Tumgik
#təqva
Photo
Tumblr media
I Muminun surəsi, 61-ci ayə. “Onlar, xeyirlərdə yarışırlar.” Xeyirlərdə yarışmaq demək, var gücü ilə hər kəs ən yaxşısını əldə etməyə çalışacaq. “Və onlar buna görə önə keçirlər.” Deməli, bir yarış, təqva yarışı var dünyada, inşaAllah. “Heç kimsəyə” Allah bir sirr verir; “güc çatdıracağından çoxunu yükləmərik.” Allahın heyrət ediləcək bir möcüzəsidir. Heç kimə güc çatdıracağından çoxunu Allah yükləmir. “Əlimizdə haqqı söyləyən bir kitab vardır.” Allah sadəcə Quran oxuyun deyir əslində. “Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.” Məsələn mən Quran ayələrini izah edirəm, zombilər atalarından qalma batil “din”lərinə geri dönürlər. Xurafatçılar, məzhəbcilər əslində Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Onlar saatlarla xurafat izah edirlər, cahillərdə xurafatları ağzı açıq dinləyirlər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan” deyir. Bunun da əbcədi yenə mehdiyyətin dövrünü verir. “Əgər haqq, onların həva (istək və ehtiras)larına uyğun olsaydı” yəni Quran xaricində bir vəziyyət olsaydı, “heç şübhəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) pozulardı.” Elə indiki dövrdə göylər; ozon təbəqəsi pozuldu. Göylər, yer üzü pozuldu, torpaqlar quraqlaşdı, eroziya başladı. “Bunların içində olan hər kəs (və hər şey) pozuldu.” İnsanlar pozuldu, heyvanlar pozuldu, mühit pozuldu. “Xeyr, Biz onların öz şan və şərəf (zikr)lərini gətirmiş olarıq, lakin onlar öz zikrlərindən üz çevirirlər” deyir. Allah Qurandan üz çevirirlər, deyir. Allah dəccaliyyət dövrünü izah edir. “Yoxsa sən onlardan muzd istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir.” İslam təbliğindən pul qazanmaq haramdır, bunu edən münafiqlərdir. Din ilə bağlı qazanılan pulların hamısı haramdır. İstər molla olsun, istər efirə çıxan bir hoca olsun. İslamda nəzir qutusu da yoxdur. Zəkat birbaşa ehtiyacı olana verilər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan.” Mehdiyyətin yoluna, Haqqın yoluna, Quranın yoluna, inşaAllah. “Ancaq axirətə inanmayanlar, şübhəsiz, yoldan azanlardır” deyir Allah. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #zəkat #nəzir #təqva #dinipaylasimlar #hədis #Allah https://www.instagram.com/p/CdVvzjTMK0c/?igshid=NGJjMDIxMWI=
2 notes · View notes
mahmudtofiq · 1 month
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
7.26: Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır.
20.132: (Gözəl) aqibət təqva sahiblərinindir!
Tumblr media
5 notes · View notes
bakiyayagdiyagislar · 2 years
Text
XXI Əsrin başlanğıcını qısaca belə xülasələndirmək olar ki, insanlar elmi texnoloji nailiyyətlərin yüksəlişi ilə yeni eranın quldarlıq dövrünə qədəm qoydular. Texnoloji vasitələrə daha çox yiyələndikcə üstümüzdə "Tək Göz nəzarətini /👁️\" hər gün daha çox yəqinliklə hiss etdirməyə və simvolik olaraq da təbliğ etməyə çalışırlar. Məhz bu zaman və digər zamanlar üçün dövrün ən ağıllı insanı zəmanəyə təqva və bəsirəti olan şəxs kimi seçkin halda Əimmə (ə) tərəfindən xüsusi qiymətləndirilib. Yəni onlar bu fəsadlarda həmişə tufan zamanı möhkəm qalalarda qorunmuş şəxslər kimidirlər..
