Tumgik
#ixlas
Photo
Tumblr media
I Muminun surəsi, 61-ci ayə. “Onlar, xeyirlərdə yarışırlar.” Xeyirlərdə yarışmaq demək, var gücü ilə hər kəs ən yaxşısını əldə etməyə çalışacaq. “Və onlar buna görə önə keçirlər.” Deməli, bir yarış, təqva yarışı var dünyada, inşaAllah. “Heç kimsəyə” Allah bir sirr verir; “güc çatdıracağından çoxunu yükləmərik.” Allahın heyrət ediləcək bir möcüzəsidir. Heç kimə güc çatdıracağından çoxunu Allah yükləmir. “Əlimizdə haqqı söyləyən bir kitab vardır.” Allah sadəcə Quran oxuyun deyir əslində. “Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.” Məsələn mən Quran ayələrini izah edirəm, zombilər atalarından qalma batil “din”lərinə geri dönürlər. Xurafatçılar, məzhəbcilər əslində Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Onlar saatlarla xurafat izah edirlər, cahillərdə xurafatları ağzı açıq dinləyirlər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan” deyir. Bunun da əbcədi yenə mehdiyyətin dövrünü verir. “Əgər haqq, onların həva (istək və ehtiras)larına uyğun olsaydı” yəni Quran xaricində bir vəziyyət olsaydı, “heç şübhəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) pozulardı.” Elə indiki dövrdə göylər; ozon təbəqəsi pozuldu. Göylər, yer üzü pozuldu, torpaqlar quraqlaşdı, eroziya başladı. “Bunların içində olan hər kəs (və hər şey) pozuldu.” İnsanlar pozuldu, heyvanlar pozuldu, mühit pozuldu. “Xeyr, Biz onların öz şan və şərəf (zikr)lərini gətirmiş olarıq, lakin onlar öz zikrlərindən üz çevirirlər” deyir. Allah Qurandan üz çevirirlər, deyir. Allah dəccaliyyət dövrünü izah edir. “Yoxsa sən onlardan muzd istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir.” İslam təbliğindən pul qazanmaq haramdır, bunu edən münafiqlərdir. Din ilə bağlı qazanılan pulların hamısı haramdır. İstər molla olsun, istər efirə çıxan bir hoca olsun. İslamda nəzir qutusu da yoxdur. Zəkat birbaşa ehtiyacı olana verilər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan.” Mehdiyyətin yoluna, Haqqın yoluna, Quranın yoluna, inşaAllah. “Ancaq axirətə inanmayanlar, şübhəsiz, yoldan azanlardır” deyir Allah. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #zəkat #nəzir #təqva #dinipaylasimlar #hədis #Allah https://www.instagram.com/p/CdVvzjTMK0c/?igshid=NGJjMDIxMWI=
2 notes · View notes
legendophile · 3 months
Text
İxlas Surəsinin Tərcüməsi :
"Mərhəmətli və rəhmli Allahın adı ilə. De ki, "odur yeganə Allah". (O) Allah ehtiyacsızdır. Doğmayıb, doğulmayıb. Və ona tay olan bir kəs yoxdur".
