Tumgik
#çətinlik
Photo
Tumblr media
I Allah dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin nəticəsi olaraq, hər çətinliklə birlikdə mütləq bir asanlıq yaradacağını da müjdələmişdir. Allah ayələrdə bu müjdəni belə bildirir: Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır. (İnşirah surəsi, 5-6) Quranda peyğəmbərlərin və saleh möminlərin həyatına baxdıqda, qarşılaşdıqları çətin kimi görünən hər cür vəziyyətdə, Allahın mütləq bir asanlıq yaratdığı diqqət çəkir. Allah “Fəttah” sifəti ilə hər cür çətinliyi açan, asanlaşdırandır. Quranda Allah yolunda mübarizə apararkən qarşılaşdıqları hadisələr və məruz qaldıqları zorakılığa görə yaşadıqları yerdən ayrılmaq məcburiyyətində qalan, yəni hicrət edən möminlər nümunə verilir. Bu insanlar bütün işlərini, evlərini, bağçalarını, mallarını buraxaraq, heç tanımadıqları torpaqlara, tanımadıqları insanların yanlarına köçmək məcburiyyətində qalmışdılar. Bu, kənardan baxıldıqda çətin görünən vəziyyətdir. Ancaq Allah Nisa surəsində hicrət edən möminlərin vəziyyətini asanlaşdırdığını və onları nemətləndirdiyini belə bildirir: Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və Onun Peyğəmbəri yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir. (Nisa surəsi, 100) Allah bu vədini Peyğəmbərimiz dövründə yaşayan möminlər üzərində açıq şəkildə göstərmişdir. Dünyəvi dəyərlərə əhəmiyyət verməyən səhabələr Allah yolunda hər cür fədakarlığı edərək müxtəlif çətinlikləri gözə aldıqları üçün Allah bu gözəl əxlaqa qarşılıq, onlara ən gözəl şəkildə ruzi və sığınacaq vermişdi. Onların hər işlərini digər insanlara nisbətən asanlaşdırmışdı. Səhabələrin yaşadıqları bu asanlıq və rəhməti Allah bir ayəsində belə xəbər verir: Xatırlayın ki, bir zaman siz yer üzündə az və zəif idiniz. İnsanların sizi ələ keçirməsindən qorxurdunuz. Şükür edəsiniz deyə Allah sizə sığınacaq yer verdi, sizi köməyi ilə dəstəklədi və sizə təmiz ruzilər verdi. (Ənfal surəsi, 26) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #çətinlik #asanlıq https://www.instagram.com/p/CpAr_I-onCF/?igshid=NGJjMDIxMWI=
2 notes · View notes
metbuat · 2 years
Text
Mahmud Qurbanov:
Bu gün futbol üzrə Misli Premyer Liqasının VII turu çərçivəsində “Səbail” öz meydanında “Neftçi”ni qəbul edib.  Metbuat.org xəbər verir ki, oyun  ilə yekunlaşıb.  Oyundan sonra “dənizçilər”in çalışdırıcısı Mahmud Qurbanov ənənəvi mətbuat konfransında iştirak edib.  49 yaşlı mütəxəssis qeyd edib ki, ikinci hissədə topa sahib olmaqda çətinlik çəkiblər: “İlk hissədə daha istəkli idik. Mübarizələrin…
Tumblr media
View On WordPress
0 notes
aydaanca · 4 months
Text
Çox qarışıq günlər keçirirəm, əvvəllər ruhən yorulurdum, indi cismən çökdüyümü də görə bilirəm. İçimdə həmişə bir şeylərin müvəqqəti olduğu düşüncəsi var, sonra bașa düşürəm ki, bu özümü təsəlli etməkdi, çətinliyin müvəqqəti olması o çətinliyə dayanmağa bəs etmir. Bilirsən bu çətinlik bitəcək, amma nə zamansa bitəcək, sən isə bu andasan və bunu bilmək sənə yetmir. Yatmağı çox yaxşı çıxış yolu olaraq görürdüm, indi artq həqiqətən, tək qalmağa ehtiyacım olduğunu anlamışam. Sadəcə uzaq qalmağa ehtiyacım var, insanlardan, hər şeydən. Bir yandan da düşünürəm ki, uzaq qalmaq bəlkə də, həll yolu tapmaq yox, problemlərlə üzləşməkdən qaçmaqdı. Heç nəyi düşünmək istəmirəm, amma beynim düşünməklə o qədər məșğuldu ki, düşünməməyi düşünüb qəbul edəcək qədər zamanı yoxdu..
40 notes · View notes
dadaszdkh · 2 months
Text
əl-Bəqərə surəsi, 185-ci ayə.