2 notes · View notes
lazimsiz · 6 months
Text
19 oktyabr, 2023.
|04:50|
İnsan deyirəm, sayılı günlərdən ibarət bir varlıq.. Bu səbəbdəndirmi zamandan aman umması?, ən qaranlıq gecələrdə belə gələcəyin xəyali işığına sığınması?.. Bilmirəm, fəqət anlayıram ki, özündə olmayanı başqasında görəndə dözümü azalır insanın. Bəlkə də sinəsinə ağırlıq edən kədərə, acı xatirələrə bir don geyindirib heçnə olmamışcasına həyatına davam edə bilərdi amma insanlar.. hər şəraitdə varlıqları ilə alt üst etmək gücündədirlər..
Bilirsən, emosiyalarımı təsvir etmək üçün cümlələr tapa, nizamla düzə bilmirəm, bacarmıram. O qədər qarmaqarışığam ki. Hər günüm bir ruhi dəyişiklik ilə keçir. Bəzən elə incik oluram ki hər şeyə. Amma isyan etmirəm. Balaca uşaqlar kimi küsürəm, xısın-xısın ağlayıram bir küncdə. Və bunu kimsə bilmir, çünki mən hələ də ağlamağı özümə sığışdıra bilmirəm.
Gəl biraz da yaşananlardan sonra olan cüzi dəyişikliklərdən yazım. Gələn ay magistr kursuna başlayıram. Bu aralar bu səbəbdən biraz daha emosionalam. İmtahan fevral ayındadır. Hə, FEVRAL... mənim üçün o qədər kədərlidir ki, keçən ilin fevralında hansı ümidlər, niyyət və başlanğıclar ilə başlamışdım məgərsə. Bu il də sanki tarix təkrarlanır, bənzər imtahan təlaşları, online Kurs, gələcək təlaşları fəqət bu səfər bir fərqlə, O'nsuz... İndi mən tamamilə tənhayam, onsuz onunla olanda da bunun kimi bir şey idim fəqət onun varlığı, söykənəcəyim divarın varlığı mənə ümid verirdi. Xülasə, xeyirlisi hər halda Allaha şükürlər olsun..
Tanrının mənim üçün qurduğu plana təslim oluram və həyatımın tez bir zamanda rahatlıq və asanlıqla müsbətə doğru dəyişməsinə, həyatıma gözəl şeylər və möcüzələrin bir anda girməsinə, məni həqiqətən də sevən, dəyər verən, hər şəraitdə yanımda, arxamda olan, ziyalı, yaraşıqlı, ağıl, savad, ədəb, təqva və iman sahibi maddi və mənəvi cəhətdən imkanlı, mənə sevməyi, aşiq olmağı öyrədən, heç vaxt əlimi buraxmayıb birlikdə Allaha çatacağımız bir insan ilə tezliklə və rahatlıqla tanış olub münasibətimizi ciddiləşdirməyə niyyət edirəm.
Allah qəbul eləsin, Sənə güvənirəm Allahım!
0 notes
dusuneninsan · 1 year
Text
Saleh müsəlman olmağın ən mühüm şərtlərindən biri səmimiyyətdir. Təqva sahibi mömin olmaq üçün ərəbcə bilmək və ya bilməmək mühüm deyil, Allahı çox sevmək, Allahdan çox qorxmaq, Allahın razılığının ən çoxunu axtarmağı məqsədə çevirmək önəmlidir. Hər ərəbcə bilənin yaxşı müsəlman olduğu və ya ərəbcə bilməyənin də təqvalı müsəlman olmadığı kimi anlayışdan da söhbət gedə bilməz. Dünyada təxminən 280 milyon insan ərəbcə danışır. Bu insanlar ərəb dilinin qrammatikasını, cümlə quruluşunu, sözlərin tələffüzünü çox yaxşı bilirlər. Amma bu insanların böyük əksəriyyəti bəzən ateist olur, materializmi müdafiə edir və ya kommunizm, faşizm kimi din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyirlər. İraqda, Misirdə, Liviyada, Suriyada, Əlcəzairdə, Mərakeşdə, Tunisdə müsəlmanları təzyiqlərə məruz qoyan, çox sayda müsəlmanın həbsxanalarda pis şəraitlərdə saxlanılmasına, öldürülməsinə səbəb olanlar da çox yaxşı ərəbcə bilirlər.
