Tumgik
#stadionunda
metbuat · 2 years
Text
VİDEO
Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”ın rəqibi olacaq “Frayburq” Azərbaycana inamlı qələbə (2:0) ilə gəlir.  Metbuat.org xəbər verir ki, Almaniya təmsilçisi Bundesliqanın 12-ci turunda səfərdə “Şalke 04″ü 2:0 üstələyib.  Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq.     Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
gizlikassa · 18 days
Text
Tumblr media
COP29-un loqosu təqdim edilib.
✅COP29-un noyabrın 22-də keçirilməsi planlaşdırılır.
🟥COP29 tədbiri Bakı Olimpiya Stadionunda keçiriləcək.
#Cop29🇦🇿
21 notes · View notes
eminjbrylv · 9 months
Text
Tumblr media
Neftyanik Baku azərkeşləri (indiki adı ilə Neftçi Bakı) Stalin Stadionunda (indiki adı ilə Tofiq Bəhramov stadionu) Bakı, Azərbaycan SSR / 1954
14 notes · View notes
intigammamedow · 5 months
Text
Qarabağ vs Hacken 2-1. Bütün qollar və Önəmli anlar“(VIDEO) 
“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu doğma meydanda İsveçin “Hekken” komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Azərbaycan təmsilçisinin tarixinə düşə bilər. İlk dəfə ölkəmizin təmsilçisi Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanar. “Qarabağ” səfərdə…
Tumblr media
View On WordPress
0 notes
hakimiyyet · 6 months
Link
0 notes
everydayazerbaijan · 3 years
Photo
Tumblr media
Türkiyə millisi qrupda qaldı. Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. Görüş 3:1 hesablı ilə İsveçrə millisi qələbə qazanıb. #turkey #switzerland #baku2020 #euro2020 #olympicstadium #aztagram #azerbaijan #sportphotography #event #uefa #football #türkiyə #isveçrə 📸 @ehtiramjabi 📸 @azizkarimov https://www.instagram.com/p/CQWzKjwBVSM/?utm_medium=tumblr
0 notes
futboldunyasi · 3 years
Photo
Tumblr media
➡️ @futboool_dunyasi ⬅️ 🇦🇿 Prezidentin köməkçisi Hikmət Hacıyev İmarət Stadionunda "Qarabağ" futbolçuları ilə futbol oynarkən ⚽ . . . . . #qarabağfk #qarabağ #qarabag #karabakh #karabakhfc #imarət #imarətstadionu #imaratstadium #footballmoments #hikməthacıyev #hikmethajiyev #hikmathajiyev #footballworld #futboldünyası #futboldunyasi (at Imarat Stadium) https://www.instagram.com/p/CIJcEkzH9zD/?igshid=1cliq5hq32jf3
1 note · View note
narmensblog-blog · 4 years
Text
Bir gün sənilə əl ələ footboll stadionunda olmağ💛
0 notes
Link
0 notes
eliwmaqa-blog · 5 years
Photo
Tumblr media
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir. Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etmək tövsiyə edilir. Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər. Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi avtomobillərlə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər. Paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələri, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri tövsiyə olunur. https://www.instagram.com/p/BxsKHp4Hw0p/?igshid=1o2gjro302cif
0 notes
salimoveldaniz · 3 years
Text
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına baxıblar.
Tumblr media
0 notes
metbuat · 2 years
Text
"Milan" Emrelinin komandasına divan tutdu
“Milan” Emrelinin komandasına divan tutdu
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.  Metbuat.org xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” evdə İtaliya “Milan”ını qəbul edib. “Maksimir” stadionunda baş tutan matçda qonaqlar 4:0 hesabı ilə qalib gəlib. Bir neçə gün əvvəl virusa yoluxan Mahirin adı ehtiyat oyuçular sırasında olub. Lakin 25 yaşlı hücumçu matçı sonadək…
Tumblr media
View On WordPress
0 notes
yenigence · 4 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
waywardwombat · 4 years
Text
İsveçin Milli Günü və İsveç Bayraq Günüdür
Səadət Kərimi, 6 iyun 2020
hər il 6 iyun tarixində qeyd olunur və İsveçdə  bayram günüdür.
