Tumgik
nesirov · 19 hours
Text
İkinci bölüm yayımlandı, oxuyub, dəstək olmaq istəyənlər, aşağıdaki linkdən edə bilərlər 🫶🏻
8 notes · View notes
nesirov · 6 days
Text
- Axrıncı dəfə nə vaxt dua etmisən, heç yadındadır?
+ Dünən gecə.
- Nə istədin Tanrıdan?
+ İki çay.
- Bu qədər sadə?
+ O qədərdə sadə deyil əslində.
- Necə yəni?
+ Boşver, çayını soyutma...
© Xanım Əzimli - Tanrının Əlləri 📚
29 notes · View notes
nesirov · 7 days
Text
“ Yuxu bəlkə də insanın sahib olduğu tək hüzur sığınacaqıdır... ”
© Maxime Chattam
27 notes · View notes
nesirov · 10 days
Text
Salam Gənclər, kitabımın ilk bölümünü wattpad'da yayınladım, oxuyub dəstək olmaq istəsəniz, linkini aşağıda yerləşdirirəm 🙏🏻
Tumblr media
41 notes · View notes
nesirov · 13 days
Text
Bura nə oldusa 2019'dan sonra oldu
38 notes · View notes
nesirov · 13 days
Text
- Allah, İbrahimin nə qədər inanclı olduğunu görmək istəyirdi. Beləcə ona oğlunu qurban etməyi əmr etdi. Xatırlayıram, atamdan o da məni qurban edərdimi deyə soruşmuşdum. Çünki uşaq vaxtı bu hekayədən çox qorxurdum.
- Bəs atan sənə, cavabında nə dedi?
- Səni qorumaq üçün lazım gəlsə, Tanrı ilə belə düşmən olaram...
© The Edge of Heaven 🎬
32 notes · View notes
nesirov · 15 days
Text
“ Daima qəmginəm. Əvvəl ki mən deyiləm sanki. İçimdəki bütün yaxşı şeyləri itirmişəm. Bütün xoşbəxtlikləri, həyatdan zövq almağı. Özümü heçnə kimi hiss edirəm. İnsanlar biraz düzəldiyimi sanırlar. İdarə etdiyimi düşünürlər. Arada kədərlənəndə, keçici olduğunu söyləyirlər. Amma elə deyil. Artıq mən həmişə beləyəm. Yaxşı deyiləm amma normal olduğum zamanları xatırlayıb, onu təqlid etməyə çalışıram. Yenə normal olmaq istəyirəm amma bunun üçün yetərincə güclü deyiləm... ”
© After Life 🎬
39 notes · View notes
nesirov · 16 days
Text
Darıxdın, içdin, ağladın, güldün, mahnılar oxudun, şeirlər yazdın. “ Bəs o nə etdi? ” demə. Hərkəs özünə cavabdehdir eşqdə...
© Nazım Hikmet
43 notes · View notes
nesirov · 18 days
Text
Heç bilməzdim daşım belə ağırdır,
Bəxtim belə biçarədir, fağırdır,
Gedəcəyəm, göylər məni çağırdı,
Daha yerdə gəzmək olmur, əzizim...
© Vahid Əziz
40 notes · View notes
nesirov · 20 days
Text
Franz Kafkanın ailəsi ilə, xüsusilədə atası ilə arasının yaxşı olmadığı hamı tərəfindən bilinən bir həqiqətdir. Kafka'nın atası ilə olan münasibətini daha yaxşı anlamaq üçün onun “ Atama Məktublar ” əsərini oxumaq lazımdır. Həmçinin Kafka'nın atasına qarşı olan incikliyi onun “ Çevrilmə ” əsərində də öz əksini tapır. Bu əsərin baş qəhrəmanı olan Gregor Samsa, bir səhər yuxudan oyanır və böcəyə çevrildiyini görür. Bu hadisədən sonra ailədəki hamı təşvişə düşür. Qəribə olan budur ki, onu böcəyə çevrildiyi üçün ilk öldürmək istəyən insanda, məhz əsərin baş qəhrəmanın atası idi...
32 notes · View notes
nesirov · 26 days
Text
“ Yıxılmağa qıya bilmədiyim bir uçurum var içimdə... ”
© Muzaffer Serkan Aydın
27 notes · View notes
nesirov · 1 month
Text
- “ Hansı daha önəmlidir? Getdiyin yolmu, ya çatacağın yermi? ” deyə soruşdu Böyük Panda.
