Tumgik
elnur · 1 year
Photo
Tumblr media
Bu gün bizim evliliyimizin 7 ili tamam olur. ❤ Olduqca maraqlı, həyəcanlı 7 il:) Bu 7 ildə müxtəlif sınaqlardan, çətinliklərdən keçdik, uğurlar qazandıq, inkişaf etdik. Ölkələr gəzdik, okean və dənizlərdə üzdük. Biri oğlan, biri qız olmaqla iki övladımızın olduğu sevgi piramidası inşa etdik. Yeddi il öncə fərqli hədəflərimiz vardı, əksəriyyətinə Allaha çox şükür çatdıq, növbəti 7 il üçün də daha fərqli hədəflərimiz var. İnşallah, o hədəflərə də çatmaq bizə nəsib olar. Allah bizi və bütün ailələri daima məsud etsin, möhkəmləndirsin, kök atan, qol-budaq olan ailələrdən etsin. #evlilikildönümü #ailəgözəldir #dünyanısevgixilasedəcək https://www.instagram.com/p/CqUxaQiDuKh/?igshid=NGJjMDIxMWI=
1 note · View note
elnur · 1 year
Photo
Tumblr media
İlk sahur. Bu gün müqəddəs Ramazan ayı başlayır. Dostluğumdakı hər bir müsəlmanı bu ay münasibətiylə təbrik edirəm. Tutacağınız orucların, edəcəyiniz ibadət və duaların Allah dərgahında qəbul olmasını arzu edirəm. Ümid edirəm ki, bu ayı doğru şəkildə dəyərləndirmək hər bir müsəlmana nəsib olar, bu ay, dünyaya sülh və rifah gətirər. Şəxsi ambissiyaları bir kənara qoyaraq, dünya üçün deyil, axirət üçün çalışaraq, uhrəviliyi artıraraq, imanımızı qüvvətləndirərək bu aya layiq şəkildə yaşayaraq, dolu-dolu, ruhani atmosferdə ibadətlərimizi əda etməyi cənabı Allahdan niyaz edirəm. Ramazan ayınız mübarək! https://www.instagram.com/p/CqHjMnGjqix/?igshid=NGJjMDIxMWI=
1 note · View note
elnur · 1 year
Photo
Tumblr media
Soyuğa, şaxtaya dözümlü ağac olun, hər bahar budaqlarınız çiçək açsın, yayın istisində ətrafınıza kölgə salın, meyvə verib, bar verib başınızı aşağı salın. Ailə olun, yuva olun, ocaq olun, Novruz tonqalı kimi, soyuqdan üşüyənlər ətrafınıza yığışsın. Ruzi, paylaşdıqca, bərəkət, hərəkət etdikcə çoxalır. Dua, əməl onu tamamlayanda həyata keçir. Hava, od, su, torpaq kimi olun. Hava kimi səbrli, əzmli və geniş, od kimi isti və işıqlı, su kimi təmiz və şəffaf, torpaq kimi zəngin və böyük olun. Əkilən toxumlar səməni kimi cücərdiyi kimi, siz də çəkdiyiniz zəhmətin, əziyyətin bəhrəsini görəsiniz! Novruz Bayramınız Mübarək! (à Baku, Azerbaijan) https://www.instagram.com/p/CqAfThnD-c7/?igshid=NGJjMDIxMWI=
1 note · View note
elnur · 1 year
Photo
Tumblr media
Bütün xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətiylə təbrik edirəm. Qadınsız həyat, bu qədər cəlbedici və gözəl ola bilməzdi. Bir ana, bir bacı, bir həyat yoldaşı yaxud övlad kimi, qadının bizim həyatımızdakı rolu əvəzsizdir. Yaxşı ki, varsınız, varımızsınız! Əziz xanımlar! Hər birinizi 8 mart münasibətiylə təbrik edir, hər birinizə can sağlığı, iş-təhsil həyatında uğurlar və o cümlədən əsl ailə xoşbəxtliyi arzulayıram. Siz bizim başımızın tacısınız və həm ana kimi, bacı kimi, həyat yoldaşı və qız övladı kimi bizim üçün əvəzedilməzsiniz. Sizin bizim həyatımızdakı və inkişafımızdakı rolunuz danılmazdır, siz həqiqətən də böyük qüvvəsiniz. Bundan sonra da sizin bizim üzərimizdəki əməyiniz, bizim üçün daima qiymətli olacaqdır. Bir daha bayramınız mübarək! https://www.instagram.com/p/CpitMWajduQ/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
