Tumgik
#pambıq
siberian-wellness · 2 years
Photo
Tumblr media
Nəmləndirici tonik 🌿 🌿 Tonik dərini sakitləşdirir. 🌿 Dəri qıcıqlanmasının qarşısını alır və dəriyə rahatlıq bəxş edir. 🌿 Tərkibində olan lavanda hidrolatı həssaslığı azaldır. 🌿 Cökə hidrolatı erkən yaşlanmanın qarşısını alır. 🌿 Pambıq və düyü yağları dərini ətraf mühitin mənfi təsirlərindən qoruyur ....................... https://de.siberianhealth.com/de/?ref=2520631322&delivery=de .......... ............ Wenn unsere Webseite geöffnet wird, geben Sie bitte die Nummer \ 2520631322 \ im Registrierungsbereich ein. ............... When our webpage is opened, please put the number \ 2520631322 \ at the registration section. ............... Lorsque notre page Web est ouverte, veuillez mettre le numéro \ 2520631322 \ dans la section d'inscription. ....................... https://de.siberianhealth.com/de/?ref=2520631322&delivery=de ......... #sibirskoezdorovye #tonik #lavanda #makiyaj #kosmetika #cosmetics #pambıq #düyü #cökə #krem #arıqlamakremi #dieta #pəhriz #massajkremi #sellilüt #portağalqabığı #maz #allergiya #hezm #həzm #mədə #bağırsaq #mədəbağırsaqpozulması #probotic #probiotik #lakto #bifidium #bifidobakteriya https://www.instagram.com/p/Cf7X213t7LN/?igshid=NGJjMDIxMWI=
0 notes
gizgibim · 2 months
Text
8 notes · View notes
fakhriia · 1 year
Text
1. Həmişə öncəliyim özüməm.
2. Çox sevdiyim şeylərdən qaçmağı seçərəm.
3. Duyğularla yox məntiqlə qərar verərəm.
4. Soyuq, sərt, kobud, eqolu görünsəm də çox sevdiyim insanlara qarşı pambıq kimi oluram.
5. Çox qısqancam, sevdiyim şeyləri/şəxsləri paylaşmağı sevmirəm.
6. Hisslərimdə yanılmıram.
7. Yalana nifrət edirəm və şübhəyə düşürən insanları asanlıqla silirəm.
8. Əhvalım tez dəyişir.
9. Ölsəm də inadımdan dönmərəm.
27 notes · View notes
arcieree · 6 months
Text
Kənardan soyuqqanlı kimi görünsəm də içimdə pambıq tarlaları olan səmimi, kiçik kənd var.Heç kimi üzmədim demirəm amma bunu bilərək etmədim heç vaxt, mənə daş atana kömək etdim demərəm amma o atdı mən də bir daş atım demədim, gül də atmadım..Onların hamısını nəzakətimlə öldürdüm, ölülər dirilməz, amma onlar mütləq bir gün qarşıma keçib peşman olduqlarını deyərdilər.Çırpıb çıxdıqları qapını qıfıllamadığım üçün öz yerlərində gəlib oturacaqlarını sandılar, lakin onları qapımdan geri çevirəcəyimi heç düşünmədilər.Əvvəlcə şok olardılar, axı bu insan çox istəyirdi, dəyər verirdi deyərdilər.Məndə onlarla birgə dəyərlərinin də öldüyünü heç sanmazdılar.Çox dəyər verdim həmişə, yenə birinə məni incitməyinə icazə verəcək gücü verməyəcəm dedim dəfələrlə.Lakin mənim ürəyim həmişə incə sözlərə və hərəkətlərə həssas olub.Əvvəldə olduğu kimi sonda da yenə özümlə qalacağımdan adım kimi əmin olduğum yanğına özümü atmaq istədim həmişə, onlarınsa kibriti çaxmağa belə cəsarəti olmadı.Ölməkdən qorxan insan yaşamağı dayandırardımı heç? Saf hisslərin, dostluqların vurğunu olmuşam, ona görə sizə, ona, buna-mənə bir zərbə vuracağını biləcəyim hamıya deyirəm: Məni qəlbinizin ən utancaq yerində saxlayın, məsələn aparın kəndə:))
16 notes · View notes
missnaila · 1 year
Text
Sincabın kirpini qucaqlaması üçün, tikanlarına pambıq taxdığını bilən gündən sonra heç bir bəhanələrə inanmıram..
