Tumgik
#Həmrəyliyi
metbuat · 2 years
Text
AVRO-2023: 
Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər. Fanat.Az xəbər verir ki, İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq. Kişi millisi isə AÇ-nin təsnifat…
Tumblr media
View On WordPress
0 notes
loveoldmen24world · 1 year
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Vətəndaş Həmrəyliyi
27 notes · View notes
azraasblog · 1 year
Text
-Nəyi nəzərdə tutursan?
+Şüurların oyanmasını.
-Şüurların oyanması müxtəlif cür ola bilər.
+Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
-Bu mücərrəd oldu.
+Nə Üçün?
-Çünki ədalət və vicdan məhfumu nisbidir.
+Bilirəm, sən yenə sinfi təfriqədən danışacaqsan.
-Bəs necə?
+Mən milləti parçalayıb qarşı-qarşıya qoymağın özünə şübhə ilə yanaşıram Ehtiraslar qızışıb keçəndən sonra baş verə biləcək peşmançılıq məni dəhşətə gətirir.
-Bəs təklifin nədir?
+ insanların şüurunu oyatmaq, vicdanı hərəkətə gətirmək bizim birinci vəzifəmizdir. Gərək bu sahədə hər bir kəs öz millətinə kömək eləsin.
-Bəs millətin həmrəyliyi?
+Bunlar bir-birinə mane olmur. Zənnimcə gərək əvvəlcə millətin özünü oyadasan. Əgər bir xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər.
10 notes · View notes
politiciansstuff · 3 months
Text
Tumblr media
Ermənilər silahlanaraq yeni müharibəyə hazırlaşırlar" - Fəzail Ağamalı
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Antalya Diplomatiya Forumu zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanla müzakirələr zamanı mövzulardan biri qarşı tərəfin qaldırdığı Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi olub:
"Burada xüsusi bir yanaşma gözləntiləri var idi. Azərbaycan isə buna dair yanaşma və təklifi ondan ibarət idi ki, sülh müqaviləsi Ermənistan - Azərbaycan dövlətlərarası münasibətlərini tənzimləyir. Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı məsələ isə Azərbaycanın daxili məsələsidir”, - deyə nazir qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı söylədi ki, bu, ermənilərin növbəti məkrli yanaşmasıdır:
"Onlar hiyləgər bir toplumdur, bu gün dediyini sabah inkar edən və qeyri-ciddi bir toplum olaraq hər zaman özünü başqa formalarda gündəliyə gətirənlərdir. Ermənistanın kapitulyasiya aktını imzalamasından üç ildən artıq vaxt keçib. Bu üç il ərzində müxtəlif bəhanlərlə Azərbaycanın irəli sürdüyü sülh sazişinin bağlanması təklifini normal qarşılamır, sülh sazişinin bağlanmasına maneçiliklər törədir, ən müxtəlif şəkildə olan maneələr yaradırlar. İndi bu da növbəti hoqqabazlıqdır, hiylədir. Əslində Ermənistan sülh sazişini bağlamaq niyyətində deyil, daha çox silahlanaraq yeni müharibəyə hazırlaşırlar. Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan -red.) özü də maskalanmış revanşistdir, özünü sülh göyərçini kimi göstərib, əməldə sülh sazişinin bağlanmasına maneçilik törədir. Fransadan, Hindistandan və dünyanın ayrı-ayrı ölkələrindən müdafiə və hücum xarakterli müasir silahlar almağa çalışır. Görünən odur ki, Ermənistan 2020-ci ilin noyabrında məruz qalmış olduğu ağır məğlubiyyətlə heç cür barışmaq istəmir. Bunların da yanında Qafqaza gəlib, Qafqazda strateji maraqlarını reallaşdırmağa çalışan Fransa, Amerika kimi ölkələr Ermənistana doğru stimullaşdırıcı addımlar atırlar, vədlər verirlər. Həmin ölkələrin hərbi qüvvələrini hansısa bir formada regiona gətirməyə çalışırlar ki, regiona tamamilə nəzarət etsinlər. Ermənistanın bu cür mövqeyinin arxasında təkcə erməni xalqının Azərbaycan torpaqlarına qarşı bitib-tükənməyən niyyəti dayanmır. Eyni zamanda rəsmi Ermənistanın da açıq və ciddi şəkildə revanşist qüvvələri öndədir. Ermənistan tərəfindən sülh sazişi bağlanmırsa, Azərbaycan üçün problem deyil. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Ermənistanın işğalında 8 kəndimiz qalıb, onların da hazırda geri qaytarmasıyla bağlı məsələ sülh masasının üzərindədir".
