Tumgik
qulumemmedovv · 12 hours
Text
Kim nə edərsə etsin və nə desə desin, mən yaxşı olmağa məcburam; qızılın, zümrüdün və ya gümüşün durmadan belə dediyini düşün: “Kim nə edərsə etsin və ya nə desə desin, mən bir zümrüd olmağa və rəngimi qorumağa məcburam.”
Marcus Aurelius - 366 düşüncə
11 notes · View notes
qulumemmedovv · 2 months
Text
Ağıl inanmaq istəməyəndə hər zaman şübhə edəcək bir şey tapır
Jane Austen “Akıl ve tutku”
28 notes · View notes
qulumemmedovv · 2 months
Text
Tumblr media
26 notes · View notes
qulumemmedovv · 3 months
Text
Tumblr media
Hər şeyi eyni olan amma yenədə bir-birinə bənzəməyən günlərim, həftələrim, aylarım dolur. Mən elə bilirdimki başqayam, fərqliyəm… Mənim düşüncələrim hamı ilə eyni deyil, mən hamının güldüyü şeylərə gülmürəm, hamının etdiyi söhbətləri etmirəm, heç kimlə salamdan o tərəfə keçmək istəmirəm, fikrim tamamilə başqa yerlərdə gəzinir. Başqayam, o qədər başqayam ki hər gün eyni insanlarla hər səhər bəzən 1 stəkən çayımı belə içə bilmədən evdən çıxıb işə gedirəm, avtobusda gözlərindən yuxu tökülən, işinə görə köynəyini boğazına qədər düymələyən, qolunu dəmirə, başını qoluna söykəyib yuxulayan cavan oğlana baxıram. Hamı əziyyət içindədir. Hamı kimi səhərdən axşama qədər işdəyəm və bilirəm ki həyatımı qazanmaq üçün bu olmalıdır. Hər kəs səhər 9 dan axşam 6 ya kimi(və daha artıq) işləyir və bilirlər ki həyatlarını qazanmaq üçün çalışmalıdırlar. Amma bu cür olmağını qəbullana bilmirəm. Tez-tez vicdan əzabı çəkib sonra şükür edirəm, işim üçün, azad şəkildə maddiyatımı təmin edib ayaqlarım üstündə duracağım üçün, yaxşı bir kollektivlə işlədiyim üçün şükür edirəm, amma özümü başqa bir tərəfdən itirməyə başlamışam. Axşam tək dərdim özümü evə çatdırmaq olur. Bəzən o qədər yorgun oluram ki yemək belə yemədən yatıram və ayılıram ki səhərdi, yenə eyni şeylər. Düşünürəm, illərdir işləyən insanlar buna necə dözüblər?. Yenə çoxlu insanlar, onların həll olunmalı işləri, başqalarının dərdləri. Özümü başqa hiss edə bilmərəm artıq mən. Çünki mən olmasam da o işləri görəcək bir başqası olacaq. Mənim yerimə başqaları yorulacaq, qaçışacaq.
Yorğunluğumu da götürüb gəldiyim bir kafedə oturub bunları yazıram, birazdan qalxıb eyni yorğunluqla da evin yoluna düzüləcəm. Amma əvvəllər yazmaq məni nə qədər dincəldərdi. Nə qədər “özüncə” xəyalların, adətlərin olsa da onları bəzən onları geri plana atmalı olursanmış. Bəzi şeyləri udmağa, sanki heç yaşanmamış kimi başını aşağı salıb işini görməyə, bircə gündən, o günün xəyalından yapışıb özünə təsəlli verərək yaşamağa məcbur qalarsanmış. Kaş özümə aid bir dünyam olsa idi. Kaş həyatdaki tək maddi çətinliklərim bəzən pulunu çatdıra bilmədiyim kitablarım və yardım edə bilmədiyim ehtiyacı olan insanlar olardı. Kaş geri ödəməli olduğum öhdəliklərim olmazdı, kaş yaşamaq bu qədər maddiyat tələb etməsəydi. Kaş mən bu qədər şeyi nələrin uğruna alındırmağa çalışdığımı heç bilməzdim.
31 notes · View notes
qulumemmedovv · 3 months
Text
Qorxu bədənini paltarlarla örtməyə məcbur edir, sevgi isə sənə lüt olmağa icazə verir. Qorxu sahib olduğun hər şeydən bərk-bərk yapışmağa, sevgi isə onları paylaşmağa şərait yaradır. Qorxu məcburi yaxınlığa, sevgi səmimi yaxınlığa səbəb olur. Qorxu tutub saxlayır, sevgi azadlıq verir. Qorxu daxilində yanğın yaradır, sevgi daxilən sakitlik gətirir. Qorxu hücum edir, sevgi isə qucaqlayır.
Tanrı ilə söhbət
34 notes · View notes
qulumemmedovv · 3 months
Text
Və dünyanın indiki halına bax. Aydındır ki, nəzərindən qaçırdığın nəsə var. Başa düşmədiyin nələrsə var. Başa düşdüklərin sənə doğru görünür, çünki “doğru” sözü sənin qəbul etdiyin şeylərə verdiyin addır. Görməyib nəzərdən qaçırdıqların isə sənə əvvəlcə yalnış görünəcək. Belə hallarda yeganə çıxış yolu özünə bu sualı verməkdir: “Bəlkə əsl doğrular mənim yalnış bildiklərimdir?”