Əvvəllər 6 iyun yalnız “İsveç Bayraq Günü” olaraq qeyd olunurdu və ilk dəfə 1983-cü ildə bu gün Milli Gün statusu aldı. 1996-cı ildən etibarən Milli Gün salut günüdür. Salut adətən, İsveçdə altı rəsmi gündə olur, ilk atış saat 12.00-da başlayır, atışların arası 5 saniyə olmaqla 21 salut atışı verilir. Bu rəsmi gün tətil gününə, şənbə ya bazar gününə düşərsə salut saat 13.00-da olur. Beynəlxalq praktikaya görə, 21 atışlı salut millətə verilən rəsmi fəxri reytinqdir, məsələn Milli Gündə, dövlət günündə. 2005-ci ildən etibarən isə bu Milli Gün həm də rəsmən tətil günüdür. [1] Xatırladım ki, Batı Avropada, o cümlədən İsveçdə nation termini bizdəkindən fərqli anlam, fərqli qavram daşıyır. [Nation sözü, yəni millət (Latınca: natio, ‘doğuş’, ‘mənşəy’, ‘xalq (qəbilə)’ və ya ‘qohumlar’; ya da nascor  sözündən ’doğulmaq’ sözündən gəlir) amma çağdaş anlamda bir dövlətdə və ya bir ölkədə vətəndaşlıqla birləşən insan kollektivinə deyilir [1]. Yəni millət siyasi cəhətdən müəyyən edilmiş bir əhali və geosiyasi vahiddir [2]. Ümumi dil, mədəni tarix və dini olav xalq [3], milliyət kimliyi və / və ya vətəni ilə birləşən insan toplusu mənasını kəsb edən qavram Batıda köhnəlmiş anlayış sayılır və nation termininin bu mənada qullanması artıq əskidə qalmışdır [4]. Eləcə də, bu gün milliyyət anlayışı Batı Avropada, o cümlədən İsveçdə bir insanın bir dövlətdə/ölkədə vətəndaşlığı ilə sinonimdir, eyni mənada işlənir.]
6 iyun Milli Gün iki səbəbdən dövlət bayramı kimi qeyd olunur. Birincisi, İsveç kralı Qustav Vasanın (Gustav Vasa) 1523-cü ilin 6 iyun tarixində İsveç kralı seçilməsinin xatirəsinə və şərəfinə həsr olunur, çünki İsveç bu tarixdə yenidən azad bir səltənətə çevrilmişdir və Kalmar Birliyi (Kalmar Union) pozmuşdur. Kalmar İttifaqı /Kalmar Birliyi 1397-ci ildə Danimarka, Norveç və İsveç krallıqları arasında yaranan və 6 iyun 1523-cü ilədək davam edən birlik idi. Birliyə Finlandiya, İslandiya, Qrenlandiya, Farer adaları, Orkney adaları və Shetland adaları kimi əraziləri də əhatə edirdi. İsveç Kalmar İttifaqından ayrıldıqdan sonra Danimarka və Norveç, 1536 iləd İttifaqın formalarında əhəmiyyətli dəyişiklik etməklə, 1814- cü ilə qədər İttifaqda qaldılar. Ikincisi, bu Milli Gün 1809-cu il 6 iyun tarixində hökümət formasının imzalandığı gün kimi qeyd olunur (həmin hökümət forması 1974-cü il hökumət formasına qədər qüvvədə oldu).
Tarixçə. 6 iyun 1893-cü il tarixində başkent Stokholmda, Skansen adlanan açıq hava altında olan muzeyin parkında ilin ilk bahar şənliklərini keçirilirdi və həmin gün tədbirləri millətçi ruhda qeyd etməyə gərar verilmişdi. Elanda göstərilirdi ki, bu, 1523-cü ildə Gustav Vasanın kral seçilməsi münasibətilə və əsası 1809-cu il 6 iyunda qoyulan Hökümət Formasının ildönümü münasibətilə şənliklər/tədbirlər keçiriləcəkdir. [2] Bayram, Quzey ölkələrinin tarixi və mədəniyyətə aid olan Nordiska museet museyinin və Skansen muzeyinin yaradıcısı Artur Hazeliusun təşəbbüsü ilə baş tutmuşdu. 1893-cü il üçün Skansenin illik kitabında Hazelius yazır ki, “Vətənimizin tarixi günlərinin bayramı olaraq Skansendə bu gün Gustaf Vasanın günü 6 İyun qeyd olundu və bu gündən, bundan sonra 6 İyun İsveç Milli Günü olaraq qeyd ediləcəkdir”. Bir il sonra, 1894 -cü ildə, İsveçin Svenska Dagbladet  qəzeti bu sözləri yazmışdı: ”6 iyun tarixində Skansen’də “keşən il olduğu kimi İsveç Milli Günü qeyd ediləcəkdir.” [3] Lakin bu günün Milli Gün kimi rəsmi status qazanması çox sonralar oldu.
