Tumgik
#ədalət
Photo
Tumblr media
I İslam əxlaqı, danışarkən, iş görərkən və ya qərar verərkən ədalətlə davranmağı əmr edir. Allahın Quranda bildirdiyi əmrlər bu ədalət anlayışını bizə hərtərəfli açıqlayır. Quranda bizə bildirilən bütün elçilər öz qövmlərinə ədalət və sülh gətirmişdir. Peyğəmbərlər ümmətinin üzərindəki zülmün, zorakılığın qalxmasına səbəb olmuşdur. Allah “Yunis” surəsində belə bildirir: Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunis surəsi, 47) Müsəlmanın ədalət anlayışının ən əsas xüsusiyyəti, qarşısındakı insan öz yaxını da olsa, hər şərtdə ədalətlə hökm etməsidir. Allah ayədə belə bildirir: Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135) Ayədən də göründüyü kimi, iman gətirən insan üçün qarşısındakı şəxsin maddi vəziyyəti və ya sosial statusu heç bir əhəmiyyət daşımır. Haqqın bərqərar olması, heç kəsin haqsızlığa məruz qalmaması və Allahın ayələrinin tam yerinə yetirilməsi əsasdır. “Maidə” surəsində isə belə buyurulur: Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8) Yuxarıdakı ayədə isə Allah iman gətirənlərə öz düşmənləri belə olsa, həmişə ədalətlə hökm vermələrini əmr edir. Müsəlman qarşısındakı insanın ona haqsızlıq etdiyini, onu çətin vəziyyətdə qoyduğunu və ya düşmən olduğunu düşünüb ani qərarlar verməz, həmişə vicdanı ilə və Quran ayələri əsasında düşünər. Qarşı tərəf yanlış davransa belə, o yaxşılıqla qarşılıq verməklə və Allahın əmr etdiyi kimi davranmaqla məsuldur. (Ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #ədalət #edalet #adalet https://www.instagram.com/p/CmErrjJImQf/?igshid=NGJjMDIxMWI=
0 notes
metbuat · 2 years
Text
Üç cüdoçumuz Riqa sınağında
Üç cüdoçumuz Riqa sınağında
Bu gün Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri start götürəcək. Metbuat.org xəbər verir ki, iki gün davam edəcək yarışa 15 ölkədən 193 idmançı qatılacaq. Azərbaycan millisi turnirdə 3 oğlan cüdoçu ilə təmsil olunacaq. Bunlar Mehdi Cəfərov (66 kq), Şamil Sadıqov (73 kq) və Tamerlan Cabbarovdur (90 kq). Qeyd edək ki, olimpiya dərəcəli hakim Fariz Hüseynov…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
8 may Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi #Ədalət Hüseynlinin doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. https://www.instagram.com/p/CdS-JtWNa2B/?igshid=NGJjMDIxMWI=
0 notes
esger1i · 4 months
Text
Deyin, hanı elə bir ədalət ki, mayası sevgidən yoğrulsun. Mənə elə bir sevgi göstərin ki, yalnız cəzanı deyil, günahı da öz üstünə götürsün. Mənə elə bir ədalət göstərin ki, ittiham edənlərdən savayı hamıya bəraət qazandırsın.
21 notes · View notes
bozay25 · 1 year
Text
Və bir gün çıxır qabağına əsl eşq və dərdin azalır. Budurmu ədalət!? Ondan sonra sevgidən sətrin azalır.
© Orxan Zeynallı
54 notes · View notes
orucov1 · 6 months
Text
Çox gözəl bir şey eşitdim: həyatda ədalət istəyən biri öz həyatından bezmiş kimi
10 notes · View notes
anar-abasow · 7 months
Text
Yalnız bir dərdi var şeirin bu gün.
O şeir yazılmaq istəmirsə bəs?!
Oğurlasın Allah fikirlərimi,
Təsirsiz olursa, yazılmaq əbəs.
Çıxmışam yer üzünə daha dərindən,
Daha dərinlər də məni istəmir.
Söyərdi kaş, belə yad baxacaqsa,
Nə kəsmir salamın, nə də pisləmir.
Nə kəsilmir sözüm, qanamır vərəq.
Nə üzmür yoxluğu, boğulmur qəhər.
Nə məndən aslıdır belə mövzular,
Yazılmasa şeir, açılmır səhər.
Açılmır qapılar, açılmır sandıq.
Yalanlar danışır, doğrular susur.
Biz ki özümüzü Tanrıdan sandıq,
Bu gecə qələm də Tanrını pusur.
İlahi ədalət şeirdir bəlkə?!
Yazmaqdır bəlkə, xeyirim bu gün?!
Dizini qucaqlayıb, sakit dayanıb,
Yalnız bir dərdi var şeirin bu gün.