Bir çox ərəbcə təhsil verən universitetlərin fəlsəfə fakültələrində öz bəsit məntiqləri ilə İslamı, Quranı, Peyğəmbərimizi (s.ə.v.) tənqid edən (İslamı, Quranı və Peyğəmbərimizi (s.ə.v.) tənzih edirik) dərslər keçirilir. Dünyanın bir çox ölkəsində və universitetlərində ərəb dili və ədəbiyyatı fakültələri var, bu fakültələrdən minlərlə insan məzun olur. Amma bu insanların əksəriyyəti bəzən materialist, kommunist, hətta dinsiz olurlar. Ərəbcə çox yaxşı bilən, amma Peyğəmbərimizi (s.ə.v.) öz cahil məntiqləri ilə təhqir etməyə cürət edən (Peyğəmbərimizi (s.ə.v.) tənzih edirik) insanların sayı olduqca çoxdur. Ərəbcə çox yaxşı və düzgün oxuyan insanlar da var. “Fatihə” surəsini çox düzgün tələffüz edərək oxuyan masonlar, kommunistlər, faşistlər də var. Elə bu səbəblərə görə, “ərəbcə bilən yaxşı müsəlmandır” məntiqi yanlışdır.
instagram
0 notes
melikeagha · 4 years
Text
Təqva sözü ərəb dilindən tərcümə edildiyi zaman 'pəhriz', 'pəhriz saxlamaq' mənasını verir. Çox zaman bu ruhun cismani pəhrizi olaraq da tərcümə olunur. İnsan özü, cismani bir varlıq olduğu müddət ərzində maddiyatdan tamamilə təcrid oluna bilməz. Bu mümkün deyil. Buna görə də, Təqva mövzusu bu işi öz öhdəsinə götürərək, ruha maddiyatdan qismən hifz olunmağı öyrədir. Maidə 27 - 'Allah edilən xeyri yalnız təqvalılardan qəbul edir.' Bəs təqvalı nə deməkdir? Təqvalı insan qəti surətdə zərrə qədər də olsun maddi mənfəət güdməyən insana deyilir. Yalnız Allaha xatir xeyir əməl ilə məşğul olan. Bəs Allaha xatir olan niyə? Çünki biz bir gün öz cismimizi tərk edib, axirət məqamına yetişəndə, bizi ilk tanıyan Yaradanımız olacaqdır. Çox qəribədir, bəs valideynlərimiz? Dostlarımız? Bizi sevən digər insanlar? Cavab isə belədir, axirət məqamında var olan bütün insanlar öz cismindən təcrid olunacaq. Ruh deyilən möhvum budur. Əgər birini cismani, maddi olaraq sevsəniz, onun mənəvi dünyasından zərrə qədər də olsun xəbər tutmasanız, təbii ki onu axirət məqamında tanıya bilməyəcəksiniz. Hətta valideyni və ya övladı belə olsanız. Allah ədalətlidir, axirət məqamında kimsə fiziki qüsurlu olmayacaq. Sadəcə təqvasız olanların tonlarla mənəvi qüsuru olacaq. Dünya həyatının həqiqi bir imtahan olduğunu anlayacaqlar, Yaradan üçün deyil, özləri üçün. Əslində o danışılan cəhənnəmi, yanan alovu, öz anasını, atasını tanımayanda anlayacaq insan. Özünü belə tanımayanda anlayacaq. Hal-hazırda bunu təsəvvür etmək bizim üçün olduqca çətindir, anlayıram, çünki bunu düşünmək heç ağlımıza belə gəlmirdi. Mürtəza Mütəhhəri deyir - "Təqva - qorunmaqdır, məhdudiyyət deyildir, maneələrin zindanıdır. Ancaq pənahgah xətərlərə mane olur və zindan isə nemətlərdən bəhrələnməyə mane olur". İmam Sadiq isə - " Zərər verməsindən qorxduğun hər şeydən nəfsi qorumaqdır Təqva" - deyə öz fikirini bildirib bu mövzuya. Valideynləri, dostları filan, hər kəsi bir kənara qoyaq. Bir gün cismimizi tərk edəndə, bəs biz özümüzü hansı mənəvi xüsusiyyətimizdən tanıya biləcəyik? Dünyada olduqca çətin olan bir möhvum var, o da, bəşər adlı dəridən düzgün istifadə etməyi öyrənmək.
