Tumgik
#mübarizə
metbuat · 2 years
Text
"Nant"ın futbolçusu
“Nant”ın futbolçusu
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Nant”ın futbolçusu Mussa Sissoko “köhlən atlar”la rəqabətdən danışıb.  Metbuat.org xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına müsahibəsində bunları deyib:   “Qrupu yaxşı nəticə ilə başa vurmaq istəyirdik və buna nail olduq. “Qarabağ”ın səhv addım atacağına ümid edirdik.”Frayburq” “Qarabağ”a qarşı sonadək…
Tumblr media
View On WordPress
0 notes
fuaddmv · 22 days
Text
İnsanın həyatda o qədər çox mübarizə aparmalı olduğu dönəmlər var ki, yaşamağa vaxtı qalmır.
64 notes · View notes
petr1chorr · 6 months
Text
Dermotoloji xəstəliklə mübarizə apardığım dönəmdə instagram önümə ancaq o tərzdə paylaşımlar çıxarır. Sanki bilərəkdən edir, gözümə soxur ki, depressiv ruh halım daha da dərinləşsin. İnstagramın şərəfsizliyi şaka mı?
76 notes · View notes
nferzeliyeva · 3 months
Text
Bir qızım olsa.🩷
Ona hərzaman güclü olmağı öyrədəcəm. Dünyanın çox gözəl olduğunu yalan hekayələr danışmayacam. Gözəlliyinə rəğmən pisliklərədə dolu olduğunu və onlarla necə savaşacağını öyrədəcəm. Həyatının mərkəzinə özündən başqa kimisə qoymamasını insanların necə saxda olduqlarını danışacam. Tək nağıllar danışmayacam həyatın gərçəyini danışacam ki başına gələndə çox incinməsin mübarizə aparmağa bilsin. Qəlbindəki sevgi hissini heç zaman öldürməsin kimsələrində öldürməsinə icaza verməməyi öyrədəcəm. Sağlığını, məsumluğu itirmədən necə mübarizə aparmağı öyrədəm. Kimsədən aslı olmadan güclü qadın olmağı öyrədəcəm. Ölənə kimi yanında olan bütün səfləri ilə onu sevən bir anasının olduğunu deməyəcəm çünki deməklə olmur hiss etdirəcəm bütün qəlbim ilə son nəfəsimə kimi yanında olduğuma hiss etdirəcəm. Sənə söz verirəm qızım sənin saatlarla yatağında uzanıb boş tavanı izləyib ağlamağına icazə verməyəcəm. Səni nə qədər qorusamda incidəcəklər, qəlbini qıracaqlar ama söz səni tək qoymayacam yenidən ayağa qalmağına kömək edəcəm. Hərzaman yanında ola bilməyəcəm həyat hərkəs ölür mən səni elə böyüdəcəm ki mənsizdə ailənsizdə güclü ol. Çünki həyat çox qısa nə üçünsə pis olmağa onun üçün özünü incitməyinə ağlamağına dəyməz.
Səni sevirəm gözəl bəbəm🤍🫶🏻
37 notes · View notes
esmiramst · 5 months
Text
Əvvəl elə bilirdim ailə hərşeydir. Ailə evdir, arxa dayaqdır. Hər uğuruna dəstək olan, hər kədərində yanında olandır. Amma iki ildi hərşeyi tək edəndə, bütün çətinliklərlə tək mübarizə aparanda yox idilər yanımda:) o zaman anlamışdım özüm özümə yetməliyəm. mən uğurlarıma belə yarımçıq sevindim. Həmişə birşeylər könlümdə yarım qaldı. İçimdə əbədi yara kimi qalan şeylər var ki, onları aşa bilmirəm. Gücüm tükənir hiss edirəm. Ama sağlam ayaqda qalmaq üçün deyəsən bəzi doğmalardan vazkeçmək məcburundayam. Ailəm mənim üçün artıq bir yara’dan ibarətdi..