Neale Donald Walsch (Tanrı ilə Söhbət)
22 notes · View notes
qulumemmedovv · 3 months
Text
Hər insanın xatirələrində heçkəsə aça bilmədiyi, bəlkə ancaq dostlarına deyə bildiyi şeylər var. Elə şeylərdə var, onları heç dostlarına da aça bilməz. Ancaq özünə açar, həm də ancaq sirr olaraq. Nəhayət elə şeylər də var, insan onu özünə belə açmağa qorxur.
Fyodor Dostoyevski ( gizlincə qeydlər)
28 notes · View notes
qulumemmedovv · 4 months
Text
Tumblr media
Bir şeydən nə qədər qorxsan, onun baş vermə ehtimalı bir o qədər çox olar. Bu “Mörfi qanunu” kimi tanınır. Qorxuya təslim olanda qorxularınız sizə qarşı işləməyə başlayır. Nəyin səhv ola biləcəyini düşünmək əvəzinə, nəyin yaxşı ola biləcəyini düşünün. Qorxularınıza əhəmiyyət verməyin. Bunun əvəzinə müsbətlərə diqqət yetirin. Bu dəyişikliyi etmək həyatınızı dəyişdirəcək
27 notes · View notes
qulumemmedovv · 5 months
Text
Mövlana deyir ki, səsinizi yox sözünüzü qaldırın. Çiçəkləri böyüdən göy gurultusu yox yağışdır.
30 notes · View notes
qulumemmedovv · 5 months
Text
Əsl sevgi ehtiras bitdikdən sonra başlayan duyğudur.
- Ehtiras bitmirsə bəs?
- Bitir. Mütləq bitir. Əvvəlcə gözlərində, sonra əllərində, sonra bütün bədənində bitməyə başlayır. Axı adam doyduqdan sonra fərq eləmir yediyi şorba idi, ya kabab. O gələn dəfəki aclığa qədər hiss olunmuyacag. Sonra yenə gözü süfrəndə gəzəcək.
- Sadiq olan kimdir bəs?
- Sadiq olan doyduğu anlardakı toxluğunu ac ikən xatırlaya biləndir. Həyat süfrəsinə nə qoyubsa ona təşəkkür edəndir.
- Mən heç vaxt bilməyəcəm sevir ya yox?
-Doyduqdan sonra belə səni xatırlayırsa, bir də aclığında yalnızca səni istəyirsə, deməli, sevir. Ehtiras kişiylə qadını bağlayan ən güclü, amma ən incə ipdir. Səni istəkli edir, amma dəyərli edən sənin anlayışın, sevginizi sevdirməyindir
Gerçək sevgi bir-birinin bədənin dilini biləndən sonra belə yenə sənin nəfəsinlə ruhunu tamamlayandır!
38 notes · View notes
qulumemmedovv · 6 months
Text
Keçib gedən bir şeyə görə pis olursunuz? And olsunki sizin üçün xeyirli olsa qalardı. (Bəqərə 216)
54 notes · View notes
qulumemmedovv · 6 months
Text
Artıq bura da get gedə unudulur..
36 notes · View notes
qulumemmedovv · 6 months
Text
Bu dünyada ən çox yazığım o şəxslərə gəlir ki, insanlar haqda toplu fikir yürüdür. Yəni, hər kəs eynidir, hamı eyni şeyi istəyir, ay heçkim sevə bilmir və s. İnsanları eyniləşdirmək çox yanlış bir seçimdir, indiyə kimi sənin qarşına çıxan tiplər eyni olubsa, deməli sənin özündə nəsə problem var. İnsanları seçə bilmirsənsə, analiz edə bilmirsənsə, nə istədiyini başa düşmürsənsə özündə problemi görməlisən. Kütlənin içində batıb gedən şablon insanları nəzərə almasaq, insan bir fərd olaraq hər kəsdən fərqlənir. Əgər (özünlə tək qalanda) sən özünü pis insan olaraq görmürsənsə, onu da bilməlisən ki, ən az sənin qədər yaxşı, mərhəmətli və maraqlı insanlar var bu dünyada. Yanlış insanlara sərf elədiyiniz vaxta görə doğru insanları görə bilmirsiz, itirirsiz.
52 notes · View notes
qulumemmedovv · 7 months
Text
Düz 1 saat 45 dəq di yoldayam. Probkadan əlavə bunun əsas səbəbi avtobusu, metronu boş-boş dolduran məktəblilərdi. Biri valideynlərə izah eləsinki oxuyan uşaq hər yerdə oxuyar. Statiskaya görə əksər yüksək bal toplayan tələbələr rayonda təhsil keçmiş uşaqlar olur. Yani sırf ad üçün uşaqlarınıza və bizə bu qədər əziyyət verməyin
40 notes · View notes
qulumemmedovv · 8 months
Text
3391 km kitab’ının filmi çıxır. Bütün tumblr əhli rahatlaşa bilər artıq 😂
80 notes · View notes
qulumemmedovv · 8 months
Text
Görəsən, niyə insanlar pis adam olmaqdan qorxmurlar, ancaq birinin onlara “pis adam” deməsindən qorxurlar?
50 notes · View notes
qulumemmedovv · 8 months
Text
Tumblr media
Sənin cəsarət etmədiyin riskləri alanlar yaşamaq istədiyin həyatı yaşayacaqlar. Əngəllər olacaq. Şübhə edənlər olacaq. Səhvlər olacaq. Ancaq çox çalışsanız, məhdudiyyətlər yox olacaq.
Gözlərini ulduzlara yönəlt, ayaqların yerdə dursun)
36 notes · View notes