0 notes
Photo
Tumblr media
I Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir. Əsl din əxlaqı Allahın əmrlərini əksiksiz yerinə yetirməklə yaşanılır. İnsanların bəziləri isə bu əxlaqı yaşamaqdan çox çəkinirlər. Allahın hökmlərinə tamamilə təslim olmaq istəmir, öz nəfslərinin də qane olacağı bir din modeli yaratmağa çalışırlar. Bunun üçün, bəzi qaydalar, prinsiplər yaradır və dinin də bu prinsiplərlə uyğunlaşmalı olduğunu düşünürlər. Öz qayda və məntiqləri ilə uyğunlaşdığı müddət ərzində din əxlaqını yaşamağı qəbul edirlər. Halbuki, bu çox böyük bir aldanmadır. Çünki əsl din əxlaqı insanların dediyi kimi deyil, Allahın bildirdiyi kimi yaşanılan əxlaqdır. Allah Quranda yanlış məntiqlərinə görə hərəkət edən və Allahın bildirdiyi kimi yaşamayan insanların aldanmalarını bu şəkildə xəbər verir: Sizə nə olub, necə hökm verirsiniz?! Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?! Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdır (yazılıb)?! Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?! Onlardan kimin buna zamin duracağını soruş. (Qələm surəsi, 36-40) Allahın bildirdiyi kimi deyil, insanların dediyi kimi yaşayan bu insanların bir çox yanlış və azğın nəticələrə gəlmələrinə səbəb olur. Nümunə olaraq, Peyğəmbərimizin dövründə yaşayan münafiqlər bu cür nəticələrə gələrək fitnə yaratmağa çalışmış, möminləri haqq yoldan uzaqlaşdırmağa çalışmışlar. Allah münafiq və müşrik əxlaqlı insanların bu çirkin xüsusiyyətlərini belə bildirmişdir: Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir! (Fəth surəsi, 6) (Ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #dua https://www.instagram.com/p/ChMUFGQML0L/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hər gün yüz minlərlə insan bu dünyaya gözlərini açır. Möhtəşəm yaradılışın nəticəsi olaraq bu insanlar gözlər, əllər, qulaqlar, ürək, beyin, bir sözlə, bütün orqanlarla yeni həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı anasının bətnində böyüdür, bədəni sinir hüceyrələri və damarlarla örtülür, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaş-yavaş formalaşır, sümüklər möhtəşəm bir nizamla bədəndə yerləşdirilir. Allah doqquz ay boyu bu cür yüz minlərlə lazımi şəraiti bir araya gətirərək böyük diqqətlə yaratdığı insandan sadəcə tək bir şey gözləyir: Səmimiyyət... Çünki səmimiyyət sanki hər qapını aça bilən olduqca güclü bir açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, qəlbi sadəcə Allah eşqi ilə yandıqda Allah qatında dəyər qazanır. Səmimi olan mömin həyatını Allah üçün yaşayır və Allah üçün son nəfəsini verir. Qısa olan dünya həyatı onun üçün sadəcə bir keçid yeridir. O, əsl yurdu olan axirəti bir an belə unutmaz, dünyaya qapılaraq vaxtını keçirməz. De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür”. (Ənam surəsi, 162) Səmimi olan bəndənin qəlbi həmişə Allah ilə birlikdədir. Səhər gözlərini açan kimi Allah ağlına gəlir. Gün ərzində verilən bütün nemətlər sadəcə Allahın izni ilədir. Mömin Allahın lütfünə daim möhtac olduğunu bilir və şükür edərək bunu göstərir. Amma Allah möminlərə ən gözəl şükür vəsiləsi olan üç vaxt namazı fərz olan ibadət olaraq Quranda bildirmişdir: Həqiqətən, iman gətirib xeyirli işlər görən, namazı qılan və zəkatı verən kimsələr üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 277) Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 31) Ey iman gətirənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 153) (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #bərəkət #təsbihat #dua https://www.instagram.com/p/ChKkJ10MT7F/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Quranda “Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!” (Tur surəsi, 28) ayəsi ilə