53 notes · View notes
huseynmammad · 8 months
Text
İstəsəm hər şeyə nail ola biləcəyimi deyə bilmərəm. Gücüm məhdud olduğu üçün bəzən uğur qazana bilmərəm. Bəzən yıxılaram və hər şey yaxşı getməyə bilər, bu məndən heçnə almaz, əksinə, hamsı başqa bir dərs verib gedərlər. Eyni zamanda mən nəfsimə güvənə bilmirəm, bəzən özümü yüksəkdə, bəzən də aşağıda görməkdən qorxuram. Orta yolu tapmamaqdan qorxuram... Bilirəm ki, mən inancımı qorumalıyam və bu daha diqqətli yaşamalı olduğumu göstərir. Ona görə də "qəlbim təmizdir" deyib kənara çəkilə bilmərəm. Bilirəm bəzən fərqli qayğılarım olur, çox əsəbləşirəm və hamından çox özümü yoruram. Qəlb incitməkdən, lazım olanda Allah'ın sevəcəyi şəkildə hərəkət edə bilməməkdən, qaranlıqa itməkdən çox qorxuram... Amma mən də bütün bunlar üçün mübarizə aparmağı sevirəm, dünyanın yeri gələndə məni bədbəxt etməsini, içimdəki yeri doldurmamısını sevirəm. Bütün bunların baş verməsi məndə itmədiyimə ümid verir. Bu mənə hələ də, səy göstərməyə ümid verir...
92 notes · View notes
ogunbugundur · 5 months
Text
bəzən sanki bütün gücüm tükənir. heçkəslə, heç nəylə mübarizə aparmaq istəmirəm. üzümə dikilən baxışlar, deyilən sözlər.. mən sadəcə kənarda durub izləyirəm. gücümü geri qazanana qədər.
43 notes · View notes
evezysf · 9 months
Text
64GB yaddaşla 1 ildən artıqdır ki, amansız şəkildə mübarizə aparıram
103 notes · View notes
esger1i · 1 month
Text
Göy üzünün hər yerdə mavi olduğunu anlamaq üçün, dünyanı dolaşmağa ehtiyac yoxdur. Bax, eyni zamanda baxdığını görən ol. Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman yeri doldurulmayan ol. Hər eşitdiyinə inanma, əlindəkinin hamısını xərcləmə və istədiyin qədər yatma! "Səni sevirəm“ deyərkən inanaraq de! "Üzr istəyirəm“ deyərkən qarşındakının gözünün içinə bax! İlk baxışdan sevgi`yə inan. Heç vaxt başqalarının xəyallarıyla oynama! Dərindən və inancla sev! Sına bilərsən, amma başqa cür də həyatını tam yaşaya bilməzsən! Anlaşılmazlıqlarla vicdanlı mübarizə apar! İnsanlar haqqında deyilənlərə inanıb onlar haqqında qərar çıxartma! İnsanları mühakimə etsən, onları sevməyə zamanın qalmaz. İnsanlara gözlədiklərindən çox şey ver və bu işi edərkən kübar ol. Yavaş danış, amma sürətlə düşün. Əgər biri sənə cavablamaq istəmədiyin bir sual verərsə gülümsə və "niyə bilmək istəyirsən?“ de. Bunu həmişə xatırla ki, böyük eşq və böyük investisiya daima özündə böyük risk daşıyır. Əgər məğlub olarsan, ağlını da itirmə. Unutma: Sevgi- hər kəsə! Hörmət- özünə və başqalarına! Cavabdehlik- bütün hərəkətlərin üçün! Balaca bir mübahisənin bütün dostluğu məhv etməsinə icazə vermə! Dostun olsun istəyirsənsə, dost ol! Əgər səhv etdiyini hiss etdinsə, həmin dəqiqə onu düzəltməyə başla, bilə-bilə davam etmə! Telefonda danışarkən gülümsə. Danışdığın adam səsindən gülümsədiyini hiss edəcək. Söhbət etməyi sevdiyin biriylə evlən. Yaşlandıqca söhbət hər şeydən daha çox önəm qazanacaq. Hərdən yalnız qalmağa səy göstər. Ananı say, sev və ona zəng et! Yeniliklərə açıq ol! Bunu bil ki, susmaq - bəzən ən yaxşı cavabdır. Daha çox kitab oxu, dostlarını