10 notes · View notes
shukurn · 4 years
Text
❃.✮:▹ yuva yatan quşları qoruyan kimi,
sükut da qoruyar sənin səsini ◃:✮.❃
10 notes · View notes
Photo
Tumblr media
I Quran əxlaqından uzaq yaşayan cəmiyyətdə insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün bütün həyatı boyu səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri qiymətli edən şey cəmiyyətin bu yöndəki fikirləridir. Quran əxlaqını yaşamayan insanlar həyatını cəmiyyətin qoyduğu ölçülərə görə istiqamətləndirirlər. Bu ölçülər insanların öz ağıllarına görə düşündükləri mənfəətlərdən ibarətdir. İnsanların öz qoyduqları qaydalara uymanın yanlış olmasını Allah Quran ayəsində belə bildirir: Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?! (Maidə surəsi, 50) Cahiliyyə inanclarına görə əsas məsələlərdən biri üstünlük anlayışıdır. Yalnız dünya həyatı üçün yaşayan insanlara görə üstünlük və imtiyaz qazandıran xüsusiyyətlər çox məhduddur. Kiminsə var-dövlət sahibi, etibarlı olması, müəyyən karyeraya sahib, şöhrətli, fiziki baxımdan daha cəlbedici olması bu düşüncədə olan insanlar üçün böyük əhəmiyyət daşıyır. Onlara görə bütün bunlar bir insanın bütün həyatı boyu əldə edə biləcəyi ən üstün xüsusiyyətlərdir. Əgər özləri bu insanlarda olan xüsusiyyətlərə sahib deyillərsə, onlara böyük hörmət edər və onlarla müqayisə etdiklərində özlərini daha dəyərsiz hesab edərlər. Bu dəyərlər baxımından gündəlik qarşılaşdıqları detallara da böyük əhəmiyyət verir və insanları bu ölçülərə görə qiymətləndirirlər. Məsələn, kiminsə yaşadığı yerin adresi, istifadə etdiyi avtomobilin köhnə və ya son model olması, atasının hansı işdə işləməsi, özünün hansı məktəbdə oxuması, peşəsi, geyim tərzi, qohumlarının mövqeyi bu insanlar üçün çox əhəmiyyətlidir. Yoldaş olacaqları, birlikdə vaxt keçirəcəkləri, evlənəcəkləri insanları seçərkən bu xüsusiyyətləri əvvəlcədən araşdırar və seçimlərini ona görə edərlər. Dünyanın bir çox ölkəsində bəzi insanlar digərlərinə dərisinin rəngi, danışdığı dil, mənsub olduğu millətə görə dəyər verir. Bu üstünlük meyarları bəzi cəmiyyətlərdə bir az fərqlənsə də, demək olar ki, eyni ölçüdədir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #təqva #teqva #takva #üstünlük https://www.instagram.com/p/CljO2qXsCPJ/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir. Əsl din əxlaqı Allahın əmrlərini əksiksiz yerinə yetirməklə yaşanılır. İnsanların bəziləri isə bu əxlaqı yaşamaqdan çox çəkinirlər. Allahın hökmlərinə tamamilə təslim olmaq istəmir, öz nəfslərinin də qane olacağı bir din modeli yaratmağa çalışırlar. Bunun üçün, bəzi qaydalar, prinsiplər yaradır və dinin də bu prinsiplərlə uyğunlaşmalı olduğunu düşünürlər. Öz qayda və məntiqləri ilə uyğunlaşdığı müddət ərzində din əxlaqını yaşamağı qəbul edirlər. Halbuki, bu çox böyük bir aldanmadır. Çünki əsl din əxlaqı insanların dediyi kimi deyil, Allahın bildirdiyi kimi yaşanılan əxlaqdır. Allah Quranda yanlış məntiqlərinə görə hərəkət edən və Allahın bildirdiyi kimi yaşamayan insanların aldanmalarını bu şəkildə xəbər verir: Sizə nə olub, necə hökm verirsiniz?! Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?! Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdır (yazılıb)?! Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?! Onlardan kimin buna zamin duracağını soruş. (Qələm surəsi, 36-40) Allahın bildirdiyi kimi deyil, insanların dediyi kimi yaşayan bu insanların bir çox yanlış və azğın nəticələrə gəlmələrinə səbəb olur. Nümunə olaraq, Peyğəmbərimizin dövründə yaşayan münafiqlər bu cür nəticələrə gələrək fitnə yaratmağa çalışmış, möminləri haqq yoldan uzaqlaşdırmağa çalışmışlar. Allah münafiq və müşrik əxlaqlı insanların bu çirkin xüsusiyyətlərini belə bildirmişdir: Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir! (Fəth surəsi, 6) (Ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #dua https://www.instagram.com/p/ChMUFGQML0L/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hər gün yüz minlərlə insan bu dünyaya gözlərini açır. Möhtəşəm yaradılışın nəticəsi olaraq bu insanlar gözlər, əllər, qulaqlar, ürək, beyin, bir sözlə, bütün orqanlarla yeni həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı anasının bətnində böyüdür, bədəni sinir hüceyrələri və damarlarla örtülür, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaş-yavaş formalaşır, sümüklər möhtəşəm bir nizamla bədəndə yerləşdirilir. Allah doqquz ay boyu bu cür yüz minlərlə lazımi şəraiti bir araya gətirərək böyük diqqətlə yaratdığı insandan sadəcə tək bir şey gözləyir: Səmimiyyət... Çünki səmimiyyət sanki hər qapını aça bilən olduqca güclü bir açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, qəlbi sadəcə Allah eşqi ilə yandıqda Allah qatında dəyər qazanır. Səmimi olan mömin həyatını Allah üçün yaşayır və Allah üçün son nəfəsini verir. Qısa olan dünya həyatı onun üçün sadəcə bir keçid yeridir. O, əsl yurdu olan axirəti bir an belə unutmaz, dünyaya qapılaraq vaxtını keçirməz. De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür”. (Ənam surəsi, 162) Səmimi olan bəndənin qəlbi həmişə Allah ilə birlikdədir. Səhər gözlərini açan kimi Allah ağlına gəlir. Gün ərzində verilən bütün nemətlər sadəcə Allahın izni ilədir. Mömin Allahın lütfünə daim möhtac olduğunu bilir və şükür edərək bunu göstərir. Amma Allah möminlərə ən gözəl şükür vəsiləsi olan üç vaxt namazı fərz olan ibadət olaraq Quranda bildirmişdir: Həqiqətən, iman gətirib xeyirli işlər görən, namazı qılan və zəkatı verən kimsələr üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 277) Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 31) Ey iman gətirənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 153) (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #bərəkət #təsbihat #dua https://www.instagram.com/p/ChKkJ10MT7F/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Quranda “Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!” (Tur surəsi, 28) ayəsi ilə bildirildiyi kimi, Allah insana bütün həyatı boyunca saysız yaxşılıqlar edən, bənzərsiz gözəlliklər bəxş edəndir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər, nemətlər Rəbbimizin sonsuz ağlının təcəllilərindəndir. (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 34) Həqiqətən də ayədə bildirildiyi kimi, yaşadığımız hər an uca Allahın saya bilmədiyimiz qədər çox neməti ilə qarşılaşırıq. Bu nemətlərə qarşılıq olaraq Allah bizdən Ona şükür etməyimizi istəyir. Allah sonsuz rəhmət sahibidir və insanları unutduqlarına və yanıldıqlarına görə hesaba çəkmir. İnsanlara səbri və təvəkkülü öyrədərək üzərindəki yükü qaldırır. Bütün bunlar Rəbbimizin isimlərinin təcəllilərindəndir. Allah, mülayim mənasını verən Həlim ismi ilə bağlı olaraq ayədə bu şəkildə bildirir. Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41) Dünyada bir çox gözəllik, bir çox nemət var. Bununla yanaşı hər nemətin də yaradılma məqsədi var. Nemətlər insanlar onları nəfslərinin arzuladığı kimi şüursuz və məsuliyyətsiz şəkildə istifadə etsinlər deyə yaradılmamışdır. Allah verdiyi nemətlərlə qullarına qarşı sevgisini, mərhəmətini göstərir. Belə ki, verilməsindəki hikmətlərdən biri, o neməti istifadə edən insanın Allaha yönəlməsidir. İnsanlar mərhəmət edənlərin ən mərhəmətlisi olan Rəbbimizin verdiyi hər nemətdən hesaba çəkiləcəklərini unutmamalıdırlar. Bunu Allah bizə ayədə bu şəkildə bildirir: Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (Təkasur surəsi, 8) (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #israf #nemət #bərəkət #kasıb #yardım https://www.instagram.com/p/ChJphx3swzl/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hz. Məhəmmədin müxtəlif ölkələrin krallarına və bəzi əyalətlərin valilərinə yazdığı təbliğ məktublarından bəzilərinin əsli dövrümüzə qədər qorunub. Hökmdarların və xalqların ən gözəl və hikmətlə haqq dini yaşamağa dəvət edildiyi bu məktublar Peyğəmbərin üstün əxlaqının, bağışlayıcılığının, anlayışının və təbliğ üslubunun nümunələridir. Uca Allahın Qurani-Kərimdə aləmlərə rəhmət olduğunu bildirdiyi Peyğəmbərimiz ona bu şərəfli vəzifə vəhy edilən andan ölümünə qədər Rəbbimizin dinini təbliğ edib. Hz. Məhəmmədin təbliğ üsullarından ən təsirlisi isə sözsüz ki, hökmdarlara göndərdiyi məktublar olub. Bu məktublardakı hikmət, təsirli və mülayim üslub çox insanın haqq din olan İslamı tanıyıb qəbul etmələrinə vəsilə olub. Şübhəsiz ki, Peyğəmbərimizin təbliğindəki bu hikmətli üslub bütün müsəlmanlar üçün nümunədir. Hz. Məhəmməd göndərdiyi məktublarda dövlətlərin liderlərinə, ən əsas da Uca Allahın tək İlah olduğunu və şəriksiz olduğunu təbliğ edib. Bununla yanaşı, Peyğəmbərimiz məktublarında barışdırıcı, haqqa dəvət edən və Allahın mühafizəsində olduğunu bildirib. Məktub göndərdiyi hər hökmdarı İslama dəvət edən Peyğəmbərimiz əgər müsəlman olsalar və digər cəmiyyətlərə də bunu aşılasalar, Allah Qatında savablarının çox böyük olacağı ilə müjdə verib. Həmçinin, itaət edib təbliği qəbul etsələr, iqtidarlarını qoruyacaqlarını, qəbul etməsələr də, lider olduqları cəmiyyətin məsuliyyətini daşıyacaqlarını və dünyada da iqtidarlarının qalmayacağını vurğulayıb. Mübarək Peyğəmbərimiz xristianlara yazdığı təbliğ məktublarında həmişə Quran ayələrini çatdırıb, Quranda Allahın əmr etdiyi, Kitab əhlinə qarşı göstərməli olduğu münasibəti göstərib. Rəbbimiz Quranda müsəlmanların Kitab əhli ilə aralarındakı münasibəti belə bildirir: De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64) (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #məktub #hzməhəmmədpeyğəmbər #təbliğ https://www.instagram.com/p/ChHyCEDMFK1/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hər gün gözümüzün önündə möhtəşəm gözəllik nümayiş etdirilir. Ucsuz-bucaqsız mavi dəniz, bu dənizi əhatə edən görkəmli dağlar, yüz illər boyunca budaqlarını göyə uzadan ağaclar, par-par parıldayan Günəş, ağappaq buludlarla bəzənmiş mavi səma və hər biri qar dənəsi kimi olan ağappaq qağayılar... Bu görüntüləri hər gün yüzlərlə insan görür, hamısı eyni sahillərdə gəzir, hamısı təmiz dəniz havasını içinə çəkir, dənizin üzərində tonlarla yük daşıyan gəmiləri, qayıqları seyr edir. Dənizə baxdıqda müxtəlif nemətlər gözə