Deputat dedi ki, əgər Ermənistan 8 kəndimizi danışıqlar vasitəsilə geri qaytarmasa, öz silahlı qüvvələrini və insanlarını oradan geri çəkməsə, Azərbaycanın yenə də qəhrəman və igid silahlı qüvvələri bu missiyanı yerinə yetirəcək.
"Ermənistan anlamır ki, indi Qafqazda yeni müharibə başlayarsa, o, Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin, yüksək səviyyəli hərbi imkanlarının qarşısında dayanacaq və Ermənistan dövlətinin həqiqətən çökməsinə gətirib çıxaracaq. Necə ki, Ukraynanı bir cəbhəyə çevirərək onu Rusiyanın qurbanına çevirirlərsə, öz məqsədlərinə nail olmağa çalışırlarsa, Ermənistanı da eyni şəkildə qurban verib hansısa bir formada Qafqazda yerləşməyə çalışırlar. Belə bir niyyətləri var. Ona görə də Azərbaycan da öz gücünü artırmalıdır, necə ki, artırır. Biz dövlətimizin güclənməsi üçün əlimizdən gələni etməliyik, töhfələrimizi verməliyik. Xalqımızın həmrəyliyi yüksək səviyyədə olmalıdır. Dövlət, xalq Vətən müharibəsində olduğu kimi, yenə də hər zaman monolit şəkildə birləşməlidir. Silahlı qüvvələrimizlə bərabər olmalıyıq və heç bir qüvvə Azərbaycanı tutmuş olduğu yoldan döndərə bilməyəcək. Bu birmənalı şəkildə hər kəs tərəfindən qəbul olunmalıdır", - deyə F.Ağamalı vurğuladı.
"Redaktor.az" saytı
Humay İSGƏNDƏRLİ
04 mart 2024-cü il
0 notes
elcibeyyolu · 5 months
Text
AZƏRBAYCAN XALQ HƏRƏKATININ İLK QƏRARLARINDAN BİRİ....Qazandığımız uğurlar arasında 1989-cu ilin dekabrında elan olunmuş 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü də vardır. 31 dekabr 1989-cu il Böyük Həsrətin açılış günü idi. İki imperiyanın zülmü altında olan bir millət Xudafərin körpüsünün ətrafına yığışıb öz-özünə baxıb ağlayırdı.
Əbülfəz Elçibəy
Tumblr media
1 note · View note
gilabiceramics · 1 year
Photo
Tumblr media
Bu yeni il hər birinizə can sağlığı, sevinc, sevgi və xoşbəxtlik gətirsin! @gilabi.ceramics komandası olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü və Yeni ilinizi ürəkdən təbrik edirik! #gilabiceramics #bakuceramic #azerbaijanceramics #art #ceramics #handmadeceramics #potterybaku #pottery #gilabi #granateceramics #bakuceramic #newyear (at Azerbaijan Baku) https://www.instagram.com/p/Cm2DNu4DPye/?igshid=NGJjMDIxMWI=
0 notes
mebelland · 1 year
Photo
Tumblr media
Dünya Azərbaycanlilarınin Həmrəyliyi günü və yeni il münasibəti ilə hər birinizi təbrik edirik! #happynewyear #christmas #embawood #baku (at Xırdalan) https://www.instagram.com/p/Cm1HYbnN11r/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ TƏBRİK
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ Salam, Dostlar! Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirəm! Yola saldığımız 2022-ci ildə Sizlərlə birlikdə böyük nailiyyətlər əldə etdik. Bütün bu uğur və nailiyyətlərin həqiqi səbəbkarı kimi Sizə təşəkkür etmək istəyirəm! Məhz Sizin əvəzsiz sevginiz və misilsiz dəstəyiniz sayəsində biz özümüzü gündən-günə daha da…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