arayıb-axtar, daha az televizora bax! Gözəl, şərəfli bir həyat yaşa! Yaşlanıb geri baxdığında ikinci bir dəfə ləzzətini yaşayacaqsan. Allaha güvən, amma avtomobilin qapılarını da bağla. Yuvanda isti bir mühit yaratmaq üçün əlindən gələni et. Sevdiklərinlə mübahisə edərkən, həmin anı düşün, keçmişi qurdalama! Sətir aralarını da oxu. Biliklərini paylaş. Bilik insanı şübhədən, yaxşılıq acı çəkməkdən,qərarlılıq qorxudan qurtarar. Dünyayla yaxşı davran. Dua et. Böyük güc verər. Düşün. Daha böyük güc verər. İşini yaxşı gör. Öpərkən gözlərini bağlamayan sevgiliyə güvənmə. İldə bir dəfə, daha öncə getmədiyin bir yerə get. Əgər çox pulun olarsa, başqalarına yardım et-pulun ən ləzzətli tərəfini qaçırma. Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır. Əvvəl qaydaları öyrən, düşün, qərar ver və bəzilərini poz. Ən yaxşı münasibətin- bir-birinizə olan sevginiz, bir-birinizə olan ehtiyacınızdan çox olduğu zaman olacaqdır. Müvəffəqiyyətin gerçək olub-olmadığını anlamaq üçün qarşılığında nələr verdiyinə bax. Dərs alınmış uğursuzluq uğur deməkdir. Bunu bil ki, xarakterin sənin taleyindir. Həddsiz sev, hər könüldə çiçək olmaqdansa bir könüldə buket ol. İnsanlığını və kimliyini heç bir dəyərə dəyişdirmə! Sevgi üçün qollarını bağlama, sonra özündən başqa tutmağa bir şey tapmayacaqsan. İçindən nə gəlirsə et. Təbii ol! Sənə edilən yaxşılığı daşa, pisliyi isə toza yaz. Xoşbəxtlik- problemsiz bir həyat demək deyil, problemləri həll etmək qabiliyyəti deməkdir.
22 notes · View notes
metbuat · 2 years
Text
Bakıda Dünya Kuboku start götürür
Bakıda Dünya Kuboku start götürür
Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək. Metbuat.org xəbər verir ki, ilk yarış günündə qrup  qalibləri müəyyənləşəcək. Əvvəlcə A qrupunda Türkiyə və İran kollektivləri üz-üzə gələcəklər. Görüş saat 10:00-da start götürəcək. 16:00-da turnirin açılış mərasimi baş tutacaq. Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan – Türkiyə və B qrupunun…
Tumblr media
View On WordPress
0 notes
zhr-vn · 2 months
Text
İnsan öz sevdiyinə qovuşmaqdan ötrü axıra kimi mübarizə aparmayacaqsa, daha onun yaşamağının nə mənası vardı?....
41 notes · View notes
usersh · 2 months
Text
Haqsılığa uğramaq və bununla mübarizə aparmaq dünyadakı ən ağrılı şeylərdəndir.
Bəs haqlı bir qəlb mükafatını alır?!
20 notes · View notes
mywaffs · 4 months
Text
İnsanlarda çox qınadığım bir şey var kiminsə uğurunu küçümsəmələri,hansısa insan üçün o əhəmiyyətli olmaya bilər amma öncə düşünək ki, həmin insan o uğuru əldə etmək üçün mübarizə aparıb,bir çox şeydən vazkeçib,əslində o kiminsə onu buna görə qiymətləndirməsini istəmir yada fikir bildirməsini amma elə olmur tez fikir bildirlər,küçümsəyilər "nə var ki bunu bacarmaqda?" ,"hər kəs edər",bu kimi sözlər artıq təsir edir və daha yaxşısını və qarşıdaki insanı məmnun etmək üçün bu səfər uğur qazanmaq istəyir,əslində uğuru ilk başda özümüz üçün qazanmalıyıq bu kimisə məmnun etmək üçün olmamalıdır,nəysə belə
24 notes · View notes
esmiramst · 3 months
Text
İçimdəki duyğulara qıya bilsəm çoxdan silərdim səni..