dəyərkən, quruya baxdıqda da rəngarəng çiçəklər, bir-birindən gözəl uşaqlar, heyvanlar gözə dəyir. Nəticə etibarilə insan yüzlərlə nemətin bir arada nümayiş etdirildiyi yolun içindən keçir. Baxdığı hər yerdə Allahın sonsuz elmini və sənətini seyr edir. Allah ayələrində kainatdakı qüsursuz yaradılışı belə xəbər verir: Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! (Mülk surəsi, 3) (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər! (Həcc surəsi, 18) Bu bir həqiqətdir ki, küçəyə addımını qoyan hər kəs Allahın yüzlərlə ayəsi ilə, yüzlərlə neməti ilə bir anda qarşılaşır. Hara baxsa Allahın gözəlliyi və bənzərsiz sənəti qarşısındadır. Lakin buradakı önəmli sirr hər kəsin gördüyü görüntüdən imani dərəcəsində ləzzət almasıdır. İmanlı göz Allahın sonsuz sənəti ilə bəzənmiş təbiətə baxdıqda böyük zövq alır. Məsum və gözəl bir uşağın üzünü gördükdə həyəcanlanır. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #nemət https://www.instagram.com/p/ChFySvFsDId/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Gözlə görünməyən kiçik hüceyrə doqquz ay boyunca ana bətnində möhtəşəm yaradılışla ağlı olan, ruhu olan bir insana çevrilir. Bu möhtəşəm yaradılışın hər mərhələsini seyr edən valideynlər böyük həyəcanla körpələrini qucaqlarına alacaqları günü gözləyirlər. Uşaq damarlarından qəlbinə, əllərindən beyninə, əzələlərinə və milyonlarla hüceyrəsinə qədər Allah tərəfindən böyük bir sənətkarlıqla dünyaya gətirilir. Doğuşla birlikdə ana və ata həyatının sonuna kimi göz bəbəkləri kimi baxacaqları övladlarına qovuşur, onu sevgi ilə qucaqlarına alırlar. Allah bir ayəsində bu mərhələni belə təsvir edir: Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz… (Həcc surəsi, 5) Valideynlərin uşağı qucağına aldıqlarında ilk edəcəkləri şey onu Allaha həsr etmək və imanla, Allah sevgisi, Allah qorxusu ilə böyütməkdir. Çünki o uşaq bu dünyada yalnız 60-70 il qalacaq və ölümlə birlikdə sonsuz həyatına gözlərini açacaq. Ona görə o uşağın Allaha imanla, Quranla, Quran əxlaqı ilə böyüdülməsi, beləliklə Rəbbini tanıması, qəlbinin imanla dolması, qəlbinin Allah üçün döyünməsi çox önəmlidir. Hər ailə uşağına daima iman həqiqətlərini izah edərək, Allahın kainatı xüsusi olaraq yaratdığını, bütün qulların Allaha qarşı məsuliyyət daşıdıqlarını öyrədərək böyütməlidir. Uşaq bu şəkildə onu yaradan Rəbbini biləcək və hər zaman yanında olacaq əsl dostunu çox yaxşı tanıyacaqdır. Valideynlər uşaqlarını böyüdərkən həmişə Quranı rəhbər götürməlidirlər. Evdə daima Quran oxunmalı, bu şəkildə ayələrin xatırlanıb həyata keçirilməsi təmin edilməlidir. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #uşaq #usaq https://www.instagram.com/p/ChFaEiqoJBR/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I İnsanlar yüz illərdir ki, uzun və sağlam həyatın sirlərini araşdırırlar. Bunun üçün mütəxəssislər bəzən pəhrizi, bəzən də idmanla məşğul olmağı tövsiyə edirlər. Məhz bu mövzuda mütəxəssislər yeni bir kəşf ediblər: Uzun və sağlam həyatın sirlərini araşdıran Amerikanın nüfuzlu xəbər jurnallarından biri olan “News week”də verilən məlumata görə uzun həyatın ilk açarı bağışlayıcı olmaqdır. İnsanın ruh halı ilə sağlamlığı arasında bir əlaqə olduğunu bildirən həftəlik “News week” jurnalı birini bağışlamamağın orqanizmə verdiyi zərərləri belə açıqlayır: “Kortizol (stress) hormonu səviyyəsi artır. Ürək xəstəlikləri, nevroloji