2022-nin son günlərini yaşayarkən, dünyanın, ən çox da islam ölkələrinin sülhə, sevgiyə və hüzura möhtac olduğunu görürük. Halbuki İslam sözünün mənşəyi “slim” yəni “sülh” sözündən gəlməkdədir. Sülh anlayışının içində sevgi, tolerantlıq, anlayış, şəfqət, mərhəmət və ola bildiyi qədər azadlıq vardır. İbadət, həyat, davranış, fikir və ifadə azadlığı vardır. İslam dini də tamamilə bu azadlıqları müdafiə edər. Bu sevgi dinini dəyişdirib yerinə fanatik, radikal, islama uyğun gəlməyən, tamamən ayrı batil, müşrik bir din yaradaraq, dünyada mərhəmətsizliyi və vəhşiliyi məskən etməyə çalışmaq, zorakılıq və təzyiq ilə insanlara həyatı zindan etmək əsla qəbul edilə bilməz. İnsanların azad şəkildə yaşamalarına icazə vermək, nifrəti ortadan qaldırıb sevgini yer üzünə məskən etmək bütün müsəlmanların əsl vəzifəsidir. Ancaq bunu da unutmamaq lazımdır ki, bütün dünyada yaşanan bu müharibə, zülm və fitnə mühiti eyni zamanda Hz. İsanın və Hz. Mehdinin zühur əlamətlərindəndir. Peyğəmbərimizdən rəvayət edilən bütün əlamətlərin, yaşadığımız hicri 1400-dən bəri (miladi 1979) ard-arda reallaşması, bu mübarək şəxslərin zühur dövründə olduğumuzu göstərməsi baxımından son dərəcə əhəmiyyətlidir. İnşaAllah, 2023-cü ildə dünyamız, bütün müsəlmanların və fərqli din mənsublarının birlikdə gözəl şəkildə yaşamaları, bir-birləri ilə xeyirlərdə yarışmaları ilə, xeyirli işlərdə ittifaq etmələri ilə və sevgidə hər kəsin bir-birinə nümunə olması ilə daha da gözəlləşəcəkdir. Rəbbimiz bütün müsəlmanlara rifah, birlik və hüzurlu yaşayacaqları bir il keçirməyi nəsib etsin. Yeni ili keçirmənin İslama görə heç bir zərəri yoxdur. Yeni ili də qeyd etmək olar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyd etmək olar, Hz. İsanın ad gününü də qeyd etmək olar. Bir Peyğəmbərin ad gününü qeyd etməyin nə pis tərəfi ola bilər ki? Səhv olan spirtli içkilərdən istifadə edilməsidir. Bundan başqa qeyd etmək üçün hər gün bir bəhanə olması gözəllikdir. Hər gün bayram olsun, hər kəs sevinsin, hər kəs pozitiv olsun. Həyata rəng qatan hər şey nemətdir. Yeni il qeyd etməsinə qarşı olmaq cihad deyil. Saatlarla yeni ili qeyd etməyə qarşı çıxacaqlarına bir cümlə İslam Birliyini izah etsinlər. #quran #hzisa #yeniil https://www.instagram.com/p/CmwbyW3ocO9/?igshid=NGJjMDIxMWI=
0 notes
intigammamedow · 2 years
Text
Azərbaycanın stolüstü tennis komandası V İslam Həmrəyliyi Oyunları komanda yarışlarında uğurla çıxış edib.(FOTOLAR)
Azərbaycanın stolüstü tennis komandası V İslam Həmrəyliyi Oyunları komanda yarışlarında uğurla çıxış edib.(FOTOLAR)
Tredin məlumatına Azərbaycan yığması ilk mərhələdə Banqladeş yığmasını məğlub edib (3:0). Bundan başqa, Azərbaycan idmançıları Ləman Əbdülhəmidova və Mərziyə Nurmətova fərdi görüşlərdə qalib gəliblər. Qoşaların yarışında da Nəzakət Qarayeva və Mərziyə Nurmətova qalib gəlib. Azərbaycan idmançılarının bu gün Özbəkistan, sabah isə İran yığması ilə qarşılaşmaları da nəzərdə tutulub.…
Tumblr media
View On WordPress
0 notes
aysafhar · 3 years
Text
2020 Xalqımız üçün dastana döndü...
Bir tərəfdən pandemiya ilə mübarizə aparan xalqımız bu il sözün əsl mənasında dəmir yumruq oldu. Bütün dünyaya böyük Azərbaycan xalqını tanıtdıq. İllərin ağrısına qalib gəldik. Həmrəylik göstərdik, səfərbər olduq və qalib gəldik. Gözünü qırpmadan canını Vətəninə qurban verən minlərlə qəhrəmanı gördük. Övladı şəhid olan Ana və Atanı "Vətən sağ olsun" deyən gördük, evi dağılmış həmvətənlərimizi "əsas ön cəbhədir" deyən gördük, cibindəki son qəpiyini cəbhədəki qardaşlarına göndərən insanları gördük. Saydıqca bitməz...