15 notes · View notes
leilayist · 1 year
Text
mahnıları kiməsə ithaf etməyi, dinləyərkən ağlamağı buraxalı uzun zaman, hətta mən deyərdim ki, illər olur. təbii ki, bu da səbəbsiz yerə deyil. artıq bildiyin, bilmədiyin bütün mahnıları kiməsə aid etmisən və artıq nə o vardır nə də o mahnıların mənası.
ancaq bu mahnı..
“Qorxuram bir gün öləm, yada qala gözlərin”
göz də ola Xəzər utana rəngindən)
bu mahnının rəy bölməsində ilk yorum diqqətimi çəkdi və mən də yazmaq istəyirəm.
hər şeyin üst-üstə gəldiyi, mənim özümü otaqlara qapadıb, ailəm eşitməsin deyə səssizcə ancaq mənim qışqırqlarımdan kar olduğum bir gündə həyatıma əsla unuda bilməyəcəyim, son anımda belə eyni rəngi görəcəyim, və məni tamamilə dəyişəcək günəş doğur həyatıma.
gənc nəsilik, təbii ki, sosialda tanışacağıq. 😄 haqlı bulduğum bir postun altına “gəl alnından öpəcəm” yazmışdım. normal olara hər şeyi mizaha vuran biri olaraq) aradan bir neçə müddət keçir və “gəldim😃” yazır.
detalları danışmaq xoş olmaz.
duyğu boşluğu deyilən sonsuz bir çuxur vardır. hansı ki, sənə əl uzanmasa sonsuza qədər çıxa bilməyəcək qədər dərin çuxur. tam da elə bir çuxurdaykən bir (əsla toxunmasam belə pambıq kimi olduğunu bildiyim) əl məndən yapışdı(fərqində olmasa belə) və məni o günə kimi heç görmədiyim bir aydınlığa çıxardı. ikinci günəş görürdüm həyatımda. mavilərlə vəhdət şəklində olan günəş..
həyatımda heç vaxt hiss etmədiyim duyğuları hiss edirdim və nə olduğunu da bilmirdim. bu adam mənim nəyim idi? hardan, necə həyatıma girmişdi? mən onun nəyi idim? bəs o mənə qarşı nə hiss edir? cavablandıra bilmirdim əsla. və mən deyərdim ki, bu sualların cavabını indi də bilmirəm.
lakin sevmədiyim bir xüsusiyyəti vardı. çox vecsiz, umursamaz idi. bu da məni dəli edir, daha da hirsləndirirdi.
beləcə vaxt gedirdi, mən də gələcək duyğularımın qatilinin hər zərrəsinə aşiq olurdum…
bu mövzunu bura heç daxil etmək istəməzdim, ancaq onu mənim həyatımda özəlləşdirən bu idi axı)
mənə ümumiyyətlə atamın məndən əvvəl öldüyünü demişlərdi. lakin mən buna inanmırdım. həmişəki kimi marağıma düşüb axtarışa başladım. nəticədə onun sağ olduğunu, illərlə aldadıldığımı öyrəndim. təbii ki, bu məni ayaqda qalmağıma qoymazdı. mən çökdüm və ona yaslandım)
“yeri gələndə atan da olaram, yeri gələndə anan da olaram, yeri gələndə bacın da olaram, qardaşın da. yeri gələndə dostun da olaram, sevgilin də”
susuz qalmış çiçək üçün can suyu idi bu cümlələr..
sanki həqiqətən belə olacaq.
ən çox da kövrək olduğu, həssaslaşdığı günləri, gecələri sevirdim.
“-sən mənim yuvam olarsan?