Sakit qalıb düşünəndə daha yaxşı başa düşürəm, bu münasibət çoxdan bitməli idi. Sadəcə çox dirəndim, dirəndim ki, bu gerçəyi qəbul etməyim. Aylardır qəbul edə bilmədiyim bir şeyi bir gündə, bir gecədə, bəlkə də bir anın içində qəbul elədim. elə bil içimdə bir səs dedi ki, "vəssalam, bura qədər idi".elə belə də oldu. Mənim dərdim ən başından bəlli idi. və bunun üçün səninlə çox mübarizə apardım,çox başa salmağa çalışdım. Amma o şeyi qəti şəkildə səndə görmədim - QARŞILIQLI münasibət. Sən ki, məni tanıyırdın? mən qurban olacaq biri deyiləm. Dəli kimi aşiq ola bilərəm hə, ancaq heç bir halda özümü ikinci görə bilmərəm, özümə bunu edə bilmərəm. etmərəm! yəqin düşünürdün ki, "məni bu qədər sevirsə heç vaxt gedə bilməz". Amma yox. Bir yerdə mütləq ki, qırılır. .Fikirləşəndə hələ də məəttəl qalıram ki, bir gecənin içində səni necə o qədər sevə-sevə, içim qanaya-qanaya söküb atdım içimdən. Hissə-hissə.. hər şeyi. .Qırılma nöqtəmi yaşadım. Sevməyinə hələ də sevirəm səni, əlbəttə, iki günə unudulmur heçnə. Amma bitəndə həqiqətən bitir. İnsan hiss edir bunu içində. Bir münasibət üçün bəlkə də ən son lazım olan şey sevgidi, bunu anladım. Səndən geriyə içimdə sadəcə boşluq var. qəribədir, daha az incidir indi. Bəlkə də nəhayət bu yuxudan ayıldığım üçün əslində sənə ayırdığım içimdəki yerin boşluğudur hiss etdiyim. Səni içinə sığdırdığım, hamıdan, hər şeydən qoruduğum o ayrı dünyanın boşluğu. .Hansı ki, həddən artıq məna yükləmişdim. Amma indi başa düşürəm ki, əslində heçnə yox imiş səndən geriyə qalan. Hamısı öz xəyallarım, öz düşüncələrim, öz inandıqlarım imiş.
26 notes · View notes
psixologiyaze · 7 months
Text
“O gün gələcək. Həmin gün gec, ya tez gələcək. Bir əskik puzzle kimi tamamlanacaq. Həyatda nə yerində deyilsə ,öz yerini tapacaq. Və hər kəs öz mövqeyinə görə yerini biləcək. Ya bu gün ,ya sabah,ya da mənim yoxluğumun bir günündə. Həyat bir su çuxuru kimi dolaşacaq ,dönəcək ,bəlkə, qarşısına maneələr də gələcək . Amma hər şey düzələcək. Yetər ki ümid et. Yetər ki ,çabala. Tək yaşamaq üçün yox ,həyatla mübarizə üçün çabala. Təkcə qarnını doyurmaq,nəfəs almaq üçün deyil , taleyinin qələbə çalması üçün çabala. Bu həyat mübarizədi. Bu mübarizədə məğlub deyildə, qalib olmaq üçün çabala”
50 notes · View notes
masmaavi · 5 months
Text
Kirpi dilemması deyə bir metafor var. Bu metafor soyuq hava şəraitində bir yerə gələrək isinməyə çalışan kirpilərdən bəhs edir. Belə ki, kirpilər bir-birini isitməyə çalışanda ox kimi olan tikanlarını bir-birinə batırırlar. Bir qədər yaxınlaşdıqdan sonra tikanlarıyla zərər verdiklərinə görə uzaq dururlar. Bu zaman isə soyuqla mübarizə etmək məcburiyyətində qalırlar, soyuqla mübarizə etməkdə çətinlik çəkirlər və buna görə tikanlara baxmayaraq isinmək üçün yenidən yaxınlaşırlar. Bu dəfə də eyni çətinlikləri yaşadıqlarına görə dəfələrlə yaxınlaşıb uzaqlaşırlar. Saysız təcrübələrindən sonra kirpilər həm soyuqdan qorunaraq həyatda qalmaq, həm də bir-birlərinə zərər verməmək üçün aralarında ən uyğun məsafəni tapa bilirlər.
24 notes · View notes