Dünyadakı hər bir azərbaycanlının dilində Vətən duası, bir də "Qarabağ Azərbaycandır!" nidası bu il zəfərlə, məğrurluqla, qürurla söyləndi. Allah bu Həmrəyliyi daima qorusun. Həmişə bu həmrəyliyimizi sərgiləmək arzusu ilə... Qarabağı qurub- yaradacağımız ilimiz uğurlu olsun!
49 notes · View notes
metbuat · 2 years
Text
İslamiadanın qalibi Avropa çempionatında medalsız qaldı
İslamiadanın qalibi Avropa çempionatında medalsız qaldı
Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında dördüncü yeri tutub. Metbuat.org xəbər verir ki, çəkicatma növündə çıxış edən 31 yaşlı idmançı 70,88 metr nəticə göstərib. Onun bu göstəricisi bürünc medalçıdan 70 sm geri qalıb. Yarışın qalibi rumıniyalı Byanka Qelber (72,72 m) olub. Qeyd edək ki, Anna Skidan Türkiyənin Konya şəhərində keçirilən V İslam…
Tumblr media
View On WordPress
0 notes
dadaszdkh · 3 years
Text
Artıq 2020-ci ilin son günüdür. 2020-ci il gəlişiylə çoxda ürək açan olmadı. il başından başlayan covid-19 virusu bütün dünyaya yayıldı və hələdə yayılmağa davam edir. Təsüflər olsunki çox insan bu virusun ciddiyətinin fərqində deyil. Bundan başqa 2020- il həm qazandığımız qələbəmizin sevinciylə, həmdə vətən uğrunda canından keçmiş şəhidlərimizin üzüntüsüylə qəlblərimizə yara açdı. Bu il unudulmaz bir il olaraq yaddaşlarımıza yazıldı. Arzu edirəm ki, qarşıdan gələn 2021-ci il gəlişiylə butün ağrılarımızı, acılarımızı, covidi, üzüntülərimizi, göz yaşlarımızı, çarəsizliklərimizi və ən əsası səhid anaların acılarını yuyub aparsın . Bizə yep - yeni ümüdler , arzular, can salığı, xöşbəxtlik, hüzur, ruzi bərəkət gətirsin. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək olsun..
45 notes · View notes
jamilaava · 4 years
Text
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr deyil, bu gündür!
14.07.2020
23 notes · View notes
politiciansstuff · 1 year
Text
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ,
ZATİ-ALİLƏRİ, CƏNAB İLHAM ƏLİYEV
Zati - Aliləri, Cənab prezident!
Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə Ulu Tanrıdan möhkəm can sağlığı, ailə xoşbəxtliyi, çətin və şərəfli fəaliyyətinizdə böyük uğurlar diləyirəm.
Azərbaycanımızı bütün varlığı ilə sevən vətənpərvər, qətiyyətli və polad iradəli, yüksək intelektə və unikal idarəetmə bacarığına malik müdrik dövlət başçısı, siyasi xadim və tarixi şəxsiyyət kimi Siz hər bir azərbaycanlıya örnəksiniz, onun qürur mənbəyisiniz, sevimli və alternativsiz lidersiniz.
Sizin Ulu Öndərimiz Heydər Əliyevin fundamental siyasi xəttinə söykənən və milli maraqlarımıza xidmət edən siyasətiniz qısa zaman kəsiyində müstəqil Azərbaycan dövlətinə Beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, onun dünyada yüksək mövqe tutmasını təmin etmiş və ölkəmizi regionun lider dövləti səviyyəsinə qaldırmışdır.
Möhtərəm, cənab Prezident!
Siz, 2020-ci ili Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə həkk etdirdiniz. 200 il himayədarlarının hərtərəfli köməyilə üzərimizə gələn, tarixi torpaqlarımızı işğal edib, saxta dövlət yaradan, 30 il əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxlayan erməni faşizmi üzərində Dəmir yumruğunuzla möhtəşəm qələbə qazandınız, qurduğunuz müzəffər ordu ilə, formalaşdırdığınız vətənpərvər cəmiyyətlə, sevgi, inam, etibar qazandığınız xalqımızla. Siz zədələnən qürurumuzu və milli mənliyimizi millətə qaytaran fenomenal dövlət xadimi kimi hər birimizin qürur mənbəyisiniz və haqlı olaraq xalqımızın qan yaddaşında Xilaskar, Müzəffər Ali Baş Komandan olaraq əbədiləşdiniz, bütün tarixi torpaqlarımızda Böyük, Bütöv Azərbaycana gedən yolun təməlini qoydunuz.