-sən mənim yuvam ol, mən o yuvaya divar olaram”
bal, mən sənə yuva da olmuşdum, ev də olmuşdum, eşik də olmuşdum, bəzən kiçik qızın da olmuşdum, bəzən anan da olub sənin qayğını çəkib, qorumuşdum. mənim fikrimcə, “Xəzərdə” dalğalar qabarıb, görməmisən:)
gecələr pəncərəsinin açıq qalıb üstünü üşütməsi, üstünü açıq saxlaması, xəstələnməsi, yemək yeməməsi, kefsiz olması, işlərinin düz getməməsi məni o qədər qorxudur və üzürdü ki..
ağlamayacam.
o il(2021) illər sonra ilk dəfə Bakıya getdim. mənim də Bakı zaafımı bilməyən yoxdur. səbəbi o idi.
mən qorxurdum. hər yanımdan keçən adamdan, hər gülüşü gözəl adamdan, hər mavidən.
mən qorxurdum..başqa simalarda eyni sifət görünürdü gözümə. hamı sanki o idi.
həmin gün bircə günlük Bakıda idim və onu görmək istəyirdim. baxmayaraq ki, həm qorxurdum, həm də onu görəndə verəcək reaksiyamdan qorxurdum..
ona zəng elədim. açdı, ancaq mənlə kobud danışmağa, soyuq danışmağa başladı. mən də gəl demədim)
işlərinin düz getmədiyi bilirdim, lakin bu ağlamamağım üçün yetərli səbəb deyildi.
nəysə, günü kefsiz, üzgün şəkildə başa vurdum.
evə qayıdıb telefona baxdım yazıb mı deyə. bu artıq məndə vərdiş idi. indi də vərdişdir.
ard-arda mesajlar yazmış, harda olduğum ilə marağlanırdı. olduğum məkanı dedim və bakıda olduğuma inanmadı. kobud danışığına görə peşman olmuşdu, üzr istədi. təbii ki, ona əsla qırılmamışdım. hətta indi də)
yanıma gəlmək istədi, ancaq artıq çox gec idi. çünki mən qayıdırdım..
sanki bu gün olub, necə bu qədər aydın xatırlaya bilirəm axı?
o gün ona “bir gün sənlə də uzun yola çıxaq. tamam mı?” dedim.
“gözüm üstə)” dedi..
axxx, bal. bir bilsən o gözlərin nələr yaşatdı mənə😀
onunla o qədər xoş xatirəm olub ki, pis heç nə xatırlaya bilmirəm.
bir gün yenə həssas dönəmlərində idi😄😄
“-səni həm sevirəm
həm sevmirəm.
sənin həm hər hərəkətinə aşiq oluram
həm də olmuram.
səninlə biz nə olacıyığ evim-eşiyim?”
heç nə olmaycağmışıq..
mən əslində bunları dediyi gün ona tamamən təslim olmuşdum. sonralar xəbərim oldu ki, təslim olmuşam deməməliydim, məğlub olmuşam deməliydim.
bu minvalla 5 ayı geridə qoyurduq. mənə həyatımın ən gözəl günlərini yaşadır, bundan özünün belə xəbəri olmurdu.
dönüb geriyə baxanda 5 ay olduğuna çox təəccüb edirəm. oysa ki, mən yaşadığım bütün həyatımı o 5 aydan hesab edirəm. sanki sadəcə 5 ay yaşamışam və hələ də o sonsuz 5 aydır..
daha sonra evim soyuyurdu mənə.. üşüyürdüm mən…
sanki başqa evlərə mavi işıqlar sayrışırdı və mən qaranlıqda idim.
6-cı hissim yanılarmı heç?)
o məni başqalarına dəyişirdi. yuvasını tərk edirdi, köçürdü..
bu məni içdən-içə əridirdi, yox edirdi. bütün gözəl hisslərimin və kəpənəklərimin öldüyünü hiss edirdim.
və bir gün o bağlar tamamən qopdu. bir də əsla bağlanmamaq üzrə..
mən onu cismani şəkildə tərk edirdim. ancaq o məni ruhən çoxdan atmışdı.
bəli, atmışdı. çünki bu hissin başqa açıqlaması və ya tərifi yox idi. o məni atmışdı.
mən onu cismən tərk etdim artıq. onun başqa yuvalara divar olması üçün onu azad edirdim.
mənim yuvam dağılırdı. divarlar yerə çökürdü, ev də mənim üstümə. mən ordan bədənimi tək parça şəkildə, sağ şəkildə çıxarmışdım, lakin artıq “sevgi, mərhəmət, qayğı” çoxdan o xarabalıqda can vermişdi.
mən o hisslərimi bir də heç vaxt dirildə bilmədim. yerinə çox adamlar qoymağa çalışdım, hətta qoyduğumu sandım. ancaq elə deyilmiş. mən özümü aldadırmışam, onun yeri boş imiş həmişə də boş qalacaqdı.
bundan sonra bəlkə çox gözəl bir ailəm, yanıma yoldaşım olacaq. ancaq heç kimi səni sevdiyim kimi sevib, istəmərəm.