bildirildiyi kimi, Allah insana bütün həyatı boyunca saysız yaxşılıqlar edən, bənzərsiz gözəlliklər bəxş edəndir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər, nemətlər Rəbbimizin sonsuz ağlının təcəllilərindəndir. (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 34) Həqiqətən də ayədə bildirildiyi kimi, yaşadığımız hər an uca Allahın saya bilmədiyimiz qədər çox neməti ilə qarşılaşırıq. Bu nemətlərə qarşılıq olaraq Allah bizdən Ona şükür etməyimizi istəyir. Allah sonsuz rəhmət sahibidir və insanları unutduqlarına və yanıldıqlarına görə hesaba çəkmir. İnsanlara səbri və təvəkkülü öyrədərək üzərindəki yükü qaldırır. Bütün bunlar Rəbbimizin isimlərinin təcəllilərindəndir. Allah, mülayim mənasını verən Həlim ismi ilə bağlı olaraq ayədə bu şəkildə bildirir. Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41) Dünyada bir çox gözəllik, bir çox nemət var. Bununla yanaşı hər nemətin də yaradılma məqsədi var. Nemətlər insanlar onları nəfslərinin arzuladığı kimi şüursuz və məsuliyyətsiz şəkildə istifadə etsinlər deyə yaradılmamışdır. Allah verdiyi nemətlərlə qullarına qarşı sevgisini, mərhəmətini göstərir. Belə ki, verilməsindəki hikmətlərdən biri, o neməti istifadə edən insanın Allaha yönəlməsidir. İnsanlar mərhəmət edənlərin ən mərhəmətlisi olan Rəbbimizin verdiyi hər nemətdən hesaba çəkiləcəklərini unutmamalıdırlar. Bunu Allah bizə ayədə bu şəkildə bildirir: Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (Təkasur surəsi, 8) (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #israf #nemət #bərəkət #kasıb #yardım https://www.instagram.com/p/ChJphx3swzl/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hz. Məhəmmədin müxtəlif ölkələrin krallarına və bəzi əyalətlərin valilərinə yazdığı təbliğ məktublarından bəzilərinin əsli dövrümüzə qədər qorunub. Hökmdarların və xalqların ən gözəl və hikmətlə haqq dini yaşamağa dəvət edildiyi bu məktublar Peyğəmbərin üstün əxlaqının, bağışlayıcılığının, anlayışının və təbliğ üslubunun nümunələridir. Uca Allahın Qurani-Kərimdə aləmlərə rəhmət olduğunu bildirdiyi Peyğəmbərimiz ona bu şərəfli vəzifə vəhy edilən andan ölümünə qədər Rəbbimizin dinini təbliğ edib. Hz. Məhəmmədin təbliğ üsullarından ən təsirlisi isə sözsüz ki, hökmdarlara göndərdiyi məktublar olub. Bu məktublardakı hikmət, təsirli və mülayim üslub çox insanın haqq din olan İslamı tanıyıb qəbul etmələrinə vəsilə olub. Şübhəsiz ki, Peyğəmbərimizin təbliğindəki bu hikmətli üslub bütün müsəlmanlar üçün nümunədir. Hz. Məhəmməd göndərdiyi məktublarda dövlətlərin liderlərinə, ən əsas da Uca Allahın tək İlah olduğunu və şəriksiz olduğunu təbliğ edib. Bununla yanaşı, Peyğəmbərimiz məktublarında barışdırıcı, haqqa dəvət edən və Allahın mühafizəsində olduğunu bildirib. Məktub göndərdiyi hər hökmdarı İslama dəvət edən Peyğəmbərimiz əgər müsəlman olsalar və digər cəmiyyətlərə də bunu aşılasalar, Allah Qatında savablarının çox böyük olacağı ilə müjdə verib. Həmçinin, itaət edib təbliği qəbul etsələr, iqtidarlarını qoruyacaqlarını, qəbul etməsələr də, lider olduqları cəmiyyətin məsuliyyətini daşıyacaqlarını və dünyada da iqtidarlarının qalmayacağını vurğulayıb. Mübarək Peyğəmbərimiz xristianlara yazdığı təbliğ məktublarında həmişə Quran ayələrini çatdırıb, Quranda Allahın əmr etdiyi, Kitab əhlinə qarşı göstərməli olduğu münasibəti göstərib. Rəbbimiz Quranda müsəlmanların Kitab əhli ilə aralarındakı münasibəti belə bildirir: De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64) (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #məktub #hzməhəmmədpeyğəmbər #təbliğ https://www.instagram.com/p/ChHyCEDMFK1/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hər gün gözümüzün önündə möhtəşəm