Tumgik
#qaça qaça
gulchinus · 2 months
Text
Yaxşı olduğumu hər kəsə inandırdım da, bir özümə inandıra bilmədim. Qaça bilmir insan, çıxmaq istədiyi hər yolda özünə rastlayır.
42 notes · View notes
sanctasu · 1 month
Text
Əcəlin də öz vaxtı var
Öldürməklə adam ölmür
Sözün də bir söz vaxtı var
Öl deməklə adam ölmür
Adam ölür dərd çəkəndə
Adam ölür qəm çəkəndə
Adam ölür bir gülüşə
Kirpikləri nəm çəkəndə
Birdən birə adam ölmür
Adam ölür ayrılanda
Adam ölür bir yuxuda
Adam ölür ayılanda
Əkdiyini biçə-biçə
İçə-içə ölür adam
Başın tutub qaça-qaça
Küçə – küçə ölür adam
Səddam Laçın
25 notes · View notes
icantlivedabrat · 3 months
Text
beynimin xatırlamaq istəmədiyi hadisələr o qədər əlaqəsiz anlarda gəlib gözümün önündə durur ki, elə ordaca çöküb ağlamamaq üçün o qədər güc sərf edirəm ki. o balaca qız uşağı susmur, ağlayır elə, qollarını göstərib ağlayır, o sözləri təkrat edib ağlayır, o ağladıqca mən məhv oluram, o mənim içimdədi, qaça bilmərəm ondan. qaça bilsəm belə, o divara sığınıb qıvrılmış uşağa arxamı dönüb gedə bilmərəm, axı elə edilməyin acısını ən yaxşı mən bilirəm. ömrümün sonuna qədər onun üzünü güldürə bilməyəcəm, elə hey ağlayacaq deyə qorxuram
24 notes · View notes
ogunbugundur · 6 months
Text
hər şeyə, hərkəsə qaça bilməzsən, surə. biraz otur dincəl.
36 notes · View notes
nesirov · 8 months
Text
Ətrafımdaki problemlərdən qaçmaq üçün bir sıra metodum var : Gəzinti, musiqi, kitab, yuxu, rəsm, yazmaq və s. Amma daxilimdəki problemlərdən nə qədər istəsəm də qaça bilmirəm. Onlar sanki məni gəzdiyim hər küçənin səkilərində, dinlədiyim hər musiqinin notalarında, oxuduğum hər kitabın sətirlərində və gördüyüm hər yuxunun bir küncündə addım və addım izləyirlər...
49 notes · View notes
minamirza · 9 months
Text
beynim dayanmadan məşğul olsa hisslərimdən qaça bilərəm sanırdım, amma mən bu qədər gurultunun içində belə sənə danışmaq istəyirəm hər şeyi..
22 notes · View notes
anar-abasow · 3 months
Text
Yalnızlığın səssizliyində insanı narahat edən qəribə bir rahatlıq var. Bu dincliyə, səssizliyə qapıldıqda tənhalığın zəhəri bədənini bürüyür və qaça bilməyəcəyin qəfəsdə yaşamağa öyrəşirsən. Yalnızlıq; Öz quyruğunu yeyən ilan kimi sonsuz bir döngüyə çevrilir. Bundan necə xilas olacağıq? bilmirəm...
17 notes · View notes
venusetutuldum · 5 months
Text
"Yenə yaralıdır qanadlar, uça bilmirəm
Sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm."
18 notes · View notes
gulchinus · 6 months
Text
Nə qədər uzağa gedirsənsə get, məsafə hər zaman hər şeyi həll etmir.İnsan özündən qaça bilməz ki.
51 notes · View notes
sanctasu · 4 months
Text
Mənə bir az göy bağışla,
Oralarda uça bilim,
Ayaqlarım yorulanda,
Vücudumdan qaça bilim.
30 notes · View notes
icantlivedabrat · 2 months
Text
dərslərimi etmədim. sözləri də öyrənmədim, hər şey yolundaymış kimi yadıma düşəndə utanacağım bir hərəkət də etdim, mədəm ağrıyır, başım da dönür, neçə vaxtı üstümdə qəribə bi ağırlıq var, ağlasam keçəcək, amma onu da ertələyəriəm, üz baxımı üçün lazım olan büdcəni neçə aydı toplaya bilmirəm, planladığım şeyləri də etmirəm, indi də hər şey yolundaymış kimi yatmağa gedəcəm, səhər də dura bilmiyəcəm, 2 həftədən çoxdu yumağa paltar da verə bilmirəm, səhər də yəqinki yatıb qalacam, 9a dərs saldıqları üçün də söyüb batıracam hamsını, sonra qaça-qaça dərsə gedəcəm, məllimə dəftəri daha gec vermək üçün bəhanə axtaracam, bir tərəfdən də özümü danlayacam vaxtında tapşırığı etmədim deyə, hələ tam oyanmamış qrupdakıların səslərinə, hərəkətlərinə səbr də etməliyəm, telefonumun yaddaşı dolub, adaptrım da qırılır deyəsən, bütün dərslərdə yuxulayacam, ama axşam olanda da yenə gec yatacam
13 notes · View notes
aydaanca · 1 year
Text
Çağıranda qaça-qaça getdiyim insanlar, fəryadlarıma səssiz qaldığından bəri dəyişməyə başladım..
43 notes · View notes
starkmrjavad · 3 months
Text
Biz kimik? Hələ də şəxsiyyətini axtaran, tapdığı zaman özü-özünə nifrət edən, amma özündən qaça bilmədiyi üçün başqalarına da nifrət edib eqosuna sığınmış insanlar?
14 notes · View notes
fakhriia · 11 months
Text
qismətində bir şey varsa ondan qaça bilməyəcəyinə inanıram. duyğuların bəzən zehindən də güclü ola biləcəyinə inanıram. bir də sözlərdən daha anlamlı olan səssizliyə inanıram.
28 notes · View notes
zhr-vn · 11 months
Text
Hisslərinizdən uzağa qaça bilmədiyiniz müddətcə "getmək" getməkdən sayılmır. Ayrıldıqdan sonra belə xatirələrə hörmət etmədikcə, "sevmək" də sevməkdən sayılmır heç. Və sən sevməyi bilmədin ,mən isə getməyi.
24 notes · View notes