çünki bu artıq bu bədənə də, ruha da , cana da hopub.
səndən sonra təbii ki, çox şey dəyişdi, bal. bir sabah sənə nifrətlə oyandım, bir səhər səni heç xatırlamadım, bir səhər sənin üçün ağladım oyandım, bir səhər gözlərini yuxumda görüb gülərək də oyandım.
bu gün nə səni sevirəm, nə gözlərini, nə sənə aşiqəm, nə sözlərinə.
peşman deyiləm. yenə olsa yenə edərəm.
Xəzərin görsə rəngindən utanacağı gözlərin üçün yazılıb bu mahnı,bal.
Ümid edirəm ki, qarşına çıxmaz.
22 notes · View notes
aykalpli · 4 months
Text
Akaki Akakiyeviç fikirləşdi, fikirləşdi və qərara gəldi ki, ən azından, heç olmasa, bir il müddətinə adi xərcləri azaltsın: axşamlar çay içməyi tərgitməli, şam yandırmamalı, lazım gələrsə, ev sahibinin otağına keçib, onun şamının işığında işləməli idi: küçədə yeriyərkən ayağını yerə asta basmalı, ayaqqabısının altlığını daşa, səkiyə çırpılmaqdan qorumalı, bundan ötrü, demək olar ki, pəncələri üstə gəzib-dolaşmalıdır; alt paltarlarını camaşırxanaya çox nadir hallarda verməli, süzülüb-cırılmasınlar deyə, evə gələn kimi onları çıxarmalı, yalnız qədimi, zamanın belə rəhm edib dağıtmadığı, öz ömrünü çoxdan başa vurmuş demikoton xalatına bürünməlidir. Düzünü desək, əvvəlcə bu cür qənaətlər etməyə bir qədər çətin öyrəşsə də, axır ki, buna vərdiş elədi və hər şey qaydasına düşməyə başladı; hətta axşamlar tamamilə ac qalmağa alışdı; əvəzində gələcək şineli barədə sarsılmaz ideyalara qapılaraq, düşüncələri hesabına ruhən qidalandı. O vaxtdan elə bil bütün varlığı təkmil bir hala gəldi, sanki evlənmişdi, elə bil bir başqasıyla birlikdəydi - yəni tək deyildi, elə bil ürək qızdırdığı bir ömür-gün yoldaşı tapmışdı, onunla həyat yolunda birgə addımlamağa razılaşmışdı və bu heç də başqa birisi filan yox, məhz həmin qalın, pambıq parçadan sırınmış, möhkəm və astarı dağılmaq bilməyən şinel idi.
#NikolayGogol #şinel
5 notes · View notes
feride11 · 1 year
Text
Mənimlə qocalarsan?Yemək bişirərik bir yerdə,bəlkə alınmadı yandırarıq həmin gün ac qalarıq falan .Günahı bir - birimizə atarıq.Paltarları bir yerdə asarıq.Sən burnumu sıxarasan məndə yalandan ağlamış kimi edib səni aldadaram.Mən mahnı oxuyaram məsələn sən qulaq asarsan.Mən peçenye bişirirəm sən çay dəmləyərsən, söhbət edərik nə bilim kinoya baxarıq mənim kinoya baxmağa səbrim çatmaz kanalı dəyişərəm səni hirsləndirirəm. Mən mahnı sözləri deyərəm sən fit çalarsan. Dans edərik məsələn.Sən mənim şəklimi çəkərsən fotoapaaratınla,məndə sənə şeir yazaram bəlkə.Bulvara gedərik ,pambıq alarsan mənə , velosipedə minərik sənlə.Çox yorularıq amma mən sənlə gəzməkdən doymaram məsələn.Tək sual soruşum
Mənimlə qocalarsan?!