pozuqluq və yaddaş itkisi riski böyüyür.” “News week” jurnalının apardığı araşdırmanın nəticələri insanın psixologiyası ilə sağlamlığının bir-biri ilə nə dərəcədə əlaqəli olduğunu bir daha ortaya qoydu. Harvard universitetinin mütəxəssisləri birini bağışlamağın fiziki bir çox xəstəliklərdən qoruduğunu müəyyən ediblər. Jurnalda bildirilənlərə görə sağlam bir həyat üçün hər şeydən əvvəl “bağışlayıcı” olmaq lazımdır. “News week” jurnalı bağışlamamağın və qisas almaq hissinin insana aid olduğunu qeyd edərək “bu mövzuda 1200 kliniki tədqiqatın mənfi duyğuların insanın həm psixoloji, həm də fiziki sağlamlığına zərər verdiyini göstərir” deyə bildirdi. İnsanın bir hadisəni və ya bir nəfəri bağışlamaması həmin insan üzərində psixoloji təzyiq yaradır. Bu təzyiq də zaman içində ürək təzyiqinin artmasına, ürək xəstəliklərinə səbəb olan hormonal dəyişikliklərə, nevroloji pozuqluğa və yaddaş itkisinə səbəb olur. Aparılan başqa bir araşdırmada bağışlamamaq kimi mənfi hisslər bəsləyən insanlarda “kortizol hormonu”nun səviyyəsinin artdığı ortaya çıxdı. Bu hormonun artması immunitet sistemindəki pozulmalar başda olmaqla şəkər, yüksək təzyiq kimi xəstəliklərə səbəb olur. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #bağışla https://www.instagram.com/p/ChE6HzIMl8f/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hər hansı bir qərar verməzdən əvvəl bizə yol göstərən, doğru yola yönəldən bir səs eşidirik. Səhər oyanıb gözümüzü açdığımız andan etibarən hara getsək, nə iş görsək bizimlə birlikdə hərəkət edir bu səs. Bizdən başqa heç kim eşitmir. Amma o səs bizə ədaləti, gözəl əxlaqı, təvazökar olmağı, düzgünlüyü, səmimiyyəti, qısaca hər şeyin ən doğrusunu bildirir. Bizə yol göstərən və yaxşılığı əmr edən bu daxili səs vicdanımızın səsidir. Ancaq Allah bir Quran ayəsində “Biz ona iki yol göstərmədikmi?” (Bələd surəsi, 10) deyə bildirir. Yaxşılığa yönəldən bir səs olduğu kimi, pisliyə çağıran bir səs də var. İnsanlar bilərək və ya bilməyərək Rəhmanın yoluna, yəni vicdanlarına, yaxud da nəfsin fücuruna, şeytanın yoluna tabe olurlar. Allah insanlara yanlışı, fücuru və ondan qorunmağı ilham etdiyini də Quranda xəbər vermişdir: And olsun nəfsə və onu yaradana (ona biçim verənə), Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə. (Şəms surəsi, 7-8) “Fücur” sözünün mənası “günaha girmək, fasiq olmaq, yalan demək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi” deməkdir. Yəni fücur anlayışı insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Qısaca, vicdanın tam əksidir. Əslində vicdanın səsi Allahın hər insana ilhamıdır, yəni bir növ vəhydir. Bu mənada hər kəs, hətta hər canlı vəhy alır, ancaq əlbəttə ki, bu səsli bir vəhy deyil, Peyğəmbərlərə gələn vəhydən fərqli olaraq qəlbə ilham edilir. Allah Quranda bəzi canlılara da vəhy etdiyini bildirir: Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal). (Nəhl surəsi, 68) Allah vəhy ilə bal arısına necə yuva quracağını, ruzisini harada tapacağını ilham edir, qarışqalar Allahın ilhamı ilə kütləvi şəkildə yaşayır, balalarını necə böyüdəcəklərini bilir və möhtəşəm qarışqa şəhərləri qururlar. Ayədə bildirildiyi kimi, bütün canlılar Allahın vəhyi ilə hərəkət edir, nəyi necə edəcəklərini bilirlər. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #vəhy #ilham https://www.instagram.com/p/ChDSoFsst1Z/?igshid=NGJjMDIxMWI=
0 notes