Ziyarət etdiyiniz Xudafərin körpüsü önündə ən yaxın və sədaqətli silahdaşınız və həyat yoldaşınız Mehriban xanımla Araz çayının suyuna toxunmaqla gələcək müqəddəs yolumuza ürəyinizdə və düşüncələrinizdə verdiyiniz xeyir-dua düşərli olsun və onu da Zəfərlə başa çatdırmağı Uca Yaradanımız talehinizə qismət etsin.
50 milyondan çox Dünya Azərbaycanlıların şəriksiz lideri kimi, Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşlarımızın hüquq və azadlıqlarının müdafiə edilməsilə bağlı ədalətli mövqeyiniz millətimizdə böyük ruh yüksəkliyi yaratdı və Güney Azərbaycanın istiqlal mübarizəsinə dönməz xarakter verdi.
24 dekabr doğum gününüzdə Qərbi Azərbaycan icmasında keçirdiyiniz tarixi görüşdə Böyük Qayıdışın zərurətilə bağlı son dərəcə arqumentli və cəsarətli çıxışınız xalqımız tərəfindən coşqu ilə qarşılandı. Tam əminəm ki, minilliklər boyu Azərbaycan türkünün yaşadığı əzəli torpaqlarımıza qayıdışı və onların əbədi olaraq orada məskunlaşması haqqının bərpası şəxsiyyətinizə nadir üstünlüklər əlavə edəcəkdir.
Yola saldığımız 2022-ci ildə erməni faşizmi üzərində qazandığınız qələbənin məntiqinə və təməlinə söykənərək işğaldan azad olunmuş torpaqlarımızda qısa zaman kəsiyində böyük infrastrukturun yaradılmasında aparılan quruculuq və bərpa işlərində təssəvvür olunmaz uğurlara imza qoydunuz. Bütün əməlinizlə, atdığınız möhtəşəm addımlarla, diplomatik məharətinizlə Dünyanı dəyişən lider səviyyəsinə yüksələ bildiniz.
Möhtərəm, cənab prezident!
Sizi bir daha əlamətdar günlər münasibətilə təbrik edir, Sizə və dəyərli ailənizə möhkəm can sağlığı, xoşbəxtlik və Azərbaycan dövlətinin çiçəklənməsi, tarixi torpaqlarımızı bütövləşdirmək yolunda atdığınız möhtəşəm addımlarda yeni-yeni zirvələr arzulayıram.
Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri,
Milli Məclisin deputatı
0 notes
turane · 3 years
Text
25 dekabr 2020
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb.
Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcək. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.
Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.
Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək.
Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ailələrə çatdırılan bayram sovqatı qutusuna aşağıdakılar daxildir:
s/s
Məhsulun adı
Miqdar (ədəd)
1
Çay (“Azərçay” və ya “Final”, 800 qr)
1
2
Qənd (“Azərşəkər” və ya“Gülüm”, 800 qr)
2
3
Şəkər tozu (“Richmond”, ''Azərşəkər” və ya “Evim”, 800 qr)
2
4
Düyü (“Richmond” və ya “Domaşneye”, 800 qr)
3
5
Bulqur (“Mizzo”, 800 qr)
1
6
Makaron (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”)
2 kq
7
Vermişel (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”)
2 kq
8
Mərcimək (“Mizzo”, 800 qr)
1
9
Günəbaxan yağı (“Evim”, “Final və ya Yurdum”, 1 lt)
1
10
Əridilmiş yağ ("Ana bala”, 1.745 kq)
1
11
Un (“Karmen”,“Doymak”, “Oman” və ya “Fellini”)
3 kq
12
Tomat pastası (“Blendo”, 275 qr)
1
13
Duz (“Salute”, 1 kq)
1
14
Konfet (“Karamel-ka”, “Estella”, “Assorti” və ya “Kometa”, 1 kq)
1
15.
Toyuq (“Mərcan”, “Giləzi”, “Lebro”, “Siyəzən”, “Şəfa” və ya “Dəvəçi toyuqları”, 1.2-1.4 kq)
2
Tumblr media Tumblr media
1 note · View note