With Steven Del Duca, Mayor of Vaughan (à Vaughan, Ontario) https://www.instagram.com/p/Co7vgYBub-1/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Bu dəfə yolumuz Kanadayadır. Necə deyərlər, həm ziyarət, həm ticarət;) Bir başa reysdir, uçuş təxminən 9 saat çəkəcək. (à International Airport of Paris-Roissy CDG) https://www.instagram.com/p/CouGG1tjW_c/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Neçə gündür, dünya, uçan naməlum obyektdən (UNO) danışır. Bunu hələ görməyiblər;)) https://www.instagram.com/p/Cot6-sDjXN0/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Türkiyədən qayıdan Fransa xilasedicilərini, Parisdə türk diaspor təşkilatlarının rəsmiləri və üzvləri qarşıladı və təşəkkürlərini ifadə etdilər. Qardaş Türkiyənin bu çətin günündə, Fransa xilasedicilərinin aktiv iştirakı, hər iki ölkə arasındakı əlaqələrin yeni inkişafına böyük töfhə verdi. Arzumuz, Fransa 🇫🇷 - Türkiyə 🇹🇷 əlaqələrinin daimi inkişafı və qalıcı dostluğun formalaşmasıdır. Xatırladım ki, Fransa, Azərbaycan və İsraildən sonra, Türkiyəyə ən çox xilasedici göndərən 3–cü ölkə idi. Təşəkkürlər Azərbaycan! Təşəkkürlər İsrail! Təşəkkürlər Fransa! (à International Airport of Paris-Roissy CDG) https://www.instagram.com/p/Cot6ZD8DjnH/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
"GEDİNCƏ, SİZİ ALLAHA ŞİKAYƏT EDƏCƏM!" 2014-cz ildə, Suriyanı qan gölünə çevirən ağır bombardımanların birində ağır yaralanan, 3-4 yaşlarındakı bir qız uşağının ağzından çıxan son cümlələr, son hıçqırıqlar idi bu cümlə... Bu sözün ağırlığından bütün dünya durmuşdu... Kiçik bədəniylə, bəlkə də dünyanın ən böyük cümləsini qurmuşdu o körpə qız. Hər dəfə dünyada, hansısa faciə baş verəndə o körpənin çarəsiz hönkürtü və nalə ilə dediyi sözlərini xatırlayıram: Sizi Allaha şikayət edəcəm! Bu cümlədəki iztırabı, iniltini, hayqırtını hiss etməmək mümkün deyil. Ola bilsin ki, ürəklərimiz pas bağlayıb, yeyib-içdiyimiz süfrələr dünyaya aşinalığımızı artırıb, hər gün yatdığımız isti və geniş yataqlar bizi qəflət yuxusuna aparıb və bizə yaxın tarixdə yaşadıqlarımızı unutdurub.... Yaxud, suriyalı daha bir 3 yaşlı körpənin, Aylan Kurdinin sahilə vuran cansız bədənini nə tez unutduq?!.... Mənə elə gəlir ki, bütün dünyanı, Suriyada günahsız şəkildə ölən minlərlə uşağın və insanın ahı tutub. Allah özü bizə rəhm eyləsin. https://www.instagram.com/p/Con2eWRDZZU/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Anadolu Ajansının yayınladığı statistikaya görə, Türkiyəyə ən çox xilasedicini Azərbaycan göndərib. 2-ci yerdə İsrail, 3-cü yerdə Fransadır. https://www.instagram.com/p/CociX8qjtHS/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Əmim, şair Çərkəz Məcid. Əsl ziyalı, müəllim və ən əsası milli təəssübkeş idi. SSRİ-nin çöküşünü görsə də, müstəqil Azərbaycanda yaşamaq, ona qismət olmadı. Allah rəhmət eləsin. *** Sənə gülməli görünən Mənə yaman dərd olub. Çünki çoxlarının ayağı çarıqdan çıxıb ayaqqabına girəndən sonra yamanca namərd olub. (à Baku, Azerbaijan) https://www.instagram.com/p/CnxwPkKDrhn/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Aujourd'hui, nous marquons les événements tragiques qui se sont produits il y a trente ans, commençant tard dans la nuit le 19 janvier 1990, après la démolition de la station de télévision centrale et l'arrêt des lignes téléphoniques et radio par