımlığımızda idi, bizlə birgə addımlayırdı. Xəyallarımızın gerçəkləşməməsi ehtimalını əsla düşünməzdik. Hesab edərdik ki, hər zaman hər şey istədiyimiz kimi olacaq. Bu, gələcəkdə bizi daha çox üzəcəkdi. Amma bizim bundan xəbərimiz belə yox idi. Gün keçdikcə ətrafımızda gördüklərimizdən daha çox şey qatırdıq gələcəyimizə. Əslində həyatımız eyni ilə bir dəftər kimi idi. Bu dəftəri yazmağa doğulduğumuz andan başlamışdıq. Uşaqlığımızda hər gün bu dəftərə onlarla səhifə əlavə edirdik. Xəyallarımızı, sevdiklərimizi, itirdiklərimizi... Böyüdükcə anladıq ki, bəzi səhifələri boşuna yazmışıq, dəftər artıq dolub. Yazmağa səhifə qalmadığı üçün yazdığımız bəzi səhifələrdən imtina etməli idik. İmtinasına boyun əydiyimiz səhifələr isə əslində gerçəkləşməsi mümkün olmayan xəyallarımız idi. Çünki yaşımız artdıqca anlamışdıq bu xəyallarımızın gerçəkləşə bilməyəcəyini. Artıq bu səhifələri silməyin zamanı gəlmişdi. Bəlkə, asanlıqla yazmamışdıq bu səhifələri, amma geridə qoymalı idik nəticədə. Yazdığımız o qədər səhifə, qurduğumuz milyonlarla xəyal bir anda yox olmuşdu. Yazdığımız həmin səhifələri bir-bir sildikcə, həyata qarşı sevgi və istəyimiz də yavaş-yavaş tükənirdi. Zatən yazmaq istədiklərimizin neçəsini yaza bilmişdik ki, o sətirlərə? Bəlkə 5, bəlkə 10. Yazdıqlarımız yazmaq istədiklərimizin yanında heç nə idi. Hər zaman bir şeylər əskik idi yazdığımız bu sətirlərdə. Nə sevgimizi tam tökə bildik bu sətirlərə, nə də nifrətimizi. Sözlərin kifayət etmədiyi yerlərdə hisslərimizlə görünməyə çalışdıq. Güldülər hər zaman. Anlamırdılar çünki. Dəftərə yazdığımız üç-beş sətri oxusalar anlayardılar, bəlkə, amma hisslərimizi anlamırdılar, anlamaq istəmirdilər. Bizi hər zaman yazdıqlarımız qədərilə gördülər, sadəcə yazdıqlarımızdan ibarətik zənn etdilər. Oysa görünməyən, amma mövcud olan hisslərimiz o qədər çox idi ki. Bizi güldürən, kədərləndirən, ağladan və sevindirən hisslərimiz... Sadəcə gülümədiyimizi, xoşbəxt olduğumuzu gördülər. Hər zaman xoşbəxtik zənn etdilər. Fərqinə vardıq ki, qaranlıq öz işini çox yaxşı görüb. Qaranlıq göz yaşlarımızı, dərdlərimizi, bütün üzüntülərimizi çox yaxşı gizlətmişdi öz qanadları altında. Qaranlıq haqqımızda hər şeyi bilsə də, istəmədiyimiz müddətcə əsla ən zəif nöqtəmizdən vurmazdı bizi. Sanki qulağı var idi, çox gözəl dinləyirdi, amma dilsiz idi, danışmırdı. Bir sözlə, dostu olmayanın ən yaxşı dostu idi qaranlıq. Bizlər bir gün gec də olsa həyatlarımızın xəyallarımızdan daha güclü olduğunu öyrənəcəkdik. Dopdolu xəyallarımızı bir şəkildə həyatlarımıza sığdıra bildik də, kiçik həyatlarımızı bu xəyallara sığdıra bilmədik əsla. Nə dünyaya sığa bildik, nə də xəyallarımıza. Özümüzə sığındıq, öz qaranlığımıza və oranı hər şeydən daha çox sevdik.
52 notes · View notes
nferzeliyeva · 17 days
Text
Küsmə həyata, yorğun düşmə, imtina etmə. Buraxma xəyal qurmağı. Yaşadığın həyatın pis başlaması və ya pis getməsi, hekayənin xoşbəxt sonla bitməsinə mane ola bilməz.
42 notes · View notes
zhr-vn · 5 months
Text
İnsanlar məni duyğusuz,özündən razı, yalnız özünü düşünən olaraq bilirlər. Haqlıdılar çünki, özümü elə tanıtmışam və hərəkətlərimlə bunu təsdiqləmişəm. İnsanların (dəyər verdiklərimin) səhvlərini həmişə bağışlıyan biri olmuşam. Amma hər dəfəsində doluram və bir anda silə bilirəm həmin insanı. Elə bilirlər ilk səhvində sildim, ama bu həddə çatana kimi bağışladığım şeylərin fərqində olmurlar. Bu qərarlar gələcəyim üçün ən doğrusu olsada, heç cür məni xoşbəxt eləmir. Ancaq duyğularımla hərəkət etsəm, uduzacağımı bilirəm. Çünki şans verib ,çətinliklə həyatıma aldığım insanlar belə yanıldırlar məni. Yorulmuşam və sadəcə xoşbəxt olmaq istəyirəm...