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
20 notes · View notes
aythoruc · 2 months
Text
İstəyir saat 6-dan yatım yenə də 8-də oyananda çətinlik çəkirəm, abii
21 notes · View notes
aysusydzde · 2 months
Text
İnsan minbir həvəslə girdiyi qapıdan birdən-birə çıxmaqda necə də çətinlik çəkirmiş
39 notes · View notes
xancann · 9 months
Text
Uşaq vaxtı hər nə qədər böyüməyi çox istəsək belə böyüyüncə fərqinə varırsan ki, həqiqətən də olduqca çətin bir şey imiş bu. Anidən bitən dostluqlar, bir sıra münasibətlər, yanlış yer və ya insanlara yüklənən dəyərlərin çiyinlərindəki ağırlıqları, həmçinin də silsilə xəyal qırıqlıqları, çökmələr, məsuliyyət. Oturub düşündüyündə anlayırsan ki, bu qədər çətinlik içində hələ də gözəl qala bilənlər heç də asan bi' şey etmirlər.
67 notes · View notes
masmaavi · 3 months
Text
Kirpi dilemması deyə bir metafor var. Bu metafor soyuq hava şəraitində bir yerə gələrək isinməyə çalışan kirpilərdən bəhs edir. Belə ki, kirpilər bir-birini isitməyə çalışanda ox kimi olan tikanlarını bir-birinə batırırlar. Bir qədər yaxınlaşdıqdan sonra tikanlarıyla zərər verdiklərinə görə uzaq dururlar. Bu zaman isə soyuqla mübarizə etmək məcburiyyətində qalırlar, soyuqla mübarizə etməkdə çətinlik çəkirlər və buna görə tikanlara baxmayaraq isinmək üçün yenidən yaxınlaşırlar. Bu dəfə də eyni çətinlikləri yaşadıqlarına görə dəfələrlə yaxınlaşıb uzaqlaşırlar. Saysız təcrübələrindən sonra kirpilər həm soyuqdan qorunaraq həyatda qalmaq, həm də bir-birlərinə zərər verməmək üçün aralarında ən uyğun məsafəni tapa bilirlər.
24 notes · View notes
mar1iamm · 4 months
Text
Sizin yıxıldığınızı görmək istəyən çox insan var. Sizin göz yaşlarınızı, sizin qırılan qəlbinizi düşünmədən danışacaq bir çox insan var ətrafınızda. Kədərinizdən, aqressiv reaksiyalarınızdan, əsəbləşdiyiniz mövzulardan sizin həqiqətən psixoloji problemləriniz olduğunu düşünəcəklər. İnanın və əmin olun ki, yanınızda olan və sizin üzünüzə gülümsəyən hər kəs sizin kimi saf niyyətlə yanaşmırlar çox vaxt. Ona görə də, çətinlik çəksəniz belə, gec olmadan özünüzü ələ alın və ayağa qalxın. Ayağa qalxmaq üçün kiminsə üzünüzə gülüb, əlinizi tutmağını gözləməyin…
29 notes · View notes
Photo
Tumblr media
I Allahın rizasını və sonsuz Cənnətini qazanmaq üçün yaşayan müsəlmanın çətinlik anlarındakı gözəl davranışları iman gücünün və əxlaqi üstünlüyünün göstəricisidir. Bütün bu üstün davranışlar isə Rəbbimizin bizə bildirdiyi yeganə gözəl əxlaq olan Quran əxlaqının nəticəsidir. Müsəlmanlar hər cür çətinlik, sıxıntı və yoxsulluq anlarında səbirli, cəsur, təvəkküllü, anlayışlı, fədakar və mərhəmətlidirlər. Gözəl əxlaqdan əsla əl çəkməyən, hər hadisəni müsbət yöndə və təvəkküllə qarşılayan, hadisələrin hikmətini və xeyirli tərəflərini görən, ətrafındakı insanları da eyni üstün əxlaqı yaşamağa dəvət edən müsəlman çətin anlarda bu davranışını dəyişdirməyən şəxsdir. Bu çətinlik anları da Quranda tərif edildiyi kimi, iman gətirənlərin çox çətin sınaqlardan keçirildiyi, “O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi...” (Əhzab surəsi, 10) ayəsində bildirildiyi kimi, böyük sıxıntılarla üzləşdikləri vaxtlardır. Çətinlik anları dedikdə bir çox insanın ağlına fərqli şeylər gəlir. Çətinlik bəziləri üçün təbii fəlakət, bəziləri üçün işdən qovulmaq, bəziləri üçün də