gözəllik nümayiş etdirilir. Ucsuz-bucaqsız mavi dəniz, bu dənizi əhatə edən görkəmli dağlar, yüz illər boyunca budaqlarını göyə uzadan ağaclar, par-par parıldayan Günəş, ağappaq buludlarla bəzənmiş mavi səma və hər biri qar dənəsi kimi olan ağappaq qağayılar... Bu görüntüləri hər gün yüzlərlə insan görür, hamısı eyni sahillərdə gəzir, hamısı təmiz dəniz havasını içinə çəkir, dənizin üzərində tonlarla yük daşıyan gəmiləri, qayıqları seyr edir. Dənizə baxdıqda müxtəlif nemətlər gözə dəyərkən, quruya baxdıqda da rəngarəng çiçəklər, bir-birindən gözəl uşaqlar, heyvanlar gözə dəyir. Nəticə etibarilə insan yüzlərlə nemətin bir arada nümayiş etdirildiyi yolun içindən keçir. Baxdığı hər yerdə Allahın sonsuz elmini və sənətini seyr edir. Allah ayələrində kainatdakı qüsursuz yaradılışı belə xəbər verir: Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! (Mülk surəsi, 3) (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər! (Həcc surəsi, 18) Bu bir həqiqətdir ki, küçəyə addımını qoyan hər kəs Allahın yüzlərlə ayəsi ilə, yüzlərlə neməti ilə bir anda qarşılaşır. Hara baxsa Allahın gözəlliyi və bənzərsiz sənəti qarşısındadır. Lakin buradakı önəmli sirr hər kəsin gördüyü görüntüdən imani dərəcəsində ləzzət almasıdır. İmanlı göz Allahın sonsuz sənəti ilə bəzənmiş təbiətə baxdıqda böyük zövq alır. Məsum və gözəl bir uşağın üzünü gördükdə həyəcanlanır. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #nemət https://www.instagram.com/p/ChFySvFsDId/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Gözlə görünməyən kiçik hüceyrə doqquz ay boyunca ana bətnində möhtəşəm yaradılışla ağlı olan, ruhu olan bir insana çevrilir. Bu möhtəşəm yaradılışın hər mərhələsini seyr edən valideynlər böyük həyəcanla körpələrini qucaqlarına alacaqları günü gözləyirlər. Uşaq damarlarından qəlbinə, əllərindən beyninə, əzələlərinə və milyonlarla hüceyrəsinə qədər Allah tərəfindən böyük bir sənətkarlıqla dünyaya gətirilir. Doğuşla birlikdə ana və ata həyatının sonuna kimi göz bəbəkləri kimi baxacaqları övladlarına qovuşur, onu sevgi ilə qucaqlarına alırlar. Allah bir ayəsində bu mərhələni belə təsvir edir: Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz… (Həcc surəsi, 5) Valideynlərin uşağı qucağına aldıqlarında ilk edəcəkləri şey onu Allaha həsr etmək və imanla, Allah sevgisi, Allah qorxusu ilə böyütməkdir. Çünki o uşaq bu dünyada yalnız 60-70 il qalacaq və ölümlə birlikdə sonsuz həyatına gözlərini açacaq. Ona görə o uşağın Allaha imanla, Quranla, Quran əxlaqı ilə böyüdülməsi, beləliklə Rəbbini tanıması, qəlbinin imanla dolması, qəlbinin Allah üçün döyünməsi çox önəmlidir. Hər ailə uşağına daima iman həqiqətlərini izah edərək, Allahın kainatı xüsusi olaraq yaratdığını, bütün qulların Allaha qarşı məsuliyyət daşıdıqlarını öyrədərək böyütməlidir. Uşaq bu şəkildə onu yaradan Rəbbini biləcək və hər zaman yanında olacaq əsl dostunu çox yaxşı tanıyacaqdır. Valideynlər uşaqlarını böyüdərkən həmişə Quranı rəhbər götürməlidirlər. Evdə daima Quran oxunmalı, bu şəkildə ayələrin xatırlanıb həyata keçirilməsi təmin edilməlidir. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #uşaq #usaq https://www.instagram.com/p/ChFaEiqoJBR/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I İnsanlar yüz illərdir ki, uzun və sağlam həyatın sirlərini araşdırırlar. Bunun üçün mütəxəssislər bəzən pəhrizi, bəzən də idmanla məşğul olmağı tövsiyə edirlər. Məhz bu mövzuda mütəxəssislər yeni bir kəşf ediblər: Uzun və sağlam həyatın sirlərini araşdıran Amerikanın nüfuzlu xəbər jurnallarından biri olan “News week”də verilən məlumata görə uzun həyatın ilk açarı bağışlayıcı olmaqdır. İnsanın ruh halı ilə sağlamlığı arasında bir əlaqə olduğunu bildirən