15 notes · View notes
starkmrjavad · 2 years
Text
İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.
Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.
Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?
Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.
O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.
Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.
…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın.
8 notes · View notes
bayanayi · 1 year
Text
işimle övüldüğümde pambıq gibi oluyorum ʕ⁠。★ᴥ★。ʔ
2 notes · View notes
marguerittees · 2 years
Text
UŞAQLIQ: Nə dərd var idi, nə də qəm. Götür topunu səhər tezdən düş həyətə. Bir-bir binaların qarşında dayan, dostlarını çağır. Çıxsın anası balkondan, “Əli yoxdu evdə desin”... Əli də anasının böyründən boylanaraq, “Gəlirəm, desin...” . İki daş bu yanda, iki daş o yanda qoy,öz aləmində futbol oyna...O bitsin, gizlənpaç başlasın, sonra yeddi şüşə...Hərdən də qızlarla “klass-klass”...Elə ki, yoruldun, otur bir daşın üstündə...”Şirinquş”, “pambıq” satan gələcək...Cibində oynamaqdan nazikləşən manatı çıxar, sən də al...Qaç, tərlə...İki dəqiqədən bir evdən səslənsinlər, sən də qalx yuxarı...Əllər kürəyinə dəysin ki, su olmusan,dəyiş maykanı bir də düş həyətə...Hava qaralan kimi anan balkona çıxsın, “Atan, səni öldürəcək, tez evə gəl...” deyərək, səni qorxutsun...Sən də dəhşət qorxurdun axı... Özünü qızlara göstərmək üçün su et saçlarını, qaranlıqda atandan fırlatdığın “açkiylə” o başa get, bu başa get...”Priqulkayla” oynayan qızlar da özünü naza qoyub, sənə fikir vermirmiş kimi baxsınlar...Çalış gizlət mırıq dişlərini, görməsin,pozular yaraşığın...Yeni-yeni yaransın səndə sevgi həvəsi...Elə oyunlar olub ki, gözləmisən ki, o da oynasın...Ki qəhərmanlıq edərək özünü ona sübut edəsən...Nə vecinə həyat, yaşamaq, qayğı, arzu...Tək dərdin “bundan sonra nə oynayaq?” olsun...Sonuncu dənələrini də yedin qara tumların, əlində 3-4 dənə qalanları at yerə, qaç evə...Sabah açılsın, yenə aç gözünü, bax güzgüyə...Böyümüsən, deyilmi, ay uşaq? Çıx bir boylan həyətə...Gör kimlər qalıb... Yoxdu artıq o uşaqlar...Daha yoxdu məhlədəki o balaca qız...İndi hansısa bir evdə özü uşaq böyüdür bəlkə də...Əvvəlki kimi geniş deyil məhləniz...Çünki sənin kimi indiki uşaqlar böyümür...Sən və dostların qoymazdı ki, həyətdə sizə aid meydançada kimsə maşın saxlasın...Amma indi...Düz blokun ağzına kimi maşınlar dayanır...Sakit və səssiz qalıb məhlə...Tez yekəldin elə bil...İndi qayğıların, arzuların var, dostum...Bitdi...Hər oynadığın oyun kimi “uşaqlığın” da bitdi...Bir çön geriyə bax...Bir zamanların qaçaraq səs-küy saldığı o uşağı tapa bilsən mənə də xəbər et...Gəlim yenə oynayaq..