iflasa uğramaqdır. Halbuki, iman gətirən insanlar üçün çətinlik anları daha böyük hadisə və vəziyyətləri ifadə edir. Çətinlik anlarındakı yoxsulluq və sıxıntı adi sıxıntılar kimi deyil. İnsanın ən əsas ehtiyaclarından belə məhrum olduğu yoxsulluq və gündəlik həyatdakı sıxıntılardan daha güclü sıxıntıdır. Quranda tərif edilən “ürəklərin ağıza gəldiyi” bu vaxtlar hər cür çətinliyin, xəstəliklərin, fəlakətlərin üst-üstə gəldiyi, müsəlmanların sadəcə: “İman gətirdim”, - dediklərinə görə evlərindən çıxarıldığı, sürgün edildiyi, ailələrinə, özlərinə və qövmlərinə tələlərin qurulub maddi-mənəvi təzyiqlərin göstərildiyi vaxtlardır. Quranda elçilərin və əməlisaleh möminlərin tarixən qarşılaşdığı bu cür çətinliklər nümunə göstərilir. Əməlisaleh möminlər hər çətinlik anında böyük sınaqlardan keçirilmiş, ancaq bütün bunlara səbir etmişlər. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #çətinlik https://www.instagram.com/p/Cp-cCmaosIl/?igshid=NGJjMDIxMWI=
0 notes
metbuat · 2 years
Text
Açıqlama
PSJ-nin hücumçusu Neymar hansı futbolçuya qarşı oynamaqda çətinlik çəkdiyini açıqlayıb. Metbuat.org DAZN-a istinadən xəbər verir ki, ulduz forvard “Mançester Siti”nin müdafiəçisi Kayl Uokeri xüsusi qeyd edib: “Karyeramdakı ən çətin rəqib? Kayl Uoker. Çünki o, sürətli, güclü və ağıllıdır” Emin Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
arcieree · 4 months
Text
Bir yanım çox yorğun bir qadın,bir yanım deli dolu kiçik bir qız uşağı.İkisi arasında yaşamağa çətinlik çəkirəm.birinə sus deyirəm birinə dayan.nə yorğun qadın susur,nə dəcəl qız uşağı dayanir.
20 notes · View notes
rahimovaa · 1 month
Text
Hər birimiz bir yol tutub gedirik. Allah'a getməyən, Allah'a çatdırmayan yol nəyə yarayır? Bəzən nələri daha üstün tutduğumuzun fərqində belə olmuruq. Dünya həyatının kor etdiyi gözümüzü bir maskayla örtərək yaşayırıq. Hardasa bir yerdə açılır gözümüz. Bir yerdə xatırladır Allah sənə özünü, kim olduğunu, sənin bir Rəbb'in olduğunu. Bir az işlərimiz yolunda getməyəndə, hansısa xəstəliklər, itirdiklərimiz bizə xatırladır bu dünyada gözümüzü bəzəyən hər şeyin bizə xeyir bəxş etmədiyini. İnsan doğru yolu tapmaqda belə bəzən o qədər çarəsiz olar ki, çarənin Allah olduğunu anlasın deyə. Amma hər kəs anlamaz bunu. Ömür yolumuz enişli-yoxuşludur, gedəcək yerimiz tək Allah'ın qapısı və gözləyəcəyimiz tək ünvan Allah'ın qapısı olmalıdır. Əksi insan üçün bir uçurum, bir fəlakətdir sadəcə. İnsan öz yanlışını görməyən, görməkdə çətinlik çəkən bir varlıqdır. Hətta bəzən yolun doğru olmadığını bilə-bilə o yoldan çəkilə biləcək, doğru yolu göstərəcək bir işıq axtarar. Bəs doğru yerdə axtarırıqmı o işığı? Allah'dan başqa insana heç bir doğru yol yoxdur. Ən gözəl yol, xeyirlisi deyə çıxdığın yoldur. Və ən gözəl son, səni Allah'a tərəf götürəndir.
11 notes · View notes
rftdamir · 1 year
Text
Düşüncələrim hislərimi ifadə etməkdə çətinlik çəkir...
59 notes · View notes
sabiihva · 2 months
Text
Mənim saçlarım ağardı, sən yuxuya getməkdə belə çətinlik çəkməmisəndir...
11 notes · View notes
xancann · 4 months
Text
Bəzən anlamaqda çətinlik çəkən birilərinə bir şeyi daha fərqli yollarla izah etməyə çalışaraq xəstələndiyimi hiss edirəm, eyni zamanda da heç kimə açıqlama və yaxud da izah verməyib öz küncümə çəkilib sağalaraq da düzəldiyimi.
50 notes · View notes