8 notes · View notes
petr1chorr · 1 year
Text
Fədakarlıq, sevgi, səbr və gözəllik... Bir qadında cəmləşən zəriflik. Qadın mükəmməl varlıqdır. Qadın hər əziyyətə dözən, şiddətə səssiz qalan, əvəzolunmaz, çox güclü varlıqdır. Qadın nəcib, ancaq bir o qədər də güclü olandır. Qadın uşaqdır əslində, bəzən uşaq kimi davranar, uşaq kimi qayğı istər. Bu, onun zəif olmasının əlaməti deyil, əksinə o çox güclüdür. Gücünü hər zaman göstərməz, amma. Onu zəif bilib azadlığına, yaşam tərzinə mane olmayın. Bir qadın güclü yox, xoşbəxt olmaq istər. Bu gün bir qadın özünü körpüdən atacaq qədər həyatdan bezməməlidir, hər çətinliyə sinə gərəcək qədər güclü olsa da, bundan yorulmamalıdır, səni sevib qəlbini verirsə bundan peşman da olmamalıdır. Bir səhvinə görə qınamaq əvəzinə, anlayıb daha da gözəl olmasına şərait yaradılmalıdır. Qadın anadır. Qadın ömür yoldaşıdır. Qadın hər daim sənin dərdinə şərik olan ana, bacı, həyat yoldaşıdır. Gülüşünə bir dünya sığdıran da var, bir dünyada gülüşə həsrət qalan da. Müasir ingilis dilinin slenq sözlər lüğətinə "MilliHelen" deyə bir söz daxil edilib. Bu da qadının o qədər gözəl olması miqdarıdır ki, uğruna ən az bir hərbi gəminin yelkənlərinin açılması, dənizə endirilməsinə bərabərliyi anlamına gəlir. Dünyanın heç bir dilində qadın gözəlliyini bu qədər mükəmməl təcəssüm edən ikinci bir evfemizm yoxdur. Kiminsə sizi sevməyini gözləməyin. Özünüz özünüzü sevin. Dünyanı boş verib dilədiyiniz kimi yaşayın. Həyat sizindir. Bütün gözəlliklər sizinlə olsun. Gününüz yalnız 8 Martda deyil, bir ömür boyu gözəl olsun. Hər zaman gözlərinizin içi gülsün. Yaxşı ki, varsınız. Olmasaydınız, olmazdıq. Bir qadını ovuc içlərinə qədər sevmək lazımdır, ona sadəcə özəl günlərdə deyil, istənilən gün hədiyyələr vermək lazımdır, miqdarı və ya dəyəri önəmli deyil, kiçicik bir şey olsa belə bəs edər, yetər ki onu sevgi ilə bağışlayın, çünki qadın ən xırda bir şeydə belə xoşbəxtlik tapmağı bacarır. Günümüz mübarək...
Üstündə ədalət günəşinin parladığı daha hürr və bərabər illərə, sevgilər və çiçəklərlə...🌸🍃
52 notes · View notes
qumrral · 8 months
Text
Aslan insanı öldürmək istəyirsə adı vəhşilik,insan aslanı öldürmək istəyirsə,ov olur.Cinayət ilə ədalət arasındakı fərq də bundan artıq deyil
7 notes · View notes
icantlivedabrat · 9 months
Text
Rəşad Dağlı azad buraxılmalıydı deyə özünü şərhlərdə hədər edənləri anlamıram da. hansısa tanınmış biri və ya yaxını, qohumu nəysə də cinayət törədib də azad buraxılsaydı başlayacaqdılar saydırmağa. eyni şeydi də indi, haqq ədalət deyirsiz, alın sizə haqq ədalət. ama belə götürəndə ölkədə haqq ədalət yoxdu, ona görə bu ölkəyə nə olursa yaxşı olur
12 notes · View notes
Photo
Tumblr media
I Ədalətin olmadığı cəmiyyətdə qadın-kişi ayrı seçkiliyi diqqəti cəlb edir. Dünyadakı qadın-kişi bərabərsizliyi çox mühüm problemlərdən biridir. Belə ki, qadınlar dünyadakı əksər ölkələrdə əsasən ikinci dərəcəli vətəndaş münasibəti ilə qarşılaşırlar. Gücsüz və müdafiəyə ehtiyacı olduqları halda, əzilir və aşağı görülürlər. Bunun kimi səbəblərə görə də qadınların fikirlərinə də dəyər verilmir. Belə cəmiyyətdə qadınların iş yerlərində yüksək mövqeyə sahib olmalarına, hətta müəyyən karyeraya sahib olaraq savadlarını və bacarıqlarını sübut etmələrinə də icazə verilmir. Bütün dünyada qadınlar haqqında etibarsız, bacarıqsız, ürkək, zehni yaxşı inkişaf etməmiş insan imici yayılıb. Bu tamamilə yanlış “qadın xarakteri” anlayışı nəticəsində yaranıb, qadının etdiyi hər səhv onun insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv kimi şərh olunur. Bir iş yeri üçün eyni təhsilə, zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında seçim ediləndə üstünlük mütləq kişi işçiyə verilir. Buna görə qadınların işlədikləri sahələr olduqca məhduddur. Cəmiyyətdəki bu səhv fikrilər ucbatından qadınların da çoxu bu düşüncəni qəbul ediblər. Bunun nəticəsində bir çox cəmiyyətdə qadınlar arxa planda qalmaqda problem görmürlər. İnkişaf etməmiş ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha ciddi miqyasda ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, karyera, səsvermə kimi konstitusional haqlar da verilmir. Hətta evlənərkən həyat yoldaşını seçmə haqqına da sahib deyillər. Bir mövzu haqqında fikir bildirmələrindən isə söz gedə bilməz. Qadınlar özləri ilə əlaqədar heç bir qərar verə bilməzlər. Onların yerinə hər qərar atası və ya həyat yoldaşı tərəfindən verilir. Yalnız bir neçəsini sadaladığımız bu problemlərə illərdir həll yolları tapmağa çalışırlar. Qadınların haqlarını qorumaq üçün qurulmuş QHT-lər, azadlıq, bərabərlik, feminizm kimi məsələlərin müzakirə edilməsi, müxtəlif layihələrin hazırlanması, konfranslar təşkil edilməsi həll yollarından yalnız bir neçəsidir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #qadın #genderbərabərliyi #kişi #quranəxlaqı #feminizm #bərabərlik #ədalət https://www.instagram.com/p/CjhrzfQstKQ/?igshid=NGJjMDIxMWI=
0 notes
metbuat · 2 years
Text
Avropa çempionatına qatılacaq boksçular açıqlandı
Avropa çempionatına qatılacaq boksçular açıqlandı
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandalarının sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində start götürəcək Avropa birinciliyi üçün heyəti açıqlanıb. Federasiyadan Metbuat.org-a verilən məlumata görə, 8 gün davam edəcək yarışda 12 idmançı mübarizə aparacaq. Oğlanlardan ibarət kollektiv birincilikdə baş məşqçi Vaqif Kazımov və məşqçi Ağası Məmmədovun rəhbərliyi altında 7…
Tumblr media
View On WordPress
0 notes
farganamekhdi · 10 months
Text
Uzaqdan ölümün səsi gəlir,
Mənsə, ona tərəf qaçmaqda.
Ulduzlar, ay qaranlıq saçır,
Mən elə hey yalan danışmaqda.
Tapdanmış bütün müqəddəslər,
Ədalət ölümü sevən yazarda.
Dinmədi, bitməz bu həsrət,
Od tutub yanacaq məzarda.
7 notes · View notes
starkmrjavad · 11 months
Text
Bəzən insan burada çürüyə də bilərdi; bəşəriyyətin ədalət məhkəməsi buna "insanı unutmaq" adını qoymuşdu.
11 notes · View notes
abdnarmin · 2 years
Text
Kainatda heç bir Tanrı, millət, pul, insan haqları, qanunlar və ədalət insanların ortaq təxəyyülündən kənarda var ola bilməz.
68 notes · View notes
nesirov · 1 year
Text
“ Bir insan yaratmağın xərci çox azdır. Yumurta, sperm və az bir miqdarda şəhvət, və beləliklə sən artıq dünyadasan. Zərlər atıldı, taleyin artıq bəllidir. Doğulduğun yer, sevgisiz atan, yetərsiz anan, kobud ibtidai sinif müəllimən, pulsuzluq, anidən varlanan yaxınlar, heç bir işə yaramayan dostlar, pis müdirlər, vəfasız sevgililər, həmişə tərs gedən işlər, həmişə dibə çökən iqtisadiyyat, bir-biriylə mübahisə edən insanlar, hər yerdə olan müharibələr, ölümlər və sonu gələn dünya. Bax bu da sənin taleyin. Bərabərlik, ədalət, ümid, bunlar hamısı boş sözlərdir. Bilirəm, bunların hamısı qismətdir deyirsən. Bilirəm, sənə, həzm elə, qəbullan, itaət et. Fürsətini tapanda yazığın gəlməsin. Sən də gücünün çatdığına vur. Taley sənə necə vurdusa sən də elə vur, deyirlər həmişə. Bilirəm. Tez-tez özündən soruşursan. Kiməm mən? Qaçan ya döyüşən? Bu qədəri? Ya bundan artığı? İçinə atıldığım həyatı qəbullanan? Ya bunların hamısına taley deyib qəbullanan? Bütün bunları boş ver. Sən mənə cəsarətdən bəhs et, varsa əgər. Mən sənə acı vəd edirəm. Qan, gözyaşı, qorxu, əsəb, yorğunluq, müharibə və sonda dünya cənnəti vəd edirəm.... ”
© Fi 🎬
48 notes · View notes