Tumgik
#şəhidlər
metbuat · 2 years
Text
FOTO
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın Bakıda Fransa “Nant”ına qalib gəldiyi UEFA Avropa Liqasının II tur oyunu ilə bağlı paylaşım edib. Metbuat.org xəbər verir ki, 40 yaşlı mütəxəssis “İnstagram” səhifəsində “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla fotosunu paylaşaraq, bu sözləri yazıb: “Hocam, bu qələbəyə çox ehtiyacımız var idi. Şəhidlər ölməz! Allah ordumuzu…
Tumblr media
View On WordPress
0 notes
azraasblog · 2 months
Text
Hər dəfə yaxşı ki, "Azərbaycanlıyam!" deyirəm..Bu ölkəyə olan sevgim, bu ölkənin əsgərlərinə olan hörmətim sonsuzdu. Ən əsası ŞƏHİDLƏR. Unutmamalıyıq, unutsaq günahkarıq.
7 notes · View notes
jacob77 · 1 year
Text
deməli qərənfilin qiymətləri Şəhidlər Xiyabanına yaxınlığına görə dəyişir.Elmlər metrosunda 50 qəpiyə satılan qərənfil,xiyabana yaxın 1 manata satılır.demeye söz tapmıram sadəcə..
14 notes · View notes
mnfva · 2 years
Text
Çox acınacaqlı vəziyyətdəyik çox… Adam nədən danışacağını bilmir. Bilinən tək şeysə sonumuzun heç yaxşıya getmədiyidir. “Şəhidlər ölməz” deyə deyə aldılar anaların əlindən oğullarını. Nə uğruna kim uğruna!? Dəyərdimi bizim üçün? Məncə dəyməzdi… Hansı birimiz getdik öpdük bir ananın əlindən? Hansımızın əli sığal oldu şəhid övladının başına? Heç birimizin.. Hamı sadəcə özünü daha yüksək göstərmə çabasındadır. Başımızı boş heç bir əhəmiyyəti olmayan mənasız işlərə qatıb yaşadığımızı zənn edən zavallılardan başqa kimik ki biz? Heçlik,başı əyləncəyə qarışmış bir boşluğuq sadəcə. Bu ölkədə ömrünü Azərbaycan uğruna sərf edən M.Rəsulzadəni tanımayan nəsillər yetişir. Tək Rəsulzadənimi? 90-cı il hadisələrində minlərlə oğul şəhid oldu. Soruşsalar heç 2 nəfərin adını çəkə bilmərik. 30 il keçib birinci Qarabağ müharibəsindən. Kimsə məni belə davam etdiyimiz müddətdə 30 il sonra kiminsə şəhidlərimizin xatırlanacağına inandıra bilməz. Qaça-qaça gedib Şuşada şəkil çəkdirmək asandır,amma heç atası ilə şəkli olmayan körpənin atasını şəkillərdən tanımağa çalışmasını anlamaq olduqca çətindir. Ölməz hə şəhidlər? Vətən də bölünməzmiş bəs bizim bir birimizi yeyib durmağımız nədir? Hər kəs birinin ayağından tutub dartır. Daha necə bölünsün bu vətən? Nəsə etməyə çalışanı da məsxərəyə qoymaq xaric nəsə etdiyimizi deyən olmaz. Nail Kəmərli narkomaniya ilə bağlı ciddi bir reportaj hazırlamışdı. Biz nə etdik? Ordakı xanımın sözlərini kəsib “ironi” məqsədli videolar çəkdik problem qaldı qıraqda. Ölkə problem içində batarkən biz bütün yay şortik geyməyi müzakirə etdik. Heç bir qazinin problemi FHN məsələsi qədər aktual ola bilmədi bu ölkədə.Oturmuşuq mənasız-mənasız bir məsələ çıxsın da onu lağa qoyaq deyə gözləyirik. Və bu da ağır nəticələri. Demirəm: əylənməyək əylənək, amma artıq bir şeylərin fərqinə də varaq. Düşüncəsi sadəcə əyləncə olan bir cəmiyyəti idarə etmək çobanın qoyun sürüsünü qabağına qatıb aparması qədər asandır. Sabirin də dediyi kimi: “Olmasaydı cahanda sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar.”Yaltaqları ac qoymaq üçün ilk öncə özümüz sarsaqlığın daşın atmalıyıq.
8 notes · View notes
mahmudtofiq · 2 years
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
4.69: Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!
Tumblr media
11 notes · View notes
ruinedliebe · 2 years
Text
Ata sevgisi yarım qalmış yüzlərlə uşaq, atasının üzünü xatırlamayan, ətrini, gülüşünü, səsini bir daha hiss edə bilməyəcək yüzlərlə uşaq, onların bir qəhrəman olduqlarını, göyüzündə olduqlarını bilib fəxr etsələr belə həyatlarında və qəlblərində heç vaxt dolmayacaq bir boşluq ömürləri boyu onlarla olacaq.. Hər nə qədər şəhidlər ölmür desələr də, yalnız çox sevdiyi birini itirənlər anlayır ki bu cümlə insanı təsəlli etməyə yetmir. Ağlıma şəhid anasının bu cümləsi gəldi "Şəhidlər ölmür deyirlər, bəs hardadı mənim oğlum?"..🥀
4 notes · View notes
toujorss · 2 years
Text
"Bir şəhidimiz var"cümləsinin:
Mənim atam şəhid oldu,
Mənim oğlum şəhid oldu,
Mənim qardaşım şəhid oldu,
Mənim həyat yoldaşım 'şəhid oldu cümləsi ilə eyni olduğunu anladığınız zaman, o bir rəqəminin nə qədər çox olduğunu,o cismi şəhid olanlarla bərabər,neçə cismi yerində olsa da, ruhu məhv olan inslara bərabər olduğunu anlayacaqsınız.