həftəlik “News week” jurnalı birini bağışlamamağın orqanizmə verdiyi zərərləri belə açıqlayır: “Kortizol (stress) hormonu səviyyəsi artır. Ürək xəstəlikləri, nevroloji pozuqluq və yaddaş itkisi riski böyüyür.” “News week” jurnalının apardığı araşdırmanın nəticələri insanın psixologiyası ilə sağlamlığının bir-biri ilə nə dərəcədə əlaqəli olduğunu bir daha ortaya qoydu. Harvard universitetinin mütəxəssisləri birini bağışlamağın fiziki bir çox xəstəliklərdən qoruduğunu müəyyən ediblər. Jurnalda bildirilənlərə görə sağlam bir həyat üçün hər şeydən əvvəl “bağışlayıcı” olmaq lazımdır. “News week” jurnalı bağışlamamağın və qisas almaq hissinin insana aid olduğunu qeyd edərək “bu mövzuda 1200 kliniki tədqiqatın mənfi duyğuların insanın həm psixoloji, həm də fiziki sağlamlığına zərər verdiyini göstərir” deyə bildirdi. İnsanın bir hadisəni və ya bir nəfəri bağışlamaması həmin insan üzərində psixoloji təzyiq yaradır. Bu təzyiq də zaman içində ürək təzyiqinin artmasına, ürək xəstəliklərinə səbəb olan hormonal dəyişikliklərə, nevroloji pozuqluğa və yaddaş itkisinə səbəb olur. Aparılan başqa bir araşdırmada bağışlamamaq kimi mənfi hisslər bəsləyən insanlarda “kortizol hormonu”nun səviyyəsinin artdığı ortaya çıxdı. Bu hormonun artması immunitet sistemindəki pozulmalar başda olmaqla şəkər, yüksək təzyiq kimi xəstəliklərə səbəb olur. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #bağışla https://www.instagram.com/p/ChE6HzIMl8f/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Hər hansı bir qərar verməzdən əvvəl bizə yol göstərən, doğru yola yönəldən bir səs eşidirik. Səhər oyanıb gözümüzü açdığımız andan etibarən hara getsək, nə iş görsək bizimlə birlikdə hərəkət edir bu səs. Bizdən başqa heç kim eşitmir. Amma o səs bizə ədaləti, gözəl əxlaqı, təvazökar olmağı, düzgünlüyü, səmimiyyəti, qısaca hər şeyin ən doğrusunu bildirir. Bizə yol göstərən və yaxşılığı əmr edən bu daxili səs vicdanımızın səsidir. Ancaq Allah bir Quran ayəsində “Biz ona iki yol göstərmədikmi?” (Bələd surəsi, 10) deyə bildirir. Yaxşılığa yönəldən bir səs olduğu kimi, pisliyə çağıran bir səs də var. İnsanlar bilərək və ya bilməyərək Rəhmanın yoluna, yəni vicdanlarına, yaxud da nəfsin fücuruna, şeytanın yoluna tabe olurlar. Allah insanlara yanlışı, fücuru və ondan qorunmağı ilham etdiyini də Quranda xəbər vermişdir: And olsun nəfsə və onu yaradana (ona biçim verənə), Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə. (Şəms surəsi, 7-8) “Fücur” sözünün mənası “günaha girmək, fasiq olmaq, yalan demək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi” deməkdir. Yəni fücur anlayışı insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Qısaca, vicdanın tam əksidir. Əslində vicdanın səsi Allahın hər insana ilhamıdır, yəni bir növ vəhydir. Bu mənada hər kəs, hətta hər canlı vəhy alır, ancaq əlbəttə ki, bu səsli bir vəhy deyil, Peyğəmbərlərə gələn vəhydən fərqli olaraq qəlbə ilham edilir. Allah Quranda bəzi canlılara da vəhy etdiyini bildirir: Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal). (Nəhl surəsi, 68) Allah vəhy ilə bal arısına necə yuva quracağını, ruzisini harada tapacağını ilham edir, qarışqalar Allahın ilhamı ilə kütləvi şəkildə yaşayır, balalarını necə böyüdəcəklərini bilir və möhtəşəm qarışqa şəhərləri qururlar. Ayədə bildirildiyi kimi, bütün canlılar Allahın vəhyi ilə hərəkət edir, nəyi necə edəcəklərini bilirlər. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #vəhy #ilham https://www.instagram.com/p/ChDSoFsst1Z/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Bu həyatı ciddi qəbul edən nə qədər də çox insan var ətrafımızda. Malı yığıb saxlayır, nəfslərinin əylənməsini hər şeydən önəmli görürlər. İstəyirlər ki, bütün dünya onların olsun, sərhədsiz istəkləri bir-bir yerinə yetirilsin. Ehtiras və eqoistlik gözlərini sanki kor edib. İman gətirməyən bu insanlar dünyaya qapılıb elə bir həyat yaşayırlar ki, təsvir etmək mümkün deyil. Çox bəsit zövqlərlə, bir neçə boşqab yemək, geyindikləri bir neçə geyimlə xoşbəxt olurlar. Bankdakı pulları, yaxşı məktəblərdə oxutdurduqları uşaqları, bəzədikləri evləri ilə öyünürlər. Yığdıqca yığır, amma bu dünyadan sonra bir hesab günü olduğunu və bu hesab günündən heç kimin qaçışı olmadığını əsla düşünmürlər: Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (Bəqərə surəsi, 212) İman gətirməyənlər gözlərini qaldırıb göyə baxmır, bütün bu kainatı kim yaradıb deyə düşünmür, niyə bu dünyaya göz açdıqlarını anlamır, bomboş həyatın içində boğulurlar. Dünya sanki bir bataqlıq kimi onları özünə çəkir. İman nədir bilmədən, imanın qəlbə verdiyi zənginliyi, hüzuru, gözəlliyi dadmadan bu dünyadan köçüb gedirlər. Allaha güvənməyin ən böyük sərvət olduğunu, iman və təqvanın həm bu dünyada, həm də sonsuz həyatımızda əsl xoşbəxtliyin açarı olduğunu bilmirlər… Qəlbi imanla isinməmiş milyonlarla insan və imanla dolu olan möminlər eyni dünyada yaşayır kimi görünsələr də, əslində tamamilə başqa dünyada yaşayırlar. Eyni yerlərdə, eyni məkanlarda gəzir, eyni hadisələrə şahid olur, müxtəlif hadisələrlə imtahan olunurlar. Lakin verdikləri reaksiya, söylədikləri sözlər, qəlblərindəki hisslər tamamilə fərqlidir. Bir tərəf dərin imanın ləzzətini və komfortunu yaşayarkən, digər tərəf imansızlığın bərəkətsizliyini yaşayır. Bir tərəf sevinc içində yaşayarkən, digər tərəf kədərin içində boğulur. İman gətirməyən insan dərin imanın bənzərsiz rahatlığını, təvəkkülün hüzurunu həyatının heç bir dövründə əldə edə bilmir. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #dərin https://www.instagram.com/p/ChCZFDfsFRW/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Gördüyümüz görüntülərin maddi həqiqətə sahib olmadığı, Allahın davamlı ruhumuza göstərdiyi görüntülər olduğu elmi və məntiqi bir həqiqətdir. İnsanlar ümumiyyətlə “xarici dünya” anlayışının içinə hər şeyi daxil etməzlər, ya da etmək istəməzlər. Bu mövzuda bir az səmimi və cəsur düşünəcək olsanız, evinizin, içindəki ��şyalarınızın və ya bağ evinizin, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu “xəyali xarici dünya”ya daxil olduğu həqiqətinin fərqinə vararsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz qısacası beş duyğunuzla qəbul etdiyiniz hər şey bu “xəyali dünya”ya aiddir; ən sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn ətir, sizi istilədən günəş, rəngləri ilə göz oxşayan çiçək, pəncərənizin xaricində uçan quş, dənizin üzərində sürətlə irəliləyən gəmi, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter ya da dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi setiniz... Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir görüntülər bütünüdür. İnsanlar qısa həyatrı boyunca, əslinə heç bir zaman çata bilməyəcəkləri hisslərlə sınanarlar. Bu hisslər isə, xüsusilə bəzəkli və cazibədar göstərilər. Bu həqiqət, Quranda belə xəbər verilməkdədir: Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır. (Ali İmran surəsi, 14) (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #xəyal #yuxu https://www.instagram.com/p/Cg_wElHMAP_/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Bütün bu həqiqətlər, bizi çox əhəmiyyətli bir sualla qarşı-qarşıya gətirir: Madam ki, maddi dünya olaraq tanıdığımız şey realda ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin qaynağı nədir? Bu suala cavab verərkən diqqət yetiriləcək həqiqət budur; maddənin öz başına müstəqil bir varlığı yoxdur. Maddə bir duyğu (hiss) olduğuna görə, “süni” bir şeydir. Yəni bu duyğunun bir başqa güc tərəfindən düzəldilməsi, daha açıq bir ifadə ilə yaradılması lazımdır. Həm də davamlı olaraq. Bu, bir televizor ekranında görüntünün davam edə bilməsi üçün, yayımın da həmişə davam etməsi kimidir. Görəsən bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi dayanmadan seyr etdirən kimdir? Çox açıqdır ki, yaşadığımız bütün maddi kainatı, yəni hisslər bütününü yaradan və daima yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və elm sahibidir. O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır. Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratmağı ilə varlıq tapdıqları və O, yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir: Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir, bağışlayandır. (Fatir surəsi, 41) İnsanların çoxu, Allahın gücünü qavraya bilmədiklərindən, Onu göydə bir yerdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər. Bu məntiqin təməli, kainatın bir maddələr bütünü olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerlərdə olduğu şəklindədir. Halbuki, indiyə qədər araşdırdığımız kimi, maddə bir duyğudan ibarətdir. Həqiqi mütləq varlıq isə Allahdır. Yəni var olan yalnız Allahdır, Ondan başqa hər şey Allahın yaratdığı görüntü varlıqlardır. Belə olduqda da, Allahın maddə birliyinin “xaricində” olması kimi bir şey ola bilməz. Allah “hər yerdə”dir və hər yeri örtməkdədir. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #varlıq #ruh https://www.instagram.com/p/Cg_Q24HsUYR/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I İçində yaşadığımızı sandığımız və “xarici dünya” adını verdiyimiz maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma əsl əhəmiyyətli sual burada ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar həqiqətdə bir duyğu isə, o halda beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız ya da başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, o da digər maddələr kimi bir duyğu olmalıdır. Yuxu ilə əlaqədar bir nümunə mövzunu daha yaxşı açıqlayacaq. Beynimizin içində bir yuxu seyr etdiyimizi düşünək. Yuxuda xəyali bir bədənimiz olacaq. Xəyali bir qolumuz, xəyali bir bədənimiz, xəyali bir gözümüz və də xəyali bir beynimiz. Yuxu əsnasında bizə “harada görürsən?” kimi sual verilsə verəcəyimiz cavab “beynimdə görürəm” olacaq. Amma ortada həqiqi bir beyin yoxdur. Yalnız xəyali bir bədən, xəyali bir kəllə sümüyü və xəyali bir beyin vardır. Yuxunuzdakı görüntünü görən iradə isə, yuxudakı xəyali beyin deyil, ondan daha “kənarda” olan bir varlıqdır. Yuxudakı mühitlə real həyat dediyimiz mühit arasında hər hansı bir fiziki fərq olmadığını bilirik. Elə isə, bizə real həyat dediyimiz mühitdə, “harada görürsən?” sualı soruşduqda da yuxarıdakı nümunədəki kimi “beynimdə” cavabını vermənin bir mənası yoxdur. Hər iki vəziyyətdə də görən və duyan iradə, bir ət parçası xüsusiyyətindəki beyin deyil. Beyni analiz etdiyimizdə qarşımıza, digər canlı orqanlarda da olan zülal və yağ molekullarından daha fərqli bir material çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görüntüləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası “mən” dediyimiz şeyi yarada biləcək bir şey yoxdur. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #ruh https://www.instagram.com/p/Cg9-ATdM0HT/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Görmə əməliyyatı çox mərhələli bir şəkildə reallaşar. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar), gözün önündəki linzanın içindən sınaraq keçər və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşərlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları (siqnalları), sinirlər vasitəsi ilə, beynin arxa hissəsindəki görmə mərkəzi adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı silsilə əməliyyatdan keçdikdən sonra beyindəki bu mərkəzdə görüntü hesab edilir. Yəni görmə hadisəsi, həqiqətdə beynin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir. İndi ümumiyyətlə hər kəs tərəfindən bilinən bu məlumat üzərində bir dəfə daha diqqətlicə düşünək: Biz, “görürəm” deyərkən, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi “təsir”i görərik. Yəni “görürəm” deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edərik. Həyatımız boyunca gördüyümüz hər görüntü bir neçə kub santimetrlik görmə mərkəzində meydana gələr. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də, bu kiçik yerdə meydana gəlməkdədir. Kəllə sümüyü işığı içəri keçirməz, yəni beynin içi qapqaranlıqdır. Bu səbəbdən beynin işığın əsli ilə qarşılaşması heç vaxt mümkün deyil. Buradakı maraqlı vəziyyəti bir misalla açıqlayaq. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət boyunca beynimiz, şama aid işığın əsli ilə heç bir zaman qarşılaşmaz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində, işıqlıq, par-par və rəngli bir dünyanı seyr edirik. Eyni vəziyyət digər hisslər üçün də keçərlidir. Səs, toxunma, dad və qoxu, bir elektrik siqnalı olaraq beyinə çatar və buradakı əlaqədar mərkəzlərdə qəbul edilərlər. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #maddə #göz #qulaq #burun #batin https://www.instagram.com/p/Cg9fdYJM-tj/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Allahı dost tutan, Allaha təvəkkül edən, Allahın yaratdığı hər hadisədən, hər görüntü və hər söhbətdən razı qalan insan taleyindən də razıdır. Allah insanları sınamaq üçün talelərində müxtəlif hadisələr və görüntülər yarada bilər. Bunlar bəzən qorxu, bəzən çətinlik, sıxıntı kimi görünə bilər. Ancaq bu hadisələrin hər biri Allah qatında ən incə təfərrüatına qədər planlanıb. Məsələn, hz. Yusif (ə.s) heç bir təqsiri olmadığı halda illərlə zindanda qalmışdır. Bu, onun taleyidir. Ancaq hz. Yusif (ə.s) Allahın yaratdığı taleyə sevinclə təslim olduğu üçün həbs ona çətinlik və sıxıntı deyil, əksinə, bir çox nemətin qapısını açan hadisə kimi görünmüşdür. Belə bir çətinliyi asan, rahat mühitlə müqayisə edən mömin nemətlərdən daha dərin zövq alır. Hər gün bir gül bağçası görən bir insanın bu bağçadan aldığı zövq ilə illərlə beton divardan başqa heç nə görməmiş insanın gül bağçasından aldığı zövq, əlbəttə, fərqlidir. Çətinliyi, çirkinliyi bilən insan rahatlıqdan, gözəllikdən daha çox zövq alar. Taleyində hz. Yusif (ə.s) kimi haqsızlığa, çətinliyə, həbsxana mühitinə səbir etmək olan insan bunun axirətdə Allahdan savab kimi özünə qayıdacağını düşünərək taleyinə sevinər. Nəticədə, taleyində olanı yaşadığını və özü də daxil olmaqla, heç bir yaradılmış varlığın onun taleyindəki bircə saniyəni belə dəyişdirə bilməyəcəyini bilir və taleyinə təslim olaraq rahat yaşayar. Taleyə təslim olan mömin, əlbəttə, həmişə əlindən gələnin artığını edərək səy göstərər. Məsələn, xəstələnən insan, əlbəttə, həkimə gedər, dərmanlarını qəbul edər, xəstəliyi ilə bağlı hər şeyə diqqət edər. Ancaq bunları edərkən getdiyi həkimin, qəbul etdiyi dərmanların və müalicəsinin nəticəsini Allahın yaratdığını bilərək davranar. Odur ki, əsla ümidsizliyə qapılmaz, sıxıntı keçirməz, kədərlənməz. Allahın onun üçün ən xeyirli taleni yaratdığını bilərək rahat yaşayar. İnsanın hər hadisədə bir xeyir olduğuna iman gətirməsi çox vacibdir. Möminlər şər kimi görünən hadisələrdə belə xeyir olduğuna iman gətirir və Allaha təvəkkül edirlər. Bu, ancaq möminlərə xas xüsusiyyətdir. #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #razı https://www.instagram.com/p/Cg7Z4CVsfaI/?igshid=NGJjMDIxMWI=
0 notes