1893-cü ilə qədər, 6 iyun Gustav Vasa’nın Strängnäs şəhərində İsveç kralı seçilməsini və Kalmar Birliyindən çıxması və İsveçin müstəqil dövlət olması kimi qeyd edilirdi. Hersoq Karl da (sonralar Karl XIII) bu tarixdə, 6 iyunda, yeni 1809 Hökümət formasını təsdiq etmişdir. Milli anım günü bayram günü kimi təqdim olunarkən, bu bayramın təqvimə salınma ərəfəsində   bəzi İsveçlilər kral Gustav Adolfun gününü – 6 Noyabr tarixini təklif edirdilər. 6 november 1632 -ci ilə İsveç onüçillik müharibədə Lützen də (Almaniya şəhər) qalib gəlmişdir. Başqa bir qrup İsveçlilər isə XII Karlın Karl XII ölüm gününü, 30 Noyabr, tarixini təklif edirdilər. XII Karl 21 il davam edən Böyük Quzey müharibəsində (1700- 1721), Quzey Avropada, Mərkəzi Avropada və Şərgi Avropa gedən müharibədə şücaətlər göstərmiş bir sərkərdə və İsveç üçün əhəmiyyətli siyasətçi idi.
İsveçin Bayraq Günü.  İsveç bayraq gününün qeyd olunması ideyasını toptancı Nils Lyunggren 1915-ci ilin yayında Landstorm adlanan (almanca landsturm) hərbi xidməti zamanı irəli sürmüşdü. [Landsturm hərbi xidməti Alman dilli ölkələrdə, tarixən aşağı səviyyəli qoşunlardan ibarət milis və ya hərbi hissələrə aid idi. Bu xidmət Prussiya, Almaniya, Avstriya-Macarıstan, İsveç və Hollandiya ilə əlaqələndirilir. Bu xidmətə 25-60 yaşlı kişilər çağırılırdı]. İlk öncə bayraq gününü Stokholmda 1915-ci il payızında qeyd etmək fikri vardı, şənliklərlə və Landstrom üçün pul yığmaqla. Payızın sonunda açıq havada bayram keçirmək  uyğun görülmədi və bayramı 1916-cı ilə qədər təxirə salmağı və 6 iyuna – Gustav Vasanın 1523-cü ildə kral seçildiyi günə və XIII Karl tərəfindən 1809 hökumət formasının qəbul edildiyi günə salmağı qərar verildi. Beşinci Gustaf (Gustaf V) bu təklifi bəyəndi, müxtəlif dövlət qurumları, idman hərəkatının hissələri və digər dərnəklər də bu təklifi dəstəklədilər. Komandir Hugo Jungstedt’in başçılıq etdiyi Stokholm qarnizonu da 1916-cı ildə qeyd edilməyə qatılmaq üçün müsbət münasibət göstərdi. Xüsusi təyin olunmuş bir komitə Stokholm stadionunda və Skansendə şənlilkər və bayram tədbirlərindən ibarət, Hasselbacken-də hərbi orkestrlar üçün axşam konsertindən ibarət proqram hazırlamışdılar. 1916-cı il Aprelin 10.da polkovnik Karl Rosenbladın başçılığı altında qeyri-siyasi “İsveç Bayraq Günü üçün İdarə Heyəti” qurdu. İdarə heyəti 6 iyun 1916-cı ildə Stokholmda və İsveçin yüzdən çox şəhərində bayramın təntənəli keçirilməsini təşkil etmişdi.
1918-ci ildən kral bayraq gününün qeyd edilməsi ilə əlaqədar müxtəlif təşkilatlara bayraqlar payladı; Beləliklə bayrağı hərbi və dövlət kontekstindən kənarda qaldırmaq adət-ənənəsi yayıldı və tədricən özəl həyata da keçirildi. Bayraq dirəkləri özəl təşəbbüslə qurulmağa başladı, məsələn, özəl bağlarda, hotellərdə, şəxsi mülklərdə və s. yerlərdə. 1920-ci illərin əvvəllərində, 6 iyun, Stokholm kilsələrində zəng çalma, ardından səhər duası  ​​və Riddarhuset adlı binanın önündəki Gustav Vasanın büstünə gül çələngi qoymaq ənənəsi başladı. 1933-cü ildə “İsveç Bayraq Günü Vəqfi” -nin Yönetim Kurulu (İdarə Heyəti) yenidən təşkil edildi və ümummilli bir təşkilata çevrildi.
Amma İsveçin bayraq gününü qeyd etmək təşəbbüsü rəsmi “milli gün” yaratmaq məqsədi daşımırdı. [6]. Ancaq Milli Gün gününü təyin etməyə gəldikdə, 6 iyun artıq daxil edilmiş və hər kəsin qəbul etdiyi, təbii saydığı bir tarix idi. İsveçin Bayraq günü 1983-cü ildə rəsmi Milli Gün elan edildi. 2005-ci ildə  6 iyun “Bu tarixə İsveç cəmiyyətində Milli Günün əhəmiyyətini qeyd etmək üçün kifayət qədər yer vermək” əsası ilə qeyri-iş günü təyin olundu.