66 notes · View notes
nesirov · 2 months
Text
Tumblr'daki bütün qadınları 8 mart münasibəti ilə təbrik edirəm. Həmçinin sizlərə kiçik bir mesaj buraxmaq istəyirəm :
Hansı rəng sizsə, o'suz. Başqasının yanına daha çox yaraşmaq üçün, əsla öz rənginizi soldurmayın. Fədakar olun, amma özünüzə xəyanət etməyin. Başqalarını da xoşbəxt edin, amma özünüzü unutmayın. “ Bacara bilməyəcəksən ” deyəcəklər həmişə, inanmayın. İçinizdəki musiqini susdurmağa, səsini azaltmağa çalışacaqlar, amma siz öz iç səsinizə güvənin. Ondan başqa heç kimi vecinizə almayın. Qüsursuz olmaq üçün deyil, xoşbəxt olmaq üçün çabalayın...
43 notes · View notes
dadaszdkh · 5 months
Text
Olarda bir gün səni incidərlər, çıx gəl yanıma. Bəlkə səni xoşbəxt edə bilmərəm, dərdinə çarə tapa bilmərəm amma, səhərə kimi qulaq asaram sənə.
54 notes · View notes
Photo
Tumblr media
I Xoşbəxtlik anlayışı haqqında ən çox danışılan dövrlərdən birini yaşayırıq. Dünyanın harasında olursa-olsun, hər bir insan xoşbəxt olmaq istəyir. Halbuki böyük əksəriyyətin bitmək bilməyən dərdləri, çətinlikləri var. Hər kəs nələrdənsə şikayətçidir. Xoşbəxt olmayan insanlar artdıqca terapistlərin, psixoloqların da sayı artır. Xoşbəxtliyin sirrini açıqladığını iddia edən kitablar bütün dünyada ən çox satılanlar siyahısındadır. Dövrümüzdə insanlar sıxıntılarından azacıq da olsa uzaqlaşmaq üçün dörd əllə texniki imkanlara sarılırlar. Musiqi, rəqs, idman, müxtəlif incəsənət sahələri, televiziya və kino ilə yanaşı, yeni əyləncə növləri, kompüter oyunları, internet, kütləvi informasiya vasitələri, konsertlər, festivallar, müsabiqələr xoşbəxtliyi axtaran kütlələri arxasınca sürükləyir. Hər biri insanların xoş vaxt keçirmələrini təmin etmək, onları əyləndirmək üçün həmişə yenilənir, inkişaf etdirilir, genişləndirilir. Bütün bunlara baxmayaraq, insanlar xoşbəxt deyil. Üzləri solğun və yorğun, baxışları düşüncəli və qayğılıdır. Bəziləri maddi çatışmazlıqlar içərisində, bəziləri isə xəstəliyi, şəxsi və ya ailəvi problemləri ilə mübarizə aparır. Bəzilərinin borcu var, bəziləri istədiyi həyat şəraitini əldə edə bilmədiyi, bəziləri istədiyi paltarı, və ya yeməyi ala bilmədiyi üçün depressiyadadır. Bəziləri ay sonunu necə gətirəcəyini, bəziləri övladlarının gələcəyini necə təmin edəcəyini düşünür. Bəziləri qocaldığı üçün bədbin, bəziləri gənc olduğu halda, özünü ümidsiz hiss edir. İntihar göstəricilərinə baxdıqda isə dünyanda baş verən narahat edici vəziyyət daha da aydınlaşır. Dünya Səhiyyə Təşkilatının son hesabatına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində həyatını itirir. Digər bir ifadə ilə hər 40 saniyədə bir insan intihar edir. Təşkilat ruhi sağlamlıq pozuntularının getdikcə çoxaldığını bildirir. Təşkilatın digər bir təsbiti də odur ki, intiharlar gənc ölümlərində ikinci səbəbdir. Ölkəmizdə, demək olar hər gün intihar xəbərləri oxuyuruq. (ardı rəydə) #quran #ayə #islam #iman #Allah #namaz #din #xoşbəxtlik #xoşbəxt #hüzur https://www.instagram.com/p/CgcH4knsPfK/?igshid=NGJjMDIxMWI=
0 notes
iyidebananeee · 3 months
Text
Saçım nə vaxt uzanacaqqqq😔
3 notes · View notes
shikhaliyevv · 4 months
Text
Təklik nə qədər yaxşı olsa da, insan bəzən bəzi hisslər üçün darıxır. Bəzən darıxır, bəzən inciyir, bəzən əsəbləşir. Əslində heç kimə ehtiyacı yoxdur. Amma sadəcə qısqanır və darıxır. Xoşbəxt hisslər üçün darıxır, bəzən bir insanın dərmanı insandır. Bəzən həmin insanlar zəhər olur, tövbə elətdirir, soyudur. Sevgiyə küsdürür, amma o boşluq hissi ən yalnız qaldığın zamanda sancır.
58 notes · View notes
mubarizhsmv · 8 months
Text
Hansıki bir ərəfə var kim nəsə soruşsa bilmirəm deyirsən,nə olub deyəndə heçnə.Gah xoşbəxt hiss edirsən gah boşluq,sıxıntı...
108 notes · View notes
petr1chorr · 6 months
Text
Xoşbəxt deyiləm, yoldaşlar. Sadəcə çox məşğulam. Ona görə buralar yada düşmür.
101 notes · View notes