- “ Kiminlə getdiyin. ” deyə cavab verdi Kiçik Əjdaha...
Tumblr media
25 notes · View notes
nesirov · 1 month
Text
“ Hər şeylə savaşa bilməzsən. Hər mövzuda ən yaxşı ola bilməzsən. Hər zaman məntiqli davrana bilməzsən. Bəzən axışına buraxmaq lazımdır. Bəzən savaşmaq yerinə məğlub olmaq lazımdır. Hüzuru tapa bilmək üçün... ”
© Beyhan Budak
53 notes · View notes
nesirov · 2 months
Text
Tumblr'daki bütün qadınları 8 mart münasibəti ilə təbrik edirəm. Həmçinin sizlərə kiçik bir mesaj buraxmaq istəyirəm :
Hansı rəng sizsə, o'suz. Başqasının yanına daha çox yaraşmaq üçün, əsla öz rənginizi soldurmayın. Fədakar olun, amma özünüzə xəyanət etməyin. Başqalarını da xoşbəxt edin, amma özünüzü unutmayın. “ Bacara bilməyəcəksən ” deyəcəklər həmişə, inanmayın. İçinizdəki musiqini susdurmağa, səsini azaltmağa çalışacaqlar, amma siz öz iç səsinizə güvənin. Ondan başqa heç kimi vecinizə almayın. Qüsursuz olmaq üçün deyil, xoşbəxt olmaq üçün çabalayın...
42 notes · View notes
nesirov · 2 months
Text
“ Platonik Eşq ” termininin etimologiyası
Əfsanəyə görə məşhur yunan filosofu olan Platon, bir gün bir qadına aşiq olur. Lakin qadına qarşı olan eşqini bütün həyatı boyu ondan gizlədir. Hətta həmin qadınla əsla birlikdə olmamasına rəğmən, ona daxilən sədaqətini davam etdirir. Bu səbəbdən Platon həyatı boyu əsla evlənməmişdir. Buna səbəb isə Platonun, həqiqi sevginin yaşana bilməyəcək qədər ali bir duyğu olduğunu düşünməsi idi. Platano görə, həqiqi sevgi, insanlığın çox ötəsində, əlçatmaz və toxunulmaz bir duyğudur. Və bəşər oğlu əsla onu yaşaya biləcək qədər aliləşə bilməz. Bu hissə “ Platonik Eşq ” adının verilməsinin səbəbi isə Platon'un “ Dövlət ” əsərindən irəli gəlir. Çünki Platon bu əsərində, əsla mövcud ola bilməyəcək qədər qüsursuz bir dövləti təsvir etmişdi. Bilinənin əksinə “ Platonik Eşq ” ifadəsi, qarşılıqsız eşqi yox, tam əksinə, yaşana bilməyəcək qədər qüsursuz bir eşqi təsvir edir. Hətta Platon “ Alkibiades |, || ” əsərində eşqinin aliliyini belə təsvir etmişdi :
“ Səni sadəcə mən sevirəm. Digərləri sənə aid olan şeyləri sevirlər. Sənə aid olan şeylər bir gün solub gedəcək, amma sən mənim qəlbimdə daima çiçək açmağa davam edəcəksən. ”
58 notes · View notes
nesirov · 2 months
Text
“ Xoşbəxt olmaq istəyirsən, amma ola bilməyəcəksən. Bunun üçün üzr istəyirəm. Problem sadəcə sən deyilsən. İçindəki çirkinliyi sən özün tapmısan. Sən doğuşdan problemli doğulmusan. Doğulandan beləsən. Artıq həyatını, işlərinlə, kitablarla, filmlərlə və sevgililərinlə doldura bilərsən. Amma unutma, bunların heç biri səni yenidən bir bütün etməyəcək. Çünki sən Bojack Horseman'san. Və bunun müalicəsi yoxdur... ”
© Bojack Horseman 🎬
29 notes · View notes
nesirov · 2 months
Text
“ İnsan bəzən gec qalır. Bir çaya, bir duaya, birinə, bir-birinə... Heyif, təxirə saldığı sevgilərin hər zaman eyni qalacağını düşünür... ”
© Can Yücel
71 notes · View notes