  Milli Gün.  Əsrlər boyu Milli Günün mahiyyətini təhlil edənlərdən bir çoxları deyirlər ki, bu günlə bağlı tarix birmənalı irəli sürülmədiyindən elə də geniş keçirilmir, məsələn, Norveçdə Norveçin Milli Günü kimi yüksək səviyyədə qeyd olunmur. Həmçinin Danimarkada 5 İyun qeyri-rəsmi Danimarka Milli Günüdür, və ya Konstitusiya Günüdür, onlarda da günün tarixi birmənalı verilmədiyində geniş şəkildə qeyd olunmur. İsveçdə İsveçin Milli Gününü üçdə bir İsveçli tərəfindən (əhalinin 1/3) bayram edilir, 2011–2016-cı illərdə bu nisbət 25 faizdən 31 faizədək artmışdır. [7]
Milli Günün bayram gününə çevrilməsindən bəri yaranan yeni ənənələrdən biri də kralın həmin günü bütün günü ictimaiyyəti (yəni adi giriş haqqı olmadan) Stokholm qalasını ziyarət etmək dəvətidir.
Siyasi qərar.  İndiki, mövcud hökümət/idarəetmə forması və parlament gündəliyi ilk dəfə Parlament tərəfindən 6 iyun 1973-cü ildə qəbul edilmişdir. 1983-cü ildən bəri, İsveç bayraq günü – 6 iyun – rəsmi olaraq İsveçin milli günüdür [8] və 2005-ci ildən bu yana da qeyri-iş günüdür. 1983 -cü ildən öncə illərlə Milli Günü tətil etmək üçün parlament təklifləri dəfələrlə rədd edilmişdir, son dəfə bu hal 2000-ci ildə, Konstitusiya Komitəsinin [9] “Milli Günü və 6 İyun İsveç Bayraq Gününü qeyd etməyin mövcud formaları bu günün İsveç cəmiyyətində əhəmiyyətini qeyd etmək üçün kifayət qədər imkan verir” əsaslandırması ilə baş vermişdir. 2004-cü ildə hazırlanan qanun layihəsində [10] hesab edilir ki, ”İsveçdə Milli Günün bayram günü olması Milli Günün yalnız bayraq günü deyil, daha geniş mahiyyət kəsb etdiyini göstərmiş olarıq”.
Milli Günün bayram günü olmasının səbəblərindən biri də İsveçdə yaşayan bir çox mühacirlərin İsveçlilərin öz milli günlərini qeyd etməmələrinə təəccüb etdikləri də bildirməsidir.
Stokholm Universitetinin etnologiya professoru Barbro Blehrin fikrincə, İsveçlilərdə 6 iyunda gəzməyə getmək və picknick  etmək  (2012-ci ildə nəşr olundu) adətə çevrilmişdir [12]. Yemək tarixçisi Richard Tellström hesab edir ki, həmin günü İsveçlilər gril etmək, barbeque etməyi (kabab bişirmək) sevirlər (2019-cu ildə nəşr olunur). [13] Və demək olar ki bütün İsveçlilər Milli Günü Tortunu yeyirlər.
    6 İyun İsveçin Milli Günü və İsveç Bayraq Günüdür İsveçin Milli Günü və İsveç Bayraq Günüdür Səadət Kərimi, 6 iyun 2020 hər il 6 iyun tarixində qeyd olunur və İsveçdə  bayram g…
0 notes
intigammamedow · 7 months
Text
Məhşur futbolçu Ronaldo 22 yaşında Azərbaycanda olmuşdur.(FOTO)
16 il əvvəl Azərbaycana gəlmiş 22 yaşlı Ronaldo. Dünya şöhrətli futbol ulduzu Ronaldonun Bakıda çəkdirdiyi foto maraq doğurub.  Azpost.info bildirir ki, foto 2007-ci ildə oktyabrın 15-də Tofiq Bəhramov adına stadionunda çəkilib. O vaxt Bakıda Portuqaliya millisi Azərbaycanla oynamaq üçün  Bakıya gəlib. Ronaldo da yığmanın tərkibində olub. Həmin zaman 22 yaşlı Ronaldo “Mançeter Yunayter”də…
Tumblr media
View On WordPress
0 notes
todaysazerbaijan · 4 years
Text
Azərbaycanda ilk dəfə: Qadın şərhçi futbol matçını apardı
Azərbaycanda ilk dəfə: Qadın şərhçi futbol matçını apardı
Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.
Oxu.Az xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi də var. “CBC Sport”un şərhçisi olan Səmra Əliyeva hazırda 0:0 hesabı ilə davam edən matçın şərhçiliyində Gündüz Abbaszadə ilə birgə tandem təşkil edir.
Bu isə Azərbaycan…
View On WordPress
0 notes