9 notes · View notes
oneoftheworld · 2 years
Text
Nəysə, əsas odu buludlar pambıq kimidi :)
2 notes · View notes
vaneable · 2 years
Text
Başlanğıcda üzü bir təmizləmə kremi ilə yumşaldın. Kir, yağ və makiyaj qalıntılarının təmizlənməsi üçün bir neçə dəqiqə gözləyin. Daha sonra pambıq toplarla üzünüzü yaxşıca silin. Sonra üzünüzü su ilə yuyun və göz çevrəsinə toxunmadan masaj edin. Beləcə ölü toxumalar üzünüzdən gedər, dəriniz daha hamar, yumşaq və baxım üçün hazır hala gələr
0 notes
xeberaz · 2 years
Video
⚡Tərtərdə silahlı insident baş verib Rayonun Yuxarı Qaradağlı kənd sakini, özəl sahibkar Namiq Hüseynov əkdiyi pambıq sahəsini suvarmaq məqsədilə qonşu Əskipara kəndindən gələn arxdan su açıb. Bu zaman kənd sakini Rəsul adlı şəxs pambıq üçün su verməyəcəyini deyib. Su üstündə yaranan mübahisədən sonra N.Hüseynov şəxsi "VAZ 2106" markalı avtomobilinə əyləşib gedərkən Rəsul adlı şəxs ona odlu silahdan atəş açıb. Atəş nəticəsində Namiq Hüseynova xəsarət yetirilməsə də, şəxsi avtomobilinə ciddi ziyan dəyib. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. @xeberaz.az #aztagram #aztagrampeople #aztagrambaku #aztagramazerbaijan #aztagramm #bakugram #maraqli #bakuws #xeberci #xebertv #xebershow #haber #showxeber #xebernews#sonxeber #expressxeberler #xezerxeber #bakuxeber #xəbər #xəbərlər #haber #haberglobal #sehidqarabag #gorunmezler_ #sondakikahaber #güncelhaberler #sondakikahaberler #sondakikahaberleri #güncelhaber #haberinvarm https://www.instagram.com/p/Cgcfp6-FAdY/?igshid=NGJjMDIxMWI=
0 notes
kayatekstilaksesuar · 2 years
Photo
Tumblr media
Korporativ Tekstil Aksesuarları Müştəri tələblərinə uyğun olaraq, ehtiyaclarınıza uyğun olaraq müxtəlif ölçülərdə, müxtəlif iplik növlərində və limitsiz rənglərdə xidmət göstəririk. 2004-cü ildə başladığımız səyahətimizdə 2016-cı ildən etibarən qotaz istehsalı xaricində fəaliyyət göstərməyə başladıq. Tamamilə müştəri yönümlü işlərimizlə həllər istehsal etməyə davam etdik. Biz qurulmuş işgüzar tərəfdaşlığın nəticəsi olan Məhsul və Xidmət keyfiyyətimizi yaxşılaşdırdıq. Xüsusilə Qablaşdırma İstehsalçıları, Çanta İstehsalçıları, Geyim - Geyim, Ev Tekstili İstehsalçıları, Mebel, Mebel Aksesuar İstehsalçıları, Bağ Mebelləri, Kosmetika İstehsalçıları, Təşkilat Firmaları, Pərdələr, Namaz Kilimləri və İdman Malları İstehsalçıları kimi xidmət şəbəkəmizi genişləndirdik. Bulyon saçağı, açar zəncirli qotas, muncuqlu qotas, Braçol - kulon (pərdə bağı), namaz xalçası saçağı, fırfır, 100% pambıq 240 rəngli dəsmal saçağı, idxal pərdə saçağı, qapaq qotazı, əlfəcin qotazları, kordon, silindr qutuları , Biz Pompom, Ponpon Saçaq, Turban Rosette Avanqard və ya Klassik Mebel Qotasları, Su Daşı – Lent, Kətan Düz Saçaq və Qotaz məhsulları ilə məhsul ağacımızı və istehsal gücümüzü həm genişləndirmişik, həm də şaxələndirmişik. Nəhayət, məhsul və xidmət şəbəkəmizə Border, Parıldayan Border, Parıltılı Lent, Satin Lent, Jakarlı Lent, Krujeva, Plit, Çap lenti, STICKER Lent, Dekorativ Tül və Organza Lent əlavə edildi. www.kayatekstilaksesuar.com www.filizhome.com www.puskulcu.net www.seccadeaksesuarlari.com #kayatekstilaksesuar #tasselcenter #tape #passementerie #pompom #tieback #tassel #draperydesign #furnituredesign (KAYA Tekstil Aksesuar) https://www.instagram.com/p/CevNcx0s8Dk/?igshid=NGJjMDIxMWI=
0 notes
javidshahmuradov · 2 years
Link
Tumblr media
0 notes