Şəhidlər ölür, ailələri ilə..🥀
5 notes · View notes
khalildeninciler · 2 years
Text
•- Şəhid ölümdən böyük olduğu üçün, ölüm onu öldürə bilmir, əksinə o ölümü öldürür.
Ruhunuz şad olsun əziz Şəhidlər.!🪐🤍
2 notes · View notes
mazahir1971-blog · 2 years
Text
Tumblr media
Şəhidlər ölməz, vətən bölünməz!
6 notes · View notes
politiciansstuff · 2 months
Text
Tumblr media Tumblr media Tumblr media
Ənənəyə uyğun olaraq, bu il də Xocalı soyqırımında erməni vandalları tərəfindən qətlə yetirilən və 1992-ci ilin martın 2-də göz yaşları içərisində Şəhidlər Xiyabanında Vətən torpağına tapşırdığım iki Xocalı fidanımızın 5 yaşlı adsız və 3 yaşlı Gülmirənin məzarını ziyarət etdim. Müzəffər Ali Baş Komandan igid döyüşçülərilə Vətənin bütövlüyü və istiqlalı uğrunda şəhid olan, qətlə yetirilən soydaşlarımız kimi yüzlərlə günahsiz cocuklarımızın da intiqamını aldı.
Xocalı azaddır, üç rəngli bayrağımız qürurla müqəddəs məkanımızda qürurla dalğalanır. Artıq Xocalı soyqırımında qətlə yetirilənlərin d�� ruhu rahatdır.
Ruhları şad olsun.
0 notes
ourfedyalenkoranski · 6 months
Video
youtube
ZƏFƏR GÜNÜ KÜRDƏMİRDƏ ŞƏHİDLƏR ANILDI
0 notes
metbuat · 2 years
Text
VİDEO
Ötən gün I Divizionun IV turu çərçivəsində “İmişli” klubu Mingəçevirin eyni adlı komandasını qəbul edib.  Oyun qonaqların 6:0 hesablı üstünlüyü ilə nəticələnib.  Metbuat.org xəbər verir ki, ilk qolun müəllifi Ruslan Voronsov topu qapıdan keçirdikdən sonra futbolkasını qaldıraraq “Şəhidlər ölməz, vətən bölünməz” yazısını nümayiş etdirib. Daha sonra komanda yoldaşları ilə birgə əsgər salamı verərək…
Tumblr media
View On WordPress
0 notes
hakimiyyet · 7 months
Link
0 notes
Text
Tumblr media
ОĞUL OL VƏTƏNƏ SƏN OĞUL KİMİ.... .. Oğul ol Vətənə sən oğul kimi, çağla çaylar kimi,lap dəniz kimi. Ölməyə vaxt yoxdur,dardadır Vətən, sən ona oğul ol Mübariz kimi... .. Şəhidlər bəs etdi,indi qazi ol, razı ol Vətəni xilas etməyə... Sən hər an,hər saat ayıq-hazır ol, hazır ol döyüşə,oğul,getməyə... .. Bir amal döyünsün köksünün altda, "Mənsiz də oğul var minimiz kimi...! Oğullar kişitək qalxsın ayağa, və oğul olsunlar-Mübariz kimi... .. DAHA BƏSDİR ŞƏHİDLİK... OĞUL,İNDİ QAZİ OL... DÜŞMƏNİ MƏHV ETMƏYƏ, SƏN KÖNÜLDƏN RAZI OL..!.......20.01.2015...(İlhamə Abbas Yusifqızı...)
1 note · View note
legendophile · 1 year
Text
Hacı Şahin Həsənli
Şəhidlər, həyatda fədakar olmağın daha önəmli olduğunu göstərir dünyaya.
0 notes
nergiz-camal · 2 years
Text
@NərgizCamal:Şəhidlər-Bir gün deyil,bir ömür yada salınmalı,anılmalı,haqqında danışılmalıdır.Çünki,onlar bizi bir günlük deyil,canları bahasına bir həyatlıq qoruyub şəhadətə yüksəliblər.Heç bir təmmana güdmədən,özlərini kimlərəsə göstərmək naminə vətənpərvərlik etmədən,ölümlü yolu getdiklərini bilə-bilə qorxmazlıqla irəliləyərək istədikləri "ŞƏHİDLİK" zirvəsinə ucalıblar.Odur ki,bir ömür Şəhidlər üçün sükut belə saxlasaq,onları hər an yada salsaq borclarını ödəyə bilmərik.
Tumblr media
0 notes