les forces spéciales soviétiques, 26 000 soldats soviétiques sont entrés à Bakou sur ordre du Kremlin. Cette tentative finalement ratée de sauver le régime communiste et de mettre fin à l'indépendance de l'Azerbaïdjan, a fait environ 800 blessés et, selon les décomptes officiels, la mort d'au moins 147 civils azerbaïdjanais. ——- Mikhail Gorbatchev - un meurtrier de 147 personnes innocentes. L'agression soviétique contre l'Azerbaïdjan pendant 70 ans s'est terminée par la tragédie sanglante du 20 janvier 1990. Ce jour-là, les habitants de Bakou sont descendus dans la rue pour protester contre les actions agressives de l'Arménie, fortement soutenues et protégées par le gouvernement de l'ex-URSS, soulevait des revendications territoriales sans fondement contre l'Azerbaïdjan. Plus tard dans la nuit, le président de l'ex-URSS Mikhaïl Gorbatchev a ordonné à 26 000 forces spéciales soviétiques d'entrer à Bakou pour commettre des actes de férocité contre le peuple azerbaïdjanais. L'invasion de la paisible capitale a été lancée à minuit et 147 personnes innocentes ont été brutalement assassinées sans pitié pour les enfants, les femmes et les personnes âgées. La même année, le 15 octobre 1990, le président de l'ex-URSS Mikhaïl Gorbatchev a reçu le prix Nobel de la paix. #blackjanuarybaku #gorbachev #nobelprize #20january (à Azadlıq Meydanı) https://www.instagram.com/p/Cnnc7GgDP8f/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Пусть уходит старый год, Унося с собой несчастья, А новый больше принесет Здоровья, Радости и Счастья! https://www.instagram.com/p/Cm2jlVkDzt5/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətiylə, dünyanın dörd bir yanında yaşayan bütün həmvətənlərimizi, cənublu-şimallı hər bir azərbaycanlını təbrik edirəm. 🪢 🎅🏻💫 Qarşıdan gələn yeni ildə daha çox xoşbəxtlik, işlərinizdə bol müvəfəqiyyət, həyatınızda rifah, sağlamlıq və xoş güzəran arzulayıram.✌️ Arzu edirəm ki, 2023-cü ildə də ölkəmizdə daima hüzur, sabitlik və inkişaf bərqərar olsun, ölkəmizi daxili və xarici fitnə və təxribatlardan qorumaq üçün millət olaraq, DƏMİR YUMRUQ kimi daha çox həmrəy olaq.👊 Qarabağ döyünən ürəyimiz, Zəngəzur bütöv Azərbaycana körpümüz, Təbriz mənliyimizdir. Unutmayaq ki, harada yaşamağınızdan asılı olmayaraq vətən əsla uzaqda deyil, o bizim qəlbimizdədir. ❤️ Hara getsək də, harada yaşasaq da bizimlədir, içimizdədir. Vətən bizik, vətən hər bir azərbaycanlıdır. Bir daha, sizə sevgi dolu, vətən dolu bir il arzulayıram.🥰 Yeni İliniz Mübarək!🌟✨ #vətənuzaqdadeyil https://www.instagram.com/p/Cm10SGzjySi/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Hanukkah Sameach! Happy Hanukkah 🕎 to my Jewish friends! Blessings be with you this Festival of Lights! https://www.instagram.com/p/CmT--yJDwHi/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
La différence! #supportukraine (à Paris, France) https://www.instagram.com/p/CmNPW0qjfsM/?igshid=NGJjMDIxMWI=
0 notes
elnur · 1 year
Photo
Tumblr media
La diversité des couleurs et des origines au sein de l’équipe française est à l’image de cette France riche de sa diversité, généreuse de ses valeurs de fraternité, d’égalité et de liberté. (à Paris, France) https://www.instagram.com/p/CmL8CfpjWGm/?igshid